UEFA Çempionlar Liqasının dördüncü turuna start veriləcək

5 Noyabr 2019 12:41

Xəbər 35 dəfə oxunub

Noyabrın 5-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.Günün bütün görüşləri aşağıdakılardır:

E qrupu:

“Napoli” (İtaliya) – “Zaltsburq” (Avstriya);

“Liverpul” (İngiltərə) – “Genk” (Belçika).

Qrupdakı vəziyyət: “Napoli” – 4, “Zaltsburq” – 3, “Liverpul” – 3, “Genk” – 1.

F qrupu:

“Borussiya Dortmund” (Almaniya) – “İnter” (İtaliya);

“Barselona” (İspaniya) – “Slaviya Praqa” (Çexiya).

Qrupdakı vəziyyət: “Barselona” – 7 “Borussiya” – 4, , “İnter” – 4, “Slaviya” – 1.

G qrupu:

“Zenit” (Rusiya) – “Leyptsiq” (Almaniya);

“Lion” (Fransa) – “Benfika” (Portuqaliya).

Qrupdakı vəziyyət: “Leyptsiq” – 6, “Zenit” – 4, “Lion” – 4, “Benfika” – 3.

H qrupu:

“Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya);

“Valensiya” (İspaniya) – “Lill” (Fransa).

Qrupdakı vəziyyət: “Ayaks” – 6, “Çelsi” – 6, “Valensiya” – 4, “Lill” – 1.xeber100.com

 

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42