UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu keçiriləcək

17 Noyabr 2020 12:50

Xəbər 129 dəfə oxunub

Noyabrın 17-də futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.Azərtac-ın məlumatına görə, Canni De Byazinin rəhbərliyi altında yığmamız son oyununda Lüksemburq millisi ilə qarşılaşacaq. Azərbaycan komandası hazırda 5 xalla 3-cü sırada qərarlaşıb. Rəqib komanda isə 9 xalla 2-ci yeri tutur.Lüksemburqun “Jozi Bartel” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Oyunu almaniyalı baş hakim Feliks Zvayer idarə edəcək.Qeyd edək ki, Azərbaycan yığması rəqib komandaya Bakıdakı görüşdə 1:2 hesabı ilə məğlub olub.xeber100.com

Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.Azərtac xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.Tur “ASK Arena”da oynanılacaq “Keşlə”- “Sumqayıt” matçı ilə başlayacaq. Hazırda meydan sahibləri 23 xalla sonuncu, qonaqlar isə 33 xalla dördüncü pillədə qərarlaşıb.Komandalar Azərbaycan çempionatlarında indiyədək 34 görüşdə üz-üzə gəliblər. Bunların 16-sı “Keşlə”nin, 8-i “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Top fərqində də paytaxt təmsilçisi açıq-aşkar üstündür - 51:34. Son dörd görüşdə meydan sahibi olan komanda qələbə qazanmayıb. “Sumqayıt” isə son altı səfər matçında qol sevinci yaşayıb.Bu komandalar mayın 24-də Azərbaycan kubokunun finalında da üz-üzə gələcəklər.Günün sonuncu oyununda Premyer Liqa liderindən cəmi bir xal geri qalan “Neftçi” 24 xalla yeddinci sırada qərarlaşan “Səbail”in qonağı olacaq.İndiyədək Premyer Liqada iki klub arasında keçirilmiş 14 oyunun 2-də “dənizçilər”, 9-da isə “ağ-qaralar” qələbə qazanıb. Flaqman bu görüşlərdə 30 qol vurub, Bayıl təmsilçisi cəmi 10 dəfə fərqlənib. “Neftçi” komandası “Səbail” ilə son dörd matçda meydanı qolsuz tərk etməyib. “Səbail” isə yeddi oyunda qalib gələ bilməyib.Qeyd edək ki, tura mayın 9-da keçiriləcək “Zirə” – “Qəbələ” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.xeber100.com  

May 8, 2021 10:20