UEFA Çempionlar Liqasının 2019-2020-ci il qrup mərhələsində

26 Noyabr 2019 11:01

Xəbər 52 dəfə oxunub

Noyabrın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Gün ərzində oynanılacaq görüşlər aşağıdakılardır:

A qrupu:

“Qalatasaray” – “Brügge” (Belçika);

“Real Madrid” (İspaniya) – “Paris Sen-Jermen” (Fransa).

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” – 12, “Real Madrid” – 7, “Brügge” – 2, “Qalatasaray” – 1.

B qrupu:

“Srvena Zvezda” (Serbiya) – “Bavariya” (Almaniya);

“Tottenhem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan).

Qrupdakı vəziyyət: “Bavariya” – 12, “Tottenhem” – 7, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

C qrupu:

“Atalanta” (İtaliya) – “Dinamo Zaqreb” (Xorvatiya);

“Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna).

Qrupdakı vəziyyət: “Mançester Siti” – 10, “Şaxtyor” – 5, “Dinamo Zaqreb” – 5, “Atalanta” – 1.

D qrupu:

“Lokomotiv” (Moskva, Rusiya) – “Bayer Leverkuzen” (Almaniya);

“Yuventus” (İtaliya) – “Atletiko Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Yuventus” – 10, “Atletiko Madrid” – 7, “Lokomotiv” – 3, “Bayer” – 3.xeber100.com

 

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20