UEFA Avropa Liqasının növbəti final qarşılaşmasında

8 Avqust 2019 14:04

Xəbər 74 dəfə oxunub

Londonun “Arsenal” klubunun braziliyalı müdafiəçi David Luisin transferi məsələsində “Çelsi” ilə 8 milyon funt sterlinq qarşılığında razılığa gəldiyi bildirilir.Azərtac BBC-yə istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilənin imzalanması nəzərdə tutulur. Cari ilin mayında “Çelsi” ilə iki illik müqavilə imzalayan futbolçunun bu gün tibbi müayinədən keçməsi planlaşdırılır.David Luis “Çelsi”nin heyətində keçirdiyi altı ilyarım müddətdə Premyer Liqada meydana çıxdığı 160 oyunda 11 qol vurub. O, 2011-ci ilin yanvarında 21 milyon funt sterlinqə “Benfika”dan London təmsilçisinə keçid edib. 2014-cü ilin iyununda 40 milyon funt sterlinqə “Paris Sen-Jermen”ə transfer olunan müdafiəçi iki ildən sonra 34 milyon funt sterlinq müqabilində yenidən “Çelsi”yə qayıdıb.İki gün əvvəl “Arsenal” klubu müdafiəçi Lorent Koşielnini 5 milyon avroya “Bordo” klubuna satıb. Klub rəhbərliyi “Seltik”in sol cinah müdafiəçisi Kieran Tierninin 25 milyon funt sterlinq müqabilində transferi ilə bağlı da danışıqlar aparır.On səkkiz yaşı tamam olmamış əcnəbi futbolçularla müqavilə imzaladığı üçün “Çelsi” klubu 2020-ci ilin yanvarına qədər transfer qadağası ilə cəzalandırılıb.Xatırladaq ki, “Arsenal” və “Çelsi” klubları mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında üz-üzə gəliblər. Görüş “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub

Dekabrın 5-də İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Emirates” stadionunda qeydə alınıb. “Arsenal” öz meydanında “Brayton” komandasına məğlub olub – 1:2. Bu məğlubiyyətdən sonra “Arsenal” 7 oyunda Premyer Liqada qələbəyə həsrətdir.Turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Çempionluğa iki iddialı klub Mançester Yunayted” və “Tottenhem” üzləşib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Mançester təmsilçisinin heyətində Markus Reşford (2), londonluların isə Delli Alli fərqləniblər.Turnir cədvəlinin hazırkı lideri “Liverpul” öz meydanında “Everton” komandasını 4:2, “Mançester Siti” isə səfərdə “Börnli”ni 4:1 hesabı ilə məğlub edib.Yeddi oyunu məğlubiyyətsiz başa vuran və turnir cədvəlində ikinci pillədə olan “Lester Siti” isə yenidən qələbə qazanıb. Bu dəfə komanda öz meydanında “Votford” klubunun qapısından iki cavabsız top keçirib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Kristal Palas” - “Bormunt” - 1:0; “Çelsi” - “Aston Villa” - 2:1; “Southemton” - “Norviç Siti” - 2:1; “Şeffild Yunayted” – “Nyukasl Yunayted” – 0:2; “Volverhemton” - “Vest Ham Yunayted” - 2:0.xeber100.com

Dekabr 6, 2019 14:20

Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi iki iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) İkinci Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak etmək hüququ əldə edib.Hacımurad Hacıyev (74 kq) yarışda ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal qazanıb. Axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.Noyabrın 30-da həlledici qarşılaşmalar keçirilib. H.Hacıyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. İdmançımız son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. G.Edişeraşvili yerli idmançı Ramiz Həmzətova (4:7), Ş.Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.xeber100.com

Noyabr 30, 2019 19:51

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda

Noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, gün ərzində aşağıdakı hesablar qeydə alınıb: A qrupu: “Sevilya” (İspaniya) – “QARABAĞ” (Azərbaycan) - 2:0; “Düdelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:2. B qrupu: “Luqano” (İsveçrə) – “Kopenhagen” (Danimarka) - 0:1; “Malmö” (İsveç) – “Dinamo” (Kiyev, Ukrayna) - 4:3. C qrupu: “Trabzonspor” (Türkiyə) – “Xetafe” (İspaniya) - 0:1; “Krasnodar” (Rusiya) – “Bazel” (İsveçrə) - 1:0. D qrupu: “Rusenborq” (Norveç) - LASK (Avstriya) - 1:2; “Sportinq” (Portuqaliya) - PSV (Hollandiya) - 4:0. E qrupu: “Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya) - 1:0; “Seltik” (Şotlandiya) – “Renn” (Fransa) - 3:1. F qrupu: “Gimaraynş” (Portuqaliya) – “Standard” (Belçika) - 1:1; “Arsenal” (İngiltərə) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:2. G qrupu: “Feyenoord” (Hollandiya) – “Qlazqo Reyncers” (Şotlandiya); “Yanq Boyz” (İsveçrə) – “Portu” (Portuqaliya). H qrupu: “Ferentsvaroş” (Macarıstan) – “Espanyol” (İspaniya) - 2:2; MOİK (Moskva, Rusiya) – “Lüdoqorets” (Bolqarıstan) - 1:1. I qrupu: “Aleksandriya” (Ukrayna) – “Volfsburq” (Almaniya) - 0:1; “Sent-Etyen” (Fransa) – “Gent” (Belçika) - 0:0. J qrupu: “Volfsberq” (Avstriya) – “Borussiya” (Mönxenqladbax, Almaniya) - 0:1; “Başakşehir” (Türkiyə) - “Roma” (İtaliya) - 0:3. K qrupu: “Braqa” (Portuqaliya) – “Vulverhempton” (İngiltərə) - 3:3; “Beşiktaş” (Türkiyə) – “Slovan” (Bratislava, Slovakiya) - 2:1. L qrupu: “Astana” (Qazaxıstan) – “Mançester Yunayted” (İngiltərə) - 2:1; “AZ Alkmar” (Hollandiya) – “Partizan” (Serbiya) - 2:2.xeber100.com

Noyabr 29, 2019 13:07