XXX Ümumdünya Yay Universiadasının üçüncü günündə

6 İyul 2019 15:23

Xəbər 57 dəfə oxunub

İyulun 6-da – XXX Ümumdünya Yay Universiadasının cüdo yarışlarının üçüncü günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, İbrahim Əliyev 66 kiloqram, Rüstəm Kotsoyev isə mütləq çəki dərəcələrində yarışlarda iştirak edəcəklər. İ.Əliyev ilk mərhələdə almaniyalı Sebastian Hofaeker, R.Kotsoyev Yaponiya təmsilçisi Kanta Nakano ilə gücünü sınayıblar. R.Kotsoyevin yarışların birinci günündə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxışı uğursuz alınıb. O, onaltıdabir finalda meksikalı Aleksis De Leonu, səkkizdəbir finalda rumıniyalı Mirçea Kraitoru üstələsə də, dörddəbir finalda Minconq Kimə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşə qatılan cüdoçumuz polşalı Oleksi Lısenkonun da öhdəsindən gələ bilməyib.Qeyd edək ki, cüdo yarışlarının ikinci günündə milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Bu, Azərbaycan komandasının universiadada qazandığı yeganə medaldır.Universiada çərçivəsində keçirilən cüdo yarışları bu gün başa çatacaq.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09