XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib

19 Sentyabr 2022 11:04

Xəbər 46 dəfə oxunub

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, festival çərçivəsində Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirilib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri”ndə təqdim olunub.Mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan dəvət olunan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini söyləyib.Özbəkistan kinematoqrafiya agentliyinin rəhbəri Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının birbaşa dövlət başçısının diqqətində olduğunu qeyd edib. O, 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olduğunu söyləyib.Bağlanış mərasimində, həmçinin “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.Qeyd edək ki, sentyabrın 13-dən 18-dək keçirilən “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalında dünyanın 40 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanadadan 500-dən çox kinematoqrafçı iştirak edib. Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər təqdim edilib.xeber100.com

Bakı Bələdiyyə Teatrı 30-cu mövsümünü “Sən qayıdacaqsan” tamaşası ilə açdı

Sentyabrın 27-də Bakı Bələdiyyə Teatrı 30-cu mövsümünü “Sən qayıdacaqsan” tamaşası ilə açdı. Tamaşa Anım gününə həsr olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən, hər il sentyabr ayının 27-si İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə Anım günü olaraq qeyd olunur. Qeyd edək ki, tamaşadan öncə Anım gününə həsr olunmuş sərgiyə baxış da keçirilib. Anım günü münasibətilə təşkil edilmiş sərgidə Əqdəs Bağırzadənin fotoları, Əsmər Nərimanbəyovanın rəsm əsərləri, eləcə də Nərgiz Quliyevanın və digərlərinin rəsm əsərləri nümayiş olunub. Daha sonra “Sən qayıdacaqsan” tamaşası nümayiş olundu. Bütün dünyada törədilmiş müharibələrə həsr olunan səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin fəsadlarını yaşayan insanların hər birinin ağrı-acısı göstərilir. Tamaşanın qəhrəmanları hər gün eyni vaxtda qatar stansiyasına tələsir, müharibədə itirdiklərinin yolunu gözləyir və daim çöhrələrində mənəvi ölümün cizgilərini saxlayırlar. Tamaşanın rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu bildirir ki, səhnə əsərində qəhrəmanların adları ümumiləşdirilib və onların hər biri müharibəni görən və sonrakı ağrı-acılarını yaşayan insanlardır: “Müharibədə itirdiklərinin yolunu gözləyən qəhrəmanlar sonda yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb”. Səhnə əsərinin adı xüsusilə seçilib və bu ad həm də ümid nişanəsi olaraq təqdim olunur. Rejissor qeyd edir ki, ad seçimi çöx önəmlidir, çünki ad mahiyyətdir, ad bizləri yönəldir, nümayişdən öncə mövzuyla bağlı fikir yaradır. Ən önəmlisdi isə ümid verir. Necə ki, 44 günlük müharibədə biz qalib gəldik, 30 illik həsrətimizə son qoyuldu. Bu illər ərzində sarıldığımız ümid işartıları sonda bizlərə sevinc bəxş etdi. Tamaşanın ideya müəllifi, Bakı Bələdiyyə teatrının aparıcı aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova qeyd edir ki, “Sən qayıdacaqsan” səhnə əsəri səhnə fəaliyyətimin 30 illiyinə, yubiley yaşıma, eyni zamanda 30 illik torpaq həsrətimizə son verilməsinə həsr olunub: “Hətta bu ideyanı irəli sürəndə hələ 44 günlük müharibə başlamamışdı, sanki hadisələri qabaqladıq. Bu, bəşəri bir mövzüdür, müharibələrin törətdiyi ağrı-acılar nəticəsində nələr olur, onu ortaya qoyur. İçində həsrəti, yanğısı olan, bir sözlə müharibə dəhştlərini görmüş yara almış insanların faciəsini göstərir. Heç kim müharibə olmasını  istəməz, heç kim ölümü,  ayrılığı istəməz. Tamaşada mən iç dünyası həsrtələ dolu olan bir qadının taleyini yaratmışam. Qismət elə gətirdi ki, qələbə çaldıqdan sonra bu tamaşanı hazırladıq. Bu baxımdan da tamaşada olan həsrət, ayrılıq yanğısını nikbin  sonluqla bitirdik”. Aktrisa onu da bildirir ki, Bakı Bələdiyyə Teatrının 30-cü mövsümünü də “Sən qayıdacaqsan” tamaşası ilə açdıq və tamaşanın sonununda olan nikbin əhval-ruhiyyəni geniş tamaşaçı auditoriyasına çatdırqdıq: “Qoy bütün dünyada sülh, əmin-amanlıq olsun, müharibələrə son verilsin, əsgərlərimiz sağ-salamat evlərinə, yurdlarına dönsünlər. Artıq qadınlarımız - qızlarımız, analarımız göz yaşı tökməsin, hamının üzünə sevinc həkk olunsun. Bütün dünya müharibə “DUR” desin! Bunu mən bir qadın, ana olaraq arzulayıram”. Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər simvolika üzərində yazılıb. Səhnədə qurulmuş dəmir yol xətti, dəmir yol xətlərinin dağılmış halda bir-birinə birləşməyən 4 yol ayrıcına bənzəməsi, əsərin sonunda qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar bütün acılara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsinə, sabahlara olan inamdan xəbər verirdi. Tamaşanın ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur. Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova.xeber100.com

Sentyabr 27, 2022 11:29

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü teatr mövsümündə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü teatr mövsümünü sentyabrın 24-də “Bir nəfəs qədər” tamaşası ilə açacaq.SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artistlər Leyla Ağayeva və Zakir Ağayev, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, eləcə də orkestr və balet artistləri iştirak edəcəklər.Qeyd edək ki, səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında övladının yoxluğu ilə barışmaq məcburiyyətində qalır.xeber100.com

Sentyabr 22, 2022 10:04

XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçirilib.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, festival çərçivəsində Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri Özbəkistanın Daşkənd və Buxara şəhərlərində nümayiş etdirilib. Sözügedən filmlər festival çərçivəsində keçirilən “Azərbaycan kino günləri”ndə təqdim olunub.Mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan dəvət olunan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini söyləyib.Özbəkistan kinematoqrafiya agentliyinin rəhbəri Firdavs Abduxolikov ölkədə kinematoqrafiyanın inkişafının birbaşa dövlət başçısının diqqətində olduğunu qeyd edib. O, 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olduğunu söyləyib.Bağlanış mərasimində, həmçinin “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycanlı gənc kinorejissor Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.Qeyd edək ki, sentyabrın 13-dən 18-dək keçirilən “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalında dünyanın 40 ölkəsindən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanadadan 500-dən çox kinematoqrafçı iştirak edib. Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı filmlər təqdim edilib.xeber100.com

Sentyabr 19, 2022 11:04

“İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının açılış mərasimi keçirilib

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.1968-ci ildən keçirilən beynəlxalq festival ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yenidən bərpa olunub.Dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissorlar, tanınmış artistlər, kino sahəsinin mütəxəssisləri kinofestivalda iştirak edirlər.Əvvəlcə iştirakçılar, festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək, mətbuat nümayəndələri ilə görüşüblər.Tədbirin əvvəlində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub.Ölkəmizi bu kino bayramında “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev, rejissor və kinoşünas Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova təmsil edir. Festivalda Azərbaycandan Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdiriləcək.Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin 150 bədii və sənədli filmi nümayiş olunacaq. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirlərinin, müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.Daşkənddəki Kinematoqrafiya evində 1500-dən artıq gənc kinematoqrafçıları birləşdirən kinoklaster yaradılıb və istedadlı gənclər bu istiqamətdə biliklərə yiyələnirlər.Qeyd edək ki, “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı da keçiriləcək.xeber100.com

Sentyabr 15, 2022 14:05

“Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişi keçirilib

Hindistanın Bakıdakı səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə avqustun 31-də “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan səfirliyi tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə həyata keçirilən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, şalvar və kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri nümayiş zamanı tamaşaçıların diqqətini cəlb edib.Tədbirdə çıxış edən V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistan ÜDM-in 2,3 faizini və ixracının 12 faizini təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41 faiz artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.V.Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.O, tamaşaçılardan sentyabrın 2-dən 12-sinə kimi Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksəkkeyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00-da və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə biləcəklər.xeber100.com

Sentyabr 1, 2022 15:47

Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür

Bu gün Azərbaycan radiosunun görkəmli diktoru, Xalq artisti Yusif Muxtarovun dünyaya göz açdığı gündür, yaşasaydı 81 yaşını qeyd edəcəkdi. Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində təhsil alıb. Ustad rejissor Adil İsgəndərovdan dərs alan, onun kursunda yaradıcılıq məktəbi keçən Y.Muxtarov tələbəlik illərindən başlayaraq Tədris Teatrının səhnəsində fəaliyyət göstərməyə başlayıb, eyni zamanda bir çox televiziya tamaşalarında da – S.Vurğunun “Vaqif”, S.Rəhmanın “Xoşbəxtlər”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İ. Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx”, M. Bayciyevin “Duel” və s.  uğurlu çıxışları olub. Radio diktorluğuna olan meyli, sevgisi onun radioda 30 il aparıcı diktor kimi fəaliyyət göstərməsinə şərait yaratdı. Və 30 il ərzində onun səsində lentə alınan 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl fonduna daхil olub. Y.Muxtarov həm də klassik şeirimizin təbliğatçılarından biri idi. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya  qanunlarına ciddi riayət olunmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları  təqdimatda əsas götürülməlidir. Yeri gəlmişkən, Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Onun fəaliyyəti Tədris Teatrından başlayaraq, radioda davam etdi, ancaq sadəcə bununla məhdudlaşmadı. Azərbaycan kino tarixinə düşmüş bir neçə filmdə – rejissor Fikrət Əliyevin 1974-cü ildə quruluş verdiyi “Baladadaşın ilk məhəbbəti” filmində Murad, 1980-ci ildə yazıçı Bayram Bayramovun ssenarisi əsasanda Ziyafət Abbasovun çəkdiyi “Onun bəlalı sevgisi”ndə iclas iştirakçısı, 1990-cı ildə yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında rejissor Əbdül Mahmudbəyovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində Paxan obrazlarını oynayıb. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olam Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyası və dəstəyilə Azərbaycanın görkəmli teatr və kino xadimləri Amaliya Pənahova və Yusix Muxtarov tərəfindən Bakı Bələdiyyə Teatrı yaradıldı. Hər iki sənətkarın Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməsində əvəzsiz xidmətlər göstərib. Bərabər bir çox layihələrə imza atdılar, teatrın inkişafında böyük rol oynadılar. Görkəmli sənətkar Yusif Muxtarovu ad günündə böyük hörmət və ehtiramla yad edirik!        

İyul 21, 2022 22:19

“Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Xarrat Qulu Məhəmməd oğluna həsr olunub. Xarrat Qulu Məhəmməd oğlu 1823-cü ildə Şuşa şəhərində anadan olub. O, bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur. XIX əsrin sonunda Şuşa musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Məşhur musiqişünas Xarrat Qulu Şuşada musiqi məktəbinin yaradıcısı olub. O, məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. O zaman dini ənənələrdən başlıcası məhərrəmlik təziyəsi idi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etdirməsinə baxmayaraq, onlara şərq musiqisinin əsaslarını - muğamları, Azərbaycan xalq nəğmələrini də öyrədərdi. Onun məktəbində xanəndələrin oxumaq tərzləri belə bir ümumi qayda və ənənəyə əsaslanırdı: Xanəndə dizi üstə oturub oxuyardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən isə gözlərini də yumardılar. Xarrat Qulunun musiqi məktəbi dinə xidmət məqsədi güdsə də, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynamış, bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), məşhur tarzən Sadıqcan həmin məktəbin yetişdirmələridirlər. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.xeber100.com

İyul 20, 2022 16:08