Voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib

19 Noyabr 2019 14:17

Xəbər 109 dəfə oxunub

2006-2007-ci il təvəllüdlü qız voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib.Azərtac xəbər verir ki, “Azəri” komandası “Azərreyl 1” və “Azərreyl 2”ni 2:0 hesabı ilə məğlub edib. “Xətai” “Azərreyl 2”yə 2:0 hesabı ilə qalib gəlsə də, “Azərreyl 1”ə eyni hesabla uduzub.Altı komandanın iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası liderlik edir.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən birincilikdə ən çox xal qazanan komanda Bakı birincisi olacaq.xeber100.com