Ukraynanın “Chumak” JSC şirkəti əməkdaşlıq təklif edir

31 Oktyabr 2019 11:28

Xəbər 34 dəfə oxunub

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.AZPROMO-dan Azərtac-a bildirilib ki, Ukraynanın “Chumak” JSC şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərə əməkdaşlıq təklif edir. “Chumak” JSC qida məhsullarının istehsalında ixtisaslaşıb. Şirkət Ukrayna, Şərqi və Mərkəzi Avropa ölkələrində ən böyük pomidor emalçısıdır.Əməkdaşlıqda maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.xeber100.com

II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.Azərtac xəbər verir ki, bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz “Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.xeber100.com

Noyabr 11, 2019 14:44