UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

12 Mart 2020 14:13

Xəbər 45 dəfə oxunub

Martın 12-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşehir” klubu İstanbulda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Xəbər verdiyimiz kimi, “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) və “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) oyunları UEFA tərəfindən təxirə salınıb.Günün digər görüşləri isə aşağıdakılardır:

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Bazel” (İsveçrə);

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə);

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə);

“Qlazqo Reyncers” (Şotlandiya) – “Bayer” (Leverkusen, Almaniya);

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna).

Səkkizdəbir final mərhələsinin cavab görüşləri martın 19-da olacaq.xeber100.com