UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turuna start verilib

23 Oktyabr 2019 12:19

Xəbər 54 dəfə oxunub

Oktyabrın 22-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turuna start verilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında, ümumilikdə, 8 qarşılaşma oynanılıb.Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İspaniyanın “Real Madrid” klubunu qəbul edib.Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 18-ci dəqiqədə Toni Kros olub.A qrupunda mübarizə aparan “Cim-bom” bu nəticədən sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. “Real Madrid” isə 4 xalla ikinci yerdədir.Bu qrupun digər matçı Belçikada oynanılıb. Fransanın PSJ klubu səfərdə “Brügge”nin qonağı olub. Görüş fransızların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 0:5.Üç oyunun hamısında meydanı qələbə ilə tərk edək PSJ qrupda liderliyini davam etdirir. İki xalı olan “Brügge” üçüncü yerdədir.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“A” qrupu:

“Qalatasaray” (Türkiyə) – “Real Madrid” (İspaniya) – 0:1;

“Brügge” (Belçika) – PSJ (Fransa) – 0:5.

“B” qrupu:

“Olimpiakos” (Yunanıstan) – “Bavariya” (Almaniya) – 2:3;

“Tottenhem” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya) – 5:0.

“C” qrupu:

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:2;

“Mançester Siti” (İngiltərə) – “Atalanta” (İtaliya) – 5:1.

“D” qrupu:

“Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Leverkuzen, Almaniya) – 1:0;

“Yuventus” (İtaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 2:1.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09