“Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək

28 Noyabr 2022 10:45

Xəbər 54 dəfə oxunub

Dekabrın 17-dən 24-dək Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. Superturnir çərçivəsində media nümayəndələri arasında şahmat yarışı keçiriləcək.Turnirin mətbuat xidmətindən bildiriblər ki, “Vugar Gashimov Memorial-2022”nin “Sponsor gününə” – dekabrın 21-nə təsadüf edəcək yarış Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunacaq. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək.Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.Turnirdə iştirak etmək istəyənlər dekabrın 20-si saat 12:00-dək [email protected] e-mail ünvanına ad, soyad və təmsil etdikləri qurumu göndərə bilərlər.xeber100.com