Türkiyə və Ukrayna prezidentləri birgə mətbuat konfransı keçiriblər

17 Oktyabr 2020 13:44

Xəbər 47 dəfə oxunub

Türkiyədə rəsmi səfərdə olan Ukrayna dövlətinin başçısı Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər.Azərtac xəbər verir ki, tədbirdə səfər çərçivəsində keçirilən təkbətək və heyətlər arasında görüşlərin, eləcə də müdafiə sənayesi sahəsində hərbi əməkdaşlıqla bağlı imzalanan razılaşmanın Türkiyə-Ukrayna münasibətlərinə əhəmiyyətli töhfə verəcəyi bildirilib. Qeyd edilib ki, iki ölkə arasında müdafiə, tədris, turizm, iqtisadi və bir sıra digər sahələr üzrə fikir həmrəyliyi mövcuddur. Pandemiyaya baxmayaraq bu il 500 mindən artıq ukraynalı turistin Türkiyəni ziyarət etməsi iki ölkə arasında əməkdaşlığın göstəricisidir. Türkiyə ilə Ukrayna arasında ticarət həcminin 10 milyard dolaradək artırılması hədəflənir. Bu məqsədlə sərbəst ticarət əlaqələrinin genişləndirilməsində hər iki dövlət həmfikirdir.Görüşlər zamanı, həmçinin cinayətkarların qarşılıqlı ekstradisiyası məsələləri də müzakirə edilib.xeber100.com

Yeni Zelandiyada milli parlamentə seçkilər başlayıb

Oktyabrın 17-də yerli vaxtla səhər saat 9-da Yeni Zelandiyada milli parlamentə seçkilər və marixuananın və evtanaziyanın leqallaşdırılması üzrə referendumda səsvermə başlanıb.Azərtac xəbər verir ki, təqribən 2600 seçki məntəqəsində keçirilən səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.Seçkilər zamanı seçicilər iki bülleten dolduracaqlar. Bunlardan biri partiyaya, digəri isə dairə üzrə namizədlərdən birinə səsverməni nəzərdə tutur. Yeni zelandiyalılar, həmçinin marixuana və evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan daha iki suala cavab verəcəklər. Referenduma çıxarılmış bu iki sual artıq parlament tərəfindən bəyənilib. Lakin yerli qanunvericilik bunun yalnız plebisitdə bəyənildikdən sonra qüvvəyə minməsini nəzərdə tutur.Parlamentə seçkilərə gəlincə, cari ildə milli parlamentdəki 120 yer uğrunda 17 partiyadan 566 namizəd mübarizə aparır. Daha 35 namizədin müstəqil olaraq seçkilərə qoşulduğu bildirilir. Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik həddi keçməli, namizədlər isə öz dairələrində səsə çoxluğu qazanmalıdırlar.Mütəxəssislərin rəyinə görə, hakim koalisiya (Yeni Zelandiyanın Leyboristlər Partiyası, “Hər şeydən əvvəl Yeni Zelandiya” və “Yaşıllar” partiyası) və Yeni Zelandiya Milli Partiyasının rəhbərlik etdiyi müxalifət bloku favoritlər arasında fərqlənir.Qeyd edək ki, Yeni Zelandiya parlamenti qarışıq sistemlə (ölkə üzrə 11 dairədən və partiya siyahısı ilə) üç il müddətinə gizli səsvermə yolu ilə seçilir. Bu ölkədə əhalinin 3,7 milyonu səs vermək hüququna malikdir. Səsvermədə iştirak etmək üçün seçicilərin 92,4 faizi, təqribən 3 milyon 400 min nəfər qeydiyyatdan keçib. Həmçinin seçicilərin 50 faizi (təqribən 1,7 milyon nəfər) 2020-ci ildə keçirilmiş ümumi seçkilərdə artıq səs verib.Seçki komissiyasının artıq bu gün axşam saatlarında səsvermənin ilkin nəticələrini elan edəcəyi bildirilir. Seçkilərin və referendumun rəsmi yekunu isə noyabrın 6-da elan ediləcək.xeber100.com

Oktyabr 17, 2020 13:39

“Microsoft” korporasiyasının “Digital Defense Report” illik hesabatında

“Microsoft” korporasiyası tərəfindən dərc edilmiş “Digital Defense Report” adlı illik hesabatda son ildə kibertəhlükəsizlik sahəsində əsas tendensiyalar haqqında məlumat verilib. Şirkətin mütəxəssisləri qeyd ediblər ki, hakerlər öz əməliyyatlarının aşkar edilməsinin qarşısını almaqla yanaşı, daha mürəkkəb maskalanma metodlarından istifadəyə başlayıblar.Azərtac xarici saytlara istinadən xəbər verir ki, bütün kiber hadisələrin təxminən 70 faizi fişinq hücumlarının payına düşüb. Cinayətkarlar müntəzəm olaraq “Microsoft”, “UPS”, “Amazon”, “Apple” və “Zoom” kimi böyük şirkətlərin göndərmələrini təqlid edən elektron məktublar göndəriblər. “Microsoft”un mütəxəssisləri, həmçinin hakerin qurbanın sistemində olduğu orta müddətin azalması (indi bu göstərici təxminən 45 dəqiqə təşkil edir) haqqında bildiriblər. Korporasiya tərəfindən bu yaxınlarda keçirilmiş sorğuya əsasən, informasiya təhlükəsizliyi üzrə direktorların 73 faizi bildirib ki, onların təşkilatı son ildə məxfi məlumatlar da daxil olmaqla məlumat itkisi ilə üzləşiblər.2020-ci ilin birinci yarısında, həmçinin korporativ hesabların ələ keçirilməsinə hədəflənmiş hücumların sayında artım qeydə alınıb. Bu metod çərçivəsində sistematik axtarıb tapma, parol siyahıları və əvvəlki müdaxilələr nəticəsində ələ keçirilmiş qeydiyyat məlumatları istifadə olunur. Fişinq hücumlarının tezliyini, zərərverici proqram təminatının köməyi ilə informasiyanın ələ keçirilməsi və bundan əvvəl ələ keçirilmiş parolların təkrar istifadə tezliyini nəzərə alaraq, istifadəçilərin giriş üçün məlumatları digər təhlükəsizlik metodları ilə kombinasiya etməsi çox vacibdir.Mütəxəssislərin bəyanatına görə, təşkilatlar üçün çoxfaktorlu autentifikasiyanın tətbiq edilməsi artıq zərurətə çevrilib. “Microsoft”un məlumatına görə, ondan istifadə hesablara müdaxiləyə hədəflənmiş bütün hücumların 99 faizinin qarşısını alır.xeber100.com

Oktyabr 1, 2020 12:45

İsrail hökuməti karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib

Sentyabrın 24-də İsrail hökuməti ölkədə COVID-19 infeksiyasına yoluxanların sayının artması səbəbindən ümummilli karantin rejiminin sərtləşdirilməsi barədə qərar qəbul edib.“Haaretz” qəzeti xəbər verir ki, Nazirlər Kabineti səkkiz saatlıq müzakirələrdən sonra koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı bir sıra qərarlar hazırlayıb. Yeni məhdudiyyət tədbirlərinin sentyabrın 25-dən etibarən qüvvəyə minəcəyi və mümkün zəiflətmələrlə azı iki həftə qüvvədə qalacağı bildirilir.“The Jerusalem Post” qəzeti isə öz növbəsində karantin tədbirlərinin mart ayında olduğundan daha sərt xarakter daşıyacağı barədə məlumat yayıb. Belə ki, hökumətin qərarına əsasən, sinaqoqlar, az əhəmiyyət kəsb edən müəssisələr və bazarlar bağlanmalı, ictimai nəqliyyatda marşrutların sayı azaldılmalıdır. Həmçinin iki metrlik sosial məsafəni qorumaq və insanların evlərindən yalnız bir kilometrə qədər uzaqlaşması şərti ilə etiraz aksiyalarında və küçə ibadətlərində ən çoxu 20 nəfərin iştirakına icazə veriləcək.Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsraildə koronavirusa yoluxan insanların sayı 206 min 332 nəfərə, ölənlərin sayı isə 1335 nəfərə çatıb.xeber100.com

Sentyabr 24, 2020 15:55