UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində

14 Avqust 2019 09:34

Xəbər 101 dəfə oxunub

Bu gün futbolda ani diqqətsizlik yarandıqda rəqib səni cəzalandırır. Biz imkanlardan istifadə edə bilsəydik, hər şey fərqli olardı. Amma bu, futboldur. Bundan sonra da ancaq irəli baxmalıyıq.Azərtac xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk görüşdə (2:1) son dəqiqələrdə buraxılan qol ani diqqətsizlikdən olub: “Bizim qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Rəqib isə yararlandı. Məğlub olmağı da bacarmaq lazımdır. Rəqibi təbrik edirəm”.O, məyus olduqlarını bildirərək deyib: “Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Görüşdə çoxlu azarkeş var idi. Onlar bu gün çox möhtəşəm idi. Əlimizdə imkan var ki, UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edək. Çatışmayan cəhətimiz o idi ki, qol vura bilmədik. Ümid edirəm ki, “Neftçi” UEFA Avropa Liqasında qələbə qazanacaq və Azərbaycanı iki komanda qrup mərhələsində təmsil edəcək”.Almeyda növbəti oyunlara hazırlığın psixoloji cəhətdən çətin olmayacağını vurğulayıb: “Bizim çox təcrübəli baş məşqçimiz var. O, vəziyyəti dəyişməyi bacarır. Heyətdə də təcrübəli oyunçular kifayət qədərdir. Ötən il BATE-yə uduzandan sonra da toparlandıq və qrup mərhələsinə düşdük. Bunun öhdəsindən gəlməliyik”.xeber100.com

Azərbaycan futbol klublarından dördü yoxlama oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından dördü yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, paytaxtın “Zirə” klubu Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. “Sumqayıt” isə Polşanın “Arka” komandası ilə Bakı vaxtı ilə saat 16:30-da görüşəcək. Jelko Sopiçin rəhbərlik etdiyi “Sabah” klubu Antalyadakı sonuncu sınağında Rusiyanın “Spartak-2” komandası ilə saat 17:00-da qarşılaşacaq. Paytaxtın digər klubu “Səbail” isə üçüncü yoxlama görüşündə Rumıniyanın “Voluntari” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç saat 17:00-da start götürəcək.Qeyd edək ki, “Sabah” bundan əvvəlki yoxlama matçlarında “Kaysar”a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub. İlk matçında Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə məğlub olan “Zirə” ikinci oyununda Rumıniyanın “Sepsi” komandasına qalib gəlib - 2:0. “Səbail” Qazaxıstanın “Jetisu” klubuna 0:1, Ukraynanın “Olimpik” komandasına isə 1:3 hesabı ilə uduzub. Macarıstan “Kaposvar”ına 3:4 hesabı ilə uduzan “Sumqayıt” Rumıniya “Politexnika”sı bərabərə qalıb - 1:1.xeber100.com

Yanvar 21, 2020 13:20

İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 19-da İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Liverpul” doğma azarkeşlər önündə “Mançester Yuanyted” komandasını qəbul edib.“Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Hər iki hissədə bir qol vuran “Liverpul” çempionluq yolunda vacib qələbə qazanıb.Mersessayd təmsilçisinin heyətində Viljil van Deyk və Məhəmməd Salah fərqləniblər.Bu qələbə sahəsində xalları sayını 64-ə çatdıran “Liverpul” əzəli rəqibi, ikinci yerdə qərarlaşan “Mançester Siti”dən 16 xal irəlidədir. Qırx beş xala malik “Lester Siti” isə səfərdə “Börnli”yə məğlub olub (2:1).Xatırladaq ki, ötən gün “Mançester Siti” öz meydanında “Kristal Palas”ı qəbul edib. Hesabı 39-cu dəqiqədə qonaqlar açıb. “Kristal Palas”ın türkiyəli hücumçusu Cenk Tosun fərqlənib.Fasilədən sonra hücumları gücləndirən meydan sahibləri matçın sonlarına yaxın - 82-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. Serxio Aquera Qabriel Jesusun ötürməsini qola çevirib. Bundan beş dəqiqə sonra “Mançester Siti” hesabda önə keçib. Serxio Aquera adını ikinci dəfə tabloya yazdırıb. Bu da son qol olmayıb. “Kristal Palas” 90-cı dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Vilfried Zahanın cinah ötürməsindən sonra top “Mançester Siti”nin futbolçusu Fernandinyonun ayağına dəyərək qapıdan keçib. Beləliklə, oyun 2:2 hesab ilə başa çatıb.Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Arsenal” - “Şeffild Yunayted” - 1:1; “Brayton” - “Aston Villa” - 1:1; “Norviç Siti” - “Bormunt” - 1:0; “Southemton” - “Volverhemton” - 2:3; “Vest Ham Yunayted” - “Everton” - 1:1.xeber100.com

Yanvar 19, 2020 21:34