Ukrayna parlamenti yeni qanun qəbul edib

11 İyul 2019 17:49

Xəbər 71 dəfə oxunub

Ukraynanın Ali Radası pedofillərin kimyəvi axtalanmasına icazə verən və seksual zəmində azyaşlılara qaşı cinayət tərədən şəxslərin reyestrinin tərtib edilməsi haqqında qanun qəbul edib.Ukrayna KİV-ləri xəbər verir ki, qanun kimyəvi axtalamanın 18-65 yaş arasında olan cinayətkarlara qarşı tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, azyaşlıların zorlanmasına qarşı cinayət məsuliyyətinin artırılması da təklif olunur: Ukraynada bu cinayətə görə həbs cəzasını 12 ildən 15 ilə qaldırmaq istəyirlər.Ukrayna parlamentinin deputatları bildiriblər ki, pedofillərin və zorlama cinayətləri törədənlərin kimyəvi axtalanması cəzası bir çox Avropa ölkələrində və Birləşmiş Ştatların bir çox ştatında tətbiq edilir. Eni zamanda, bu şəxslər haqqında məlumatlar ictimai reyestrə daxil olunur. Həmin sənədlərdə azyaşlıların zorlanması üzrə ən çox rezonans doğuran hallar yer alır. Lakin bu cür cinayətlər üçün ömürlük həbs cəzası nəzərdə tutulmayıb.Ukrayna parlamentinin 247 üzvü qanunun lehinə səs verib. Sənəd ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17