Ümumdünya Səhiyyə Təşkilatının məlumatı əsasında…

22 Sentyabr 2022 13:10

Xəbər 32 dəfə oxunub

Ötən həftə ərzində dünyada 3,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub (12 – 18 sentyabr), 10 minə yaxın insan ölüb.Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülleteninə əsasən xəstəliyə yoluxma hallarının sayı ötən yeddi günlə müqayisədə 2 faiz, ölüm hallarının sayı isə – 17 faiz azalıb.Yoluxma hallarının sayının əhəmiyyətli dərəcədə azalması Afrika (35 faiz), Şərqi Aralıq dənizi regionu (14 faiz) və Amerikada (12 faiz) qeydə alınıb. Eyni zamanda, yoluxma hallarının sayı Qərbi Sakit Okean regionunda (3 faiz) artıb. Ölüm hallarının sayı əhəmiyyətli dərəcədə Şərqi Aralıq dənizi regionu (46 faiz), Afrika (27 faiz), Qərbi Sakit Okean regionu (27 faiz) və Avropada (22 faiz) azalıb.ÜST-nin məlumatına görə, Yaponiya həftə ərzində ən çox – 605 919 xəstəliyə yoluxanlar barədə məlumat verib. Daha sonra ABŞ (395 117), Koreya Respublikası (389 579), Rusiya (372 485) və Çin (297 693) yer alıblar. ABŞ-da yeddi gün ərzində xəstəlikdən ən çox – 2 601 ölən qeydə alınıb. Ondan sonra Yaponiya (1 162), Rusiya (697), İspaniya (595) və Braziliya (487) qərarlaşıb.Qeyd edək ki, dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 610 milyonu ötüb.xeber100.com