XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçiriləcək

3 İyul 2019 13:41

Xəbər 98 dəfə oxunub

İtaliyanın Neapol şəhərində tələbələr arasında XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, universiadanın rəsmi açılış mərasimi iyulun 3-də “Napoli” futbol klubunun stadionu olan “San Paolo”da saat 23:00-da baş tutacaq. “Atletlər kəndi”ndə Bakı vaxtilə saat 13:00-da Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi olacaq.Universiada çərçivəsində artıq su polosu, futbol və suya tullanma yarışlarında mübarizə başlayıb. Turnirdə atletlər, həmçinin basketbol, voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar.İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 222 dəst medal uğrunda mübarizə gedəcək. İyulun 4-də ilk medalların sahibi müəyyən ediləcək. Həmin gün cüdo, üzgüçülük, suya tullanma, idman gimnastikası, qılıncoynatma və atıcılıq üzrə 15 dəst medal sahibini tapacaq. Ümumiyyətlə, yarışlarda ən çox medal dəsti atletikada qazanılacaq (50 dəst medal). Üzgüçülük üzrə 40, taekvondo üzrə 19 medal dəsti oynanılacaq.Yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək.Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09