UEFA Çempionlar Liqasının növbəti qrup mərhələsində

6 Noyabr 2019 11:26

Xəbər 42 dəfə oxunub

Noyabrın 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turunun daha səkkiz qarşılaşması oynanılacaq.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Gün ərzində oynanılacaq görüşlər aşağıdakılardır:

A qrupu:

“Paris Sen-Jermen” (Fransa) – “Brügge” (Belçika);

“Real Madrid” (İspaniya) – “Qalatasaray” (Türkiyə).

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” – 9, “Real Madrid” – 4, “Brügge” – 2, “Qalatasaray” – 1.

B qrupu:

“Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan);

“Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə).

Qrupdakı vəziyyət: “Bavariya” – 9, “Tottenhem” – 4, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

C qrupu:

“Dinamo Zaqreb” (Xorvatiya) – “Şaxtyor” (Donetsk, Ukrayna);

“Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə).

Qrupdakı vəziyyət: “Mançester Siti” – 9, “Dinamo Zaqreb” – 4, “Şaxtyor” – 4, “Atalanta” – 0.

D qrupu:

“Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya);

“Bayer Leverkuzen” (Almaniya) – “Atletiko Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Atletiko Madrid” – 7, “Yuventus” – 7, “Lokomotiv” – 3, “Bayer” – 0.xeber100.com

 

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib

Noyabrın 10-da futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, iki əzəli rəqib “Liverpul” və “Mançester Siti” komandaları üz-üzə gəliblər.Gərgin və hüçumlarla bol olan görüşdə meydan sahibləri - “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı 6-cı dəqiqədə erkən qolla “Liverpul” açıb. Qurulan əks hüçumu Fabinyo uzaq məsafədən dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qoldan 11 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi iki topa çatdırıb. Endi Robertsonun cinah ötürməsindən sonra Məhəmməd Salah başla bir başa uzaq küncü nişan alaraq komandasının ikinci qolunu vurub - 2:0.Fasiləyə komandalar “Liverpul”un 2:0 hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində Mersessayd təmsilçisi yenidən qol vurmağa nail olub. Bu dəfə də qol cinah ötürməsindən sonra vurulub. “Liverpul”un seneqallı hücumçusu Sadio Manenin baş zərbəsi dəqiq olub - 3:0. Bu qoldan sonra təsəlli qol vurmağa irəli atılan “şəhərli”lər fərqlənməyə bacarıb. Matçın 78-ci dəqiqəsində Bernardo Silva adını tabloya yazdırıb - 3:1.Görüş bu hesabla başa çatıb.Vacib qələbə qazanan “Liverpul” xalların sayını 34-ə çatdıraraq turnir cədvəlində “Çelsi” və “Lester Siti”dən 8, “Mançester Siti”dən isə 9 xal irəli keçib.On ikinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Norviç Siti” - “Vatford” - 0:2; “Çelsi” - “Kristal Palas” - 2:0; “Börnli” - “Vest Ham” - 3:0; “Nyukasl Yunayted” - “Bormunt” - 2:1; “Southempton” - “Everton” - 1:2; “Lester Siti” - “Arsenal” - 2:0; “Mançester Yunayted” - “Brayton” - 3:1; “Volverhemton” - “Aston Villa” - 2:1.xeber100.com

Noyabr 10, 2019 20:42