UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək

26 May 2021 09:43

Xəbər 71 dəfə oxunub

Mayın 26-da Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçiriləcək.Azərtac xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı fransalı referi Kleman Türpen idarə edəcək.“Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayacaq. Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.“Mançester Yunayted” isə sonuncu dəfə 2016-2017-ci il mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.Həlledici oyundan əvvəl komandaların heyətində ciddi itkilər var. “Qırmızı şeytanlar”ın heyətində Antoni Marsial zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Kapitan Hari Maquayrın da eyni səbəbdən oynamayacağı gözlənilir. “Vilyarreal”ın isə üç oyunçusu matçı buraxmalı olacaq. Visente İborra, Samuel Çukvueze və Xuan Foyt zədə üzündən ingilislərə qarşı oynamayacaq.Qeyd edək ki, “Vilyarreal” yarımfinalda “Arsenal”ı (2:1, 0:0), “Mançester Yunayted” isə “Roma”nı (6:2, 2:3) məğlub edərək finala vəsiqə qazanıblar.xeber100.com

Futbol üzrə “Avro-2020”nin bütün səkkizdəbir finalçıları müəyyənləşəcək

Bu gün futbol üzrə “Avro-2020”nin bütün səkkizdəbir finalçıları müəyyənləşəcək.Azərtac xəbər verir ki, qrup mərhələsinin sonuncu oyun günündə 4 qarşılaşma təşkil olunacaq.E qrupunda Polşa millisi İsveçlə, Slovakiya yığması isə İspaniya ilə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionunda oynanılacaq İsveç-Polşa matçını ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Hazırda 4 xalla ilk pillədə yer alan İsveç millisinin qrupdan çıxması dəqiqləşib. Bu mənada görüş onlar üçün formal xarakter daşıyacaq. Bir xalla sonuncu sırada qərarlaşan Polşa komandası isə növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.Sevilyadakı “Estadio La Cartuja” stadionunda keçiriləcək Slovakiya - İspaniya görüşünün baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. Üç xalla ikinci sırada olan Slovakiya millisi səkkizdəbir finala çıxmaq üçün heç-heçə kifayət edəcək. İki xalı olan İspaniya yığmasına isə qələbə lazımdır. Luis Enrikenin baş məşqçi olduğu kollektiv bərabərlik sayəsində də (ən yaxşı 3-cü yerin sahibi kimi) qrupdan çıxa bilər. Lakin bunun üçün İsveç yığması Polşaya uduzmamalıdır.Futbolsevərlər F qrupunda da kifayət qədər maraqlı mübarizəyə şahidlik edəcəklər. Pley-offa vəsiqəni təmin edən Fransa millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək oyunu ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edəcək. Qrupun digər matçında isə Almaniya və Macarıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün baş hakimi Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçəyə nail ola bilsə, hər iki komanda pley-offa yüksələcək.Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.xeber100.com  

İyun 23, 2021 14:58

Güləşçilərin Avropa çempionatı davam edir

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan Fəraim Mustafayev (48 kq) estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran F.Mustafayev finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici görüşdə Türkiyədən olan rəqibinə də aşkar fərqlə qalib gələrək Avropa çempionu olub. Güləşçimiz iki il əvvəl U-15 Avropa çempionatında da qızıl medal qazanmışdı.Güləşçimiz Fərid Baxışlı (55 kq) debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisi ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan F.Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan idmançımız finala adlayıb. Həlledici görüşdə Ermənistan idmançısı ilə üz-üzə gələn həmyerlimiz böyük fərqlə hesabda geridə olsa da, möhtəşəm geridönüş edərək sonuncu xal prinsipinə əsasən Avropa çempionu olub.Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz iyunun 19-da təsəlliverici görüşə çıxıb və yunan həmkarına "tuşe"ylə qalib gəlib. Estoniya təmsilçisinə də heç bir şans tanımayan K.Abdullazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb.Cocu Səmədov (80 kq) səkkizdəbir finalda belaruslu rəqibinə uduzub.Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.xeber100.com

İyun 19, 2021 15:11

Avropa çempionatında ikinci turun qarşılaşması keçiriləcək

İyunun 18-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində ikinci turun daha üç qarşılaşması keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq birinci oyunda E qrupunda yer alan İsveç seçməsi Slovakiya ilə qarşılaşacaq. Sankt-Peterburqda keçiriləcək oyunu almaniyalı referi Marko Frits idarə edəcək.İsveç millisi birinci oyunda İspaniya seçməsi ilə qolsuz heç-heçə edib. Slovakiyalılar isə ilk oyunda Polşa seçməsini 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığması bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək.Bakı vaxtı ilə saat 20:00-da start götürəcək ikinci qarşılaşma Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq. Xorvatiya millisi Çexiya yığması ilə üz-üzə gələcək. Görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. İlk turda Xorvatiya seçməsi İngiltərəyə minimal hesabla uduzub, Çexiya isə Şotlandiyanı 2:0 hesabı ilə üstələyib. Qələbə çexiyalıları pley-offa çıxaracaq.Günün saat 23:00-da başlayacaq sonuncu görüşündə E qrupunun favoriti İngiltərə yığması Şotlandiya ilə qarşılaşacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək matçı ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com

İyun 18, 2021 14:03