“UR Airlines” aviaşirkətinin Ərbildən Bakıya olan reysi ləğv olunub

1 Noyabr 2019 12:59

Xəbər 41 dəfə oxunub

Noyabrın 1-də həyata keçirilməli olan Ərbil-Bakı-Ərbil aviareysi ləğv edilib.Azərtac Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, İraqın “UR Airlines” aviaşirkətinin yerli vaxtla saat 14:00-da Ərbildən Bakıya “UD 701” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 15:00-da Bakıdan Ərbil istiqamətində “UD 702” saylı reysi də ləğv edilib. Aviareyslər “B737-200” təyyarəsi ilə həyata keçirilməli idi.Ərbil-Bakı-Ərbil aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.xeber100.com

II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.Azərtac xəbər verir ki, bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz “Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.xeber100.com

Noyabr 11, 2019 14:44