UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib

27 Aprel 2022 09:43

Xəbər 51 dəfə oxunub

  • UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.Mərhələnin ilk oyun günündə bir qarşılaşma keçirilib. Gecənin yeganə matçında İspaniyanın “Real Madrid” klubu İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olub. “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri üstün olub – 4:3.Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. Belçikalı futbolçu turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. Matçın 9-cu dəqiqəsindən sonra Qabriel Jezus fərqi artırıb. Oyunun 33-cü dəqiqəsində Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. Qarşılaşmanın 53-cü dəqiqəsində Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib. Görüşün 74-cü dəqiqəsində Bernardu Silva 4-cü topu “kral klubu”nun qapısından keçirib. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə penalti ilə fərqlənən Benzema qoyub.Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.xeber100.com

2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib

Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.İdman Araşdırmalar Mərkəzinin (İAM) “Huner Group”un sponsorluğu və "Report"un informasiya dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borges Malinovski bu ada layiq görülüb.Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kuboku çərçivəsində keçiriləcək "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.“Qarabağ” və “Sumqayıt”ın 25, “Qəbələ”, “Zirə” və “Sabah”ın 24, “Şamaxı”nın 23, “Neftçi” və “Səbail”in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borges 47 səslə birinci olub. İyirmi altı yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.“Qarabağ”ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub. Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İAM “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda “Kəpəz”də çıxış edən Cavid İmamverdiyev (2017/2018-ci il mövsümü), “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019-cu), “Qarabağ”ın legioneri Abdullah Zubir (2019/2020-ci) və hazırda Türkiyənin “Bursaspor” komandasının formasını geyinən Namik Ələskərov (2020/2021-ci) ən yaxşı seçilib.xeber100.com

May 20, 2022 12:02