XXXII Yay Olimpiya Oyunlarının güləş yarışlarının təqvimi açıqlanıb

21 İyul 2020 18:22

Xəbər 129 dəfə oxunub

Gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının güləş yarışlarının təqvimi açıqlanıb.Azərtac xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) məlumatına əsasən, pəhləvanlar gələn il avqustun 1-7-də “Maxauri Messe” Arenasında mübarizə aparacaqlar. Qadın güləşçilərin mübarizəsi yeddi gün davam edəcək. Yunan-Roma güləşçiləri avqustun 1-4-də, sərbəst güləşçilər isə ayın 4-7-də birincilik uğrunda yarışacaqlar.Qadın güləşçilərin hər gün çıxış etmələri barədə qərar təşkilatçı Yaponiyanın qadın güləşində lider olması səbəbindən yerli idmansevərlərin bu yarışlara marağının böyük olması ilə əlaqədardır.Qeyd edək ki, indiyədək Azərbaycan güləşçilərindən Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) Olimpiadaya lisenziya qazanıblar.xebver100.com