Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında

29 Yanvar 2019 12:43

Xəbər 190 dəfə oxunub

Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.Azərtac xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 22-yə çatıb.Komissiya Ruslan Koşulinskiy və Aleksandr Danilyukun prezidentliyə namizədliyini qeydə alıb. MSK, həmçinin Aleksandr Kovalçukun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır. Artıq 41 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.xeber100.com

13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.Azərtac xəbər verir ki, konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verib.Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışıb.Digər çıxış edənlər dünyada və regionda gedən proseslərdən söz açıb, qloballaşan dünyada təhlükəsizliyin təmin olunmasında irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin rolu barədə fikirlərini bölüşüblər.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin birinci katibi Sərxan İsmayılov təmsil edirlər.Polkovnik-leytenant Fuad İbrahimov konfransda iştirak edən həmkarları ilə keçirdiyi görüşlərdə Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib.xeber100.com  

Noyabr 6, 2019 12:42

Türkiyə və Rusiya Suriyada ikinci patrula başlayıb

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıb.Rusiya KİV-ləri xəbər verir ki, ilk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.Xatırladaq ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, - Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı belə deyib.xeber100.com

Noyabr 5, 2019 14:29