Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi açıqlanıb

10 Dekabr 2022 17:54

Xəbər 180 dəfə oxunub

ABŞ Prezidenti Co Bayden Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Amerika mətbuatının məlumatına görə, hərbi yardım paketinə HIMARS üçün döyüş sursatı, artilleriya mərmiləri, yeni hava hücumundan müdafiə sistemləri, həmçinin Rusiya pilotsuz təyyarələri ilə mübarizə üçün avadanlıqlar daxil olacaq.xeber100.com