Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

3 İyul 2019 14:36

Xəbər 77 dəfə oxunub

Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Peru Respublikasının Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvəti ilə Lima şəhərinə səfərə yola düşüb. Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Nazir Elmar Məmmədyarov iyulun 5-6-da Limada keçiriləcək “Sakit okean Alyansı”na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə görüşündə iştirak edəcək.Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişafı, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.Sakit okean Alyansının Zirvə görüşündə müşahidəçi ölkələrlə yanaşı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların nümayəndələrinin iştirak edəcəkləri gözlənilir.xeber100.com

“Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalanıb

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Azərtac xəbər verir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.xeber100.com

Noyabr 9, 2019 20:16