Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb

24 Aprel 2022 15:32

Xəbər 63 dəfə oxunub

Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb.Bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Aprelin 23-nə olan məlumata görə, Ukraynanı 5 milyon 186 min 744 nəfər tərk edib. Mart ayında ölkədən 3,4 milyon nəfər, apreldə isə bundan təxminən üç dəfə az – 1 milyon 151 min nəfər çıxıb.Ukraynalıların əksəriyyəti Polşaya gedib. Hazırda bu ölkədə 2,6 milyon nəfər qaçqın yerləşib. Rumıniyaya 774 min 94, Moldovaya 433 min 214, Slovakiyaya 354 min 329 qaçqın gəlib. Rusiyadakı ukraynalı qaçqınların sayı isə 578 min 255 nəfərə çatıb.

Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb

Mayın 9-da yerli vaxtla saat 7:00-da Filippində dövlət başçısı Rodriqo Duterteni əvəz edəcək yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb.Həmin gün təqribən 37 min seçki məntəqəsində seçicilərin səsverməsi hazırda davam edir. Bu məntəqələrin yerli vaxtla axşam saat 19:00-da bağlanacağı və səslərin dərhal hesablanmasına başlanacağı gözlənilir.Qeyd edək ki, R.Duterteni əvəz etmək üçün 10 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, namizədlər arasında keçmiş diktator Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos liderlik edir.F.Markos R.Dutertenin narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı apardığı mübarizə də daxil olmaqla onun siyasətini davam etdirəcəyini vəd edib. Onun namizədliyinin atasının diktaturasından sonra anadan olmuş gənclər tərəfindən dəstəkləndiyi qeyd edilir. F.Markos sosial şəbəkələrdə atasının infrastrukturu inkişaf etdirmək yolu ilə iqtisadi dirçəlişə nail olduğunu vurğulayır.Keçmiş diktatorun əsas rəqibi rolunda hazırda vitse-prezident vəzifəsini tutan xanım Leni Robredo çıxış edir. R.Dutertenin rəhbərliyi altında çalışmasına baxmayaraq, bu xanımın onun ən kəskin tənqidçilərindən biri olduğu qeyd edilir.L.Robredo seçiciləri məhz R.Dutertenin siyasətinə qarşı çıxması ilə öz tərəfinə cəlb edə bilib.Əlavə olaraq bildirək ki, 65,7 milyondan çox filippinlinin qatılacağı ümumi seçkilərdə respublikanın yeni prezidenti ilə yanaşı, vitse-prezident, 12 senator, yüzlərlə konqresmen, habelə qubernatorlar, merlər, əyalət və şəhər müşavirləri də seçiləcək.xeber100.com

May 9, 2022 15:13