UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

26 Aprel 2022 10:29

Xəbər 33 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.İlk oyun günündə bir qarşılaşma keçiriləcək.Gecənin yeganə matçında İspaniyanın “Real Madrid” klubu İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olacaq. “Etihad” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.Mançester təmsilçisində Joau Kanselu cəzalı olduğu üçün oynaya bilməyəcək. Kayl Uoker və Con Stounzun isə meydana çıxmaları sual altındadır. “Kral klubu”nda Eden Azar, Luka Yoviç və Mariano Dias zədə səbəbindən matçı buraxacaq. David Alaba və Kazemironun isə bu görüşdə iştirak edib-etməyəcəyi dəqiq bilinmir.Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü aprelin 27-də “Livepul” (İngiltərə) və “Vilyarreal” (İspaniya) komandalar arasında oynanılacaq.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02