Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna start veriləcək

30 Oktyabr 2019 13:00

Xəbər 40 dəfə oxunub

Oktyabrın 30-da Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının ikinci turuna start veriləcək.Azərtac xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən 16 yaşadək əsas yığmanın üzvləri – “Azərbaycan” komandası ABŞ, digər yığmamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları Tailand təmsilçiləri ilə mübarizə aparacaqlar.Əsas yığmanın heyətində mübarizə aparan Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva birinci turda Monqolustan şahmatçılarını 3:1 hesabı ilə məğlub ediblər. Şahmatçılarımızdan A.Süleymanlı və G.Beydullayeva qarşılaşmaları qələbə ilə başa vurublar, Ə.Əhmədzadə və V.Manafov heç-heçə ediblər.Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Nəsrin Babayevanın çıxış etdiyi “Azərbaycan-Naxçıvan” komandası isə debütdə Qazaxıstan yığmasına uduzub – 1:3. X.Babazadə, S.Məmmədov rəqibləri ilə heç-heçə edib, S.Qarayev və N.Babayeva isə məğlub olublar.Ümumilikdə 48 komandanın mübarizə apardığı olimpiada noyabrın 6-dək davam edəcək.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09