UEFA Avropa Liqasının dördüncü turunun oyunlarına start veriləcək

7 Noyabr 2019 13:20

Xəbər 107 dəfə oxunub

Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olacaq. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşacaq.Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” A qrupunda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun bir görüşü artıq oynanılıb. F qrupunda yer alan “Arsenal” komandası ötən gün səfərdə Portuqaliyanın “Gimaraeş” komandası ilə 1:1 hesablı heç-heçə edib.xeber100.com