Ukrayna Ali Radasının nümayəndə heyətinin Bakıya rəsmi səfəri

8 Sentyabr 2021 14:24

Xəbər 85 dəfə oxunub

Hazırda Ukrayna Ali Radasının nümayəndə heyətinin Bakıya rəsmi səfəri məsələsi müzakirə edilir. Çünki ölkələrimiz arasında tərəfdaşlığın daha da genişləndirilməsi məsələlərinin müzakirəsi üçün real zəmin mövcuddur. Buraya həm iqtisadi əlaqələr, həm də energetika və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri daxildir. İnfrastruktur layihələrinin, mədəniyyət və təhsil məsələlərinin müzakirəsi ayrıca yer tutur.Bu fikirləri Azərtac-a eksklüziv müsahibəsində Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux bildirib.Onun sözlərinə görə, təəssüf ki, koronavirus pandemiyası belə görüşlərin tez-tez keçirilməsinə mənfi təsir göstərir. Lakin bununla belə mühümdür ki, nəzərdə tutulan bütün planlar və danışıqlar həm Kiyev, həm də Bakı üçün aktual olaraq qalmaqdadır.xeber100.com

 

Milli Məclis payız sessiyasının qanunvericilik işləri planını təsdiqləyib

Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.Azərtac xəbər verir ki, bu, parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, iş planına 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; 3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri; 4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; 5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; 6. “Lombardlar haqqında” qanun layihəsi; 7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; 8. “Ali təhsil haqqında” qanun layihəsi; 9. “Turizm haqqında” qanun layihəsi; 10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi; 11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi. 12. “Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihələri. Parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.xeber100.com

Sentyabr 30, 2021 14:12

Azərbaycan-Latviya münasibətləri müzakirə olunub

Latviya Seyminin sədri İnara Murnietse Azərbaycanın bu ölkədəki sabiq səfiri Cavanşir Axundovla görüşüb.Azərtac xəbər verir ki, görüşdə İnara Murnietse Latviya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.Azərbaycana son səfərini və Prezident İlham Əliyev, habelə Milli Məclisin sədri və digər dövlət rəsmiləri ilə səmərəli görüşlərini məmnunluqla xatırlayan İnara Murnietse ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.İki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edən İ.Murnietse parlamentlərarası dostluq qruplarının sıx əməkdaşlıq etdiyini bildirib.İnara Murnietse Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndiyini qeyd edib, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini vurğulayıb. O ümid etdiyini bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan Saziş üzərində iş yaxın vaxtlarda başa çatacaq.Həmçinin Latviyanın iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu deyən parlamentin sədri bu baxımdan Latviya və Azərbaycanın işgüzar dairələri arasında təmasların əhəmiyyətini vurğulayıb.Cavanşir Axundov Azərbaycanla Latviya arasında konstruktiv dostluq əlaqələrinin qurulduğunu qeyd edib, ölkələrimiz arasında imzalanmış razılaşmaların, yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.Vətən müharibəsi dövründə Latviya tərəfinin ölkəmizin haqq səsinə, ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən C.Axundov bunun ikitərəfli əlaqələrimizin yüksək səviyyəsindən xəbər verdiyini bir daha qeyd edib.xeber100.com

Avqust 7, 2021 21:21

ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib

İyulun 6-da Vyanada ATƏT Parlament Assambleyasının yay sessiyasının plenar iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda “Təxirəsalınmaz məsələlər” çərçivəsində ABŞ-ın təklif etdiyi “ATƏT məkanında nifrət, dözümsüzlük, şiddət və diskriminasiyanın artmasına qarşı” qətnamə layihəsi səsverməyə çıxarılıb.Səsvermədən əvvəl qətnamə layihəsini təklif edən ABŞ senatoru Bencamin Kardin Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə sənədin təkmil tərtibatına verdikləri töhfəyə görə təşəkkür edib. O bildirib ki, yeni düzəlişdən sonra sənəd islamofobiya və onun təzahür formalarına qarşı mübarizəni də ehtiva edir. Eyni zamanda, qeyd edilib ki, XX əsrin əvvəllərində tarixi ədalətsizlik kimi qiymətləndirilən hadisələr siyahısında soyqırımı anlayışı (açıq yazılmasa da, qondarma erməni soyqırımı nəzərdə tutulur) Azərbaycanın təklifi ilə qətnamədən çıxarılıb.Səsvermə zamanı qətnamə deputatların əksər səs çoxluğu ilə qəbul olunub.Qətnamə qəbul olunduqdan sonra Azay Quliyev Azərbaycanın və Türkiyənin düzəlişlərini qəbul etdiyinə və konstruktiv əməkdaşlığa görə senatora təşəkkürünü bildirib.Bundan başqa, Azay Quliyev ATƏT-in müşahidə missiyasının rəhbəri və xüsusi koordinatoru kimi bu ilin aprelində Albaniyada keçirilən parlament seçkiləri haqqında hesabat məruzəsi ilə çıxış edib, seçki prosesi zamanı missiyanın müəyyən etdiyi müsbət və mənfi məqamlar haqqında Assambleyanı məlumatlandırıb.ATƏT Parlament Assambleyasının yay sessiyası qurumun prezidentini, vitse-prezidentlərini və komitə sədrlərini seçdikdən sonra işini başa çatdırıb. İsveçdən olan deputat Marqareta Sedelfert cəmi 2 səs fərqi ilə, yəni 128 deputatın dəstəyini qazanaraq norveçli rəqibi Kari Henriksenə qalib gəlib və ATƏT Parlament Assambleyasının prezidenti seçilib.xeber100.com

İyul 6, 2021 14:01

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 21-də hibrid formatda işə başlayıb.Azərtac xəbər verir ki, yay sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar iştirak edəcəklər.AŞPA yay sessiyasında qurumun Büro və Daimi komitələrinin hesabatı, Nazirlər Komitəsinin məlumatı, eləcə də cari ilin aprelində Bolqarıstan və Albaniyada keçirilmiş parlament seçkilərində müşahidələrin nəticələri dinləniləcək. Sessiya çərçivəsində İstanbul Konvensiyası adlanan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya”nın 10 illiyi qeyd ediləcək. AŞPA prezidenti Rik Daemsin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə 2016-cı il Vaclav Havel İnsan Hüquqları Mükafatı və 2018-ci il Nobel Sülh Mükafatı laureatı Nadya Murad, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Belçikanın Baş naziri Aleksander de Kroo, Rumıniya Senatının sədri Anka Dana Draqu, Fransanın gender bərabərliyi, müxtəliflik və bərabər imkanlar naziri Elizabet Moreno və BMT-nin Qadına qarşı zorakılıq, səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Dubravka Şimonoviçin çıxışları gözlənilir.xeber100.com

İyun 21, 2021 15:02