Fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar nəticəsində ərazidəki atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb. Sunami xəbərdarlığı elan edilməyib.Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib.Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Miyaqi və Fukuşima prefekturalarında azı 20 nəfər xəsarət alıb.Zəlzələdən dərhal sonra Baş nazirin ofisinin yanında xüsusi işçi qrup yaradılıb. Baş nazir Yoşihide Suqa şəxsən saat 23:28 dəqiqədə ofisə qayıdıb. Baş nazirin əlaqədar nazirliklərə zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi, təcili xilasetmə işlərinə başlanması və ictimaiyyətə lazımi informasiyanın vaxtında çatdırılması barədə göstərişlər verdiyi bildirilir.Nazirlər Kabinetinin baş katibi Katsunobu Katonun verdiyi məlumata görə, zəlzələdən sonra təqribən 950 min ev elektrik enerjisiz qalıb.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
“Вниз по течению”…