Ukraynada sərt karantin rejimi tətbiq edilə bilər

6 Avqust 2020 15:15

Xəbər 1141 dəfə oxunub

Kiyevin hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, paytaxtda koronavirusun sürətlə yayılacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Ötən gün Kiyevdə COVID-19 xəstəliyinə 180 yeni yoluxma faktı qeydə alınıb.Azərtac xəbər verib ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bəyan edib.O, vətəndaşları koronavirusa yoluxma təhlükəsinə ciddi yanaşmağa çağırıb.Kliçko deyib: “Əgər xəstəlik sürətlə yayılarsa, o halda yenidən ciddi məhdudiyyətlərə qayıtmalı olacağıq. Bunun baş verib-verməməsi bu gün hər birimizdən asılıdır, ən sadə qaydalara nə dərəcədə riayət etməyimizdən, öz sağlamlığımıza necə diqqətlə yanaşmağımızdan asılıdır”.Xatırladaq ki, Ukraynada artıq iki gündür ardıcıl olaraq yeni yoluxmaların sayında antirekord müşahidə edilir, avqustun 5-də 1318 nəfərin bu xəstəliyə yoluxması faktı təsdiqlənib.Avqustun 5-nə olan vəziyyətə görə, Ukraynada 12 region karantinin yumşaldılmasına hazır deyil, onların arasında Kiyev də var. Ölkə paytaxtında xəstəliyin dinamikasının göstəricisi həddini aşıb.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00