UEFA Avropa Liqasının ikinci turuna start verilir

3 Oktyabr 2019 12:27

Xəbər 34 dəfə oxunub

Oktyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları baş tutacaq.Azərtac xəbər verir ki, Türkiyənin 3 təmsilçisi ikinci oyunlarını öz meydanlarında keçirəcək. Belə ki, “Trabzonspor” “Xetafe” (İspaniya) komandasını, “Başakşehir” “Borussiya Mönxenqladbax”ı (Almaniya), “Beşiktaş” isə İngiltərənin “Vulverhempton” klubunu qəbul edəcək.Günün bütün görüşləri aşağıdakılardır:

“A” qrupu:

“Sevilya” (İspaniya) – APOEL (Kipr),

“Düdelanj” (Lüksemburq) – “QARABAĞ” (AZƏRBAYCAN).

Xal durumu: “Düdelanj” – 3, “Sevilya” – 3, APOEL – 0, “Qarabağ” – 0.

“B” qrupu:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka),

“Luqano” (İsveçrə) – “Dinamo” (Kiyev, Ukrayna).

Xal durumu: “Kopenhagen” – 3, “Dinamo” – 3, “Luqano” – 0, “Malmö” – 0.

“C” qrupu:

“Krasnodar” (Rusiya) – “Xetafe” (İspaniya),

“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə).

Xal durumu: “Bazel” – 3, “Xetafe”- 3, “Trabzonspor” – 0, “Krasnodar” – 0.

“D” qrupu:

“Sportinq” (Portuqaliya) – LASK (Avstriya),

“Rusenborq” (Norveç) – PSV (Hollandiya).

Xal durumu: LASK – 3, PSV – 3, “Rusenborq” – 0, “Sportinq” – 0.

“E” qrupu:

“Latsio” (İtaliya) – “Renn” (Fransa),

“Seltik” (Şotlandiya) – ÇFR (Rumıniya).

Xal durumu: ÇFR – 3, “Seltik” – 1, “Renn” – 1, “Latsio” – 0.

“F” qrupu:

“Arsenal” (İngiltərə) – “Standard” (Belçika),

“Vitoriya” (Portuqaliya) – “Ayntraxt” (Almaniya).

Xal durumu: “Arsenal” – 3, “Standard” – 3, “Ayntraxt” – 0, “Vitoriya” – 0.

“G” qrupu:

“Yanq Boyz” (İsveçrə) – “Qlazqo Reyncers” (Şotlandiya),

“Feyenoord” (Hollandiya) – “Portu” (Portuqaliya).

Xal durumu: “Portu” – 3, “Qlazqo Reyncers” – 3, “Yanq Boyz” – 0, “Feyenoord” – 0.

“H” qrupu:

CSKA (Rusiya) – “Espanyol” (İspaniya),

“Ferentsvaroş” (Macarıstan) – “Lüdoqorets” (Bolqarıstan).

Xal durumu: “Lüdoqorets” – 3, “Ferentsvaroş” – 1, “Espanyol” – 1, CSKA – 0.

“I” qrupu:

“Sent-Etyen” (Fransa) – “Volfsburq” (Almaniya),

“Aleksandriya” (Ukrayna) – “Gent” (Belçika).

Xal durumu: “Gent” – 3, “Volfsburq” – 3, “Sent-Etyen” – 0, “Aleksandriya” – 0.

“J” qrupu:

“Başakşehir” (Türkiyə) – “Borussiya Mönxenqladbax” (Almaniya),

“Volfsberq” (Avstriya) – “Roma” (İtaliya).

Xal durumu: “Roma” – 3, “Volfsberq” – 3, “İstanbul Başakşehir” – 0, “Borussiya” – 0.

“K” qrupu:

“Beşiktaş” (Türkiyə) – “Vulverhempton” (İngiltərə),

“Braqa” (Portuqaliya) – “Slovan” (Bratislava, Slovakiya).

Xal durumu: “Braqa” – 3, “Slovan” – 3, “Beşiktaş” – 0, “Vulverhempton” – 0.

“L” qrupu:

“Astana” (Qazaxıstan) – “Partizan” (Serbiya),

“AZ Alkmaar” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə).

Xal durumu: “Mançester Yunayted” – 3, “AZ Alkmaar” – 1, “Partizan” – 1, “Astana” – 0.xeber100.com

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq. Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Miroslav Liba (Çexiya), UEFA nümayəndəsi isə Ariel Kennet Şayman (İsrail) olacaq.Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.Hər iki komanda matça itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı kapitan sarğısı ilə matça məhz Qarayev çıxaracaq.Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.xeber100.com

Oktyabr 13, 2019 15:01