Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə…

2 May 2022 15:15

Xəbər 41 dəfə oxunub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, danışıq zamanı Rusiya ilə Ukrayna arasındakı böhran müzakirə olunub. Nazir Akar humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini qeyd edib. Başda Mariupol şəhəri olmaqla, dinc əhalinin quru və dəniz yolu vasitəsilə təhlükəsiz şəkildə təxliyəsinin vacibliyi vurğulanıb.Hulusi Akar humanitar yardımların göstərilməsinə hər cür dəstək verməyə çalışan Türkiyənin daha əvvəl də olduğu kimi, bölgədə sülhün təmin olunması üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyini bildirib.xeber100.com

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13