Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…

3 Oktyabr 2020 19:00

Xəbər 46 dəfə oxunub

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.Açıqlamada deyilir: “Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal edilmiş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir.Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” “əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir.BMT Nizamnaməsinə əsasən, icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT Təhlükəsizlik Şurasının 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə görə, BMT-nin üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsinin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir”.xeber100.com

İqor Korotçenko: Azərbaycan ordusu dünyanın ən yaxşı 50 ordusu sırasındadır

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstərir ki, Bakının orduya, müdafiəyə çəkdiyi xərclər əbəs deyildi.Azərtac xəbər verir ki, bu barədə “Pravda.ru” nəşrinə hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söhbət açıb.O, birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, o vaxt Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Ekspert deyib: “Əlbəttə, sərt mərkəzləşdirilmiş hakimiyyətin yoxluğu şəraitində o dövr üçün səfərbərlik və döyüş əməliyyatlarının düzgün idarə edilməsini həyata keçirmək mümkün olmadı. Ermənistan isə bizdə Müdafiə naziri vəzifəsinə Pavel Qraçov təyin olunduqdan sonra ciddi dəstək qazandı. Qraçov Ermənistana rəğbət bəsləyirdi, qəbul edilən müəyyən qərarlara müvafiq olaraq, Ermənistan öz ərazisində yerləşən hərbi hissələrdəki texnikanın bir hissəsinə sahib oldu, digər hissəni isə anbarları çapıb talayaraq öz əlinə keçirdi”.İ.Korotçenkonun fikrincə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət düzəldi. Rusiyalı ekspert deyib: “Heydər Əliyev tanınmış sovet dövlət xadimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, vaxtilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, yüksək hazırlıqlı, iradəli, sərt və sözübütöv siyasətçi idi. Prezident Heydər Əliyev Azərbaycan ordusunu bərpa etməyə, faktiki olaraq sıfırdan yaratmağa başladı. Çünki Xalq Cəbhəsi özündən sonra çox acınacaqlı miras qoymuşdu. Artıq İlham Əliyev hakimiyyətə gələndə o, iri infrastruktur neft-qaz layihələrini həyata keçirməyi bacardı, bu layihələr əhəmiyyətli həcmdə valyuta gəlirləri gətirməyə başladı. Bu vəsaitlər hesabına bütün Azərbaycan inkişaf edirdi, lakin böyük təxsisatlar məhz orduya yönəldilirdi. Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”.xeber100.com

Oktyabr 27, 2020 15:25

Ukraynanın Fəxri konsulunun təyin edilməsi üzrə mərasim baş tutub

Oktyabrın 27-də Ukraynanın Azərbaycandakı Səfirliyinin binasında Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun təyin edilməsi üzrə mərasim baş tutub.Konsulluqdan Azərtac-a bildirilib ki, mərasimdə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi Şamaxı şəhərində Ukraynanın yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında sazişi imzalayıblar.Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.Ukraynanın Azərbaycandakı fəxri konsulu vəzifəsinə təyin olunan M.Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakültəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur “SAP” və “DeGolyer & MacNaughton Corporation” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun konsulluq dairəsi Azərbaycanın Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.xeber100.com

Oktyabr 27, 2020 15:17

Heydər Əliyev vəzifədən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büronun 9 üzvündən 8-i erməni idi, 1-i azərbaycanlı. Dağlıq Qarabağda bütün əsas rəhbər vəzifələrdə ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, 1970-ci illərdə dəmir yolu çəkilib, Sərsəng su anbarı, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.Dövlətimizin başçısı bu mövzuda söhbətini davam etdirərək deyib ki, ermənilər nankorluq edərək, vəziyyətdən yararlandılar və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər. Bölgədə separatizm meyilləri baş qaldırdı.Bundan əvvəl isə ermənilərin hazırlıq işləri gördüyünü diqqətə çatdıran Prezident deyib: “Əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar – Azərbaycandan kütləvi surətdə anonim məktublar Moskvaya göndərirdilər və şər-böhtan kampaniyası aparılırdı. O məqsədlə ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin”.Prezident qeyd edib ki, bizim xalqımızın bəlaları o gündən başladı. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün zəmin yaradıldı. “O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar olsun ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını aşağı salaraq Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür”, - deyə Prezident İlham Əliyev əlavə edib.xeber100.com

Oktyabr 26, 2020 14:26

İlham Əliyev: Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir

1993-cü ildə qəbul edilmiş qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə bil, istəyirlər ki, bu sənədlər kölgədə qalsın, ya da qüvvədən düşsün və öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Biz yenə işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma bu, keçmədi. Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi. Bizə dəstək göstərdilər.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.Göstərdikləri mərdliyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sağ olsunlar, baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistan maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.Azərbaycan Prezidenti qeyd edib ki, atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər, rədd olsun çıxsın. “Yoxsa, axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq, necə ki bizim qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.xeber100.com

Oktyabr 26, 2020 14:19

Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır…

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.Azərtac xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.Məqalədə beynəlxalq KİV-lərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılması zamanı bəzilərinin yanlış olaraq bu münaqişəni “mübahisəli Dağlıq Qarabağ anklavı” kimi təqdim etdikləri bildirilir.Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan tarixboyu üzləşdiyi ən böyük humanitar böhranla üz-üzə qalıb.Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini vurğulayan müəllif qeyd edir ki, belə bir sülh yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilər. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır.Müəllif Dağlıq Qarabağın bəzən “mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.xeber100.com  

Oktyabr 22, 2020 13:34

Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Xarici ölkələrin parlament nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri cəbhə xəttində gedən döyüşlərlə bağlı bəyanatlar verməkdə davam edirlər.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, Macarıstan Milli Assambleyasının Sədri Laslo Köver, Macarıstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Atilla Tilki Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını pisləyir, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana öz dəstəyini ifadə edirlər.Həmçinin Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand öz müraciətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı əsasında həllinə tərəfdar olduğunu bildirir.Özbəkistan Ali Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Alişer Kadırovun məktubunda da Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, orada yaşayan dinc əhalini artilleriya və raket atəşinə tutması, mülki obyektlərin hədəfə alınması şiddətlə qınanılır, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum tədbirləri təqdir edilir. Münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək ifadə olunur.xeber100.com

Oktyabr 21, 2020 14:35

“Israel HaYom” qəzeti: Azərbaycanın Dağlıq Qarabağ uğrunda mübarizəsi davam edir

Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında əsl müharibə qızışmaqda davam edir. Bu gün bu müharibədə yeni rekord vurulub, belə ki, Azərbaycan Ordusu Dağlıq Qarabağdan cənuba, İran sərhədi boyunca müdafiə xətlərini yarıb və şimala, Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhəri istiqamətində irəliləməyə real şəkildə nail olub.Azərtac xəbər verir ki, bu barədə İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Dağlıq Qarabağ: Azərbaycan Ordusu hücuma keçir – ermənilər geri çəkilir” sərlövhəli məqaləsində tanınmış israilli jurnalist Neta Bar yazıb.Qəzet qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatları zonasının cənub istiqamətində 13 kənd və şəhərin, o cümlədən 1990-cı illərdə, birinci Dağlıq Qarabağ müharibəsi başlananadək minlərlə dinc Azərbaycan sakininin yaşadığı Zəngilan şəhərinin işğaldan tam azad olunmasını elan edib.“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur. Azərbaycan istəyir ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib”, - deyə “Israel HaYom” qəzeti qeyd edir.Azərbaycan Prezidenti deyib: “Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bunu biz yerə vurduq. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər”.İsrail qəzeti öz tərəfindən yazır ki, ermənilər “bütün istiqamətlərdə əks-hücum həyata keçirmək” barədə elan ediblər, lakin sonradan bu xəbər təsdiqlənməyib.

Oktyabr 21, 2020 14:30

Prezident İlham Əliyev: Mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq, Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar. “Onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər, ancaq eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.xeber100.com

Oktyabr 20, 2020 13:51

“Kuwait Times” qəzeti Gəncənin raket hücumuna məruz qalmasından yazır…

“Kuwait Times” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücumu həyata keçirməsi ilə bağlı məqalə dərc olunub.Azərtac xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə gecə saatlarında həyata keçirilən raket zərbəsindən sonra Ermənistandan döyüş meydanında intiqam alacağını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinin Gəncəyə raket hücumunu müharibə cinayəti adlandırdığı vurğulanır.Məqalədə Gəncə şəhərinin bir yaşayış məntəqəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 10-dan çox mülki vətəndaşın həlak olduğu və onlarla insanın yaralandığı diqqətə çatdırılır.Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz rəsmi “Twitter” səhifəsində Ermənistan tərəfindən atılan bu raket hücumu ilə bağlı yazdığı fikirlərə istinadən Gəncədə 20-dən çox evin dağıldığını qeyd edir. Türkiyənin Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun fikirlərinə istinad edən müəllif yazır: “Ermənistan müharibə cinayətləri törətməkdə və mülki əhalini qırmaqda davam edir. Bu vəhşilik qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir”.Müəllif sonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verərək bildirir ki, onilliklərdir davam edən münaqişə bu il sentyabrın 27-dən başlayaraq daha da gərginləşib.xeber100.com

Oktyabr 19, 2020 09:23