“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi davam edir

27 Yanvar 2021 13:55

Xəbər 1031 dəfə oxunub

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.“YARAT”dan Azərtac-a bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim edilir. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.”Öz adanı kəşf et” poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub.Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu ilin mayın 30-dək ziyarətçilər üçün açıqdır.xeber100.com

Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə…

Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib.Azərtac xəbər verir ki, seçilmiş loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən veriləcək sertifikatla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Global Electronics Azerbaijan” tərəfindən də “Bluetooth” qulaqcıqlar hədiyyə olunacaq.Müsabiqədə yalnız Azərbaycan və ya Yaponiya vətəndaşları iştirak edə bilər.Loqonun üzərində mütləq olaraq “Japan”, “Azerbaijan”, “30” (ingilis dilində) atributikaları istifadə olunmalıdır. Loqodakı yazı və ya rəqəmlər şəklin alt, üst və ya yanında olmaqla bir neçə versiyada təqdim oluna bilər.Müraciət etmək üçün loqolar [email protected] mail ünvanına göndərilməlidir. Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur, 1 nəfər bir neçə dəfə də müraciət edə bilər.xeber100.com

Fevral 12, 2021 19:22

“Özbegim Yoshları” musiqi qrupu Şuşada konsert verəcək

Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək.Azərtac xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayevanın görüşündə razılıq əldə olunub.Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan “Barkamol ovlad” təşkilatı ilə əməkdaşlıq, özbək mədəniyyətini dünyada tanıdan “Özbegim Yoshları” musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri haqqında söhbət açılıb, əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə ollunub.Lütviyyə Ruzibayeva “Özbegim Yoshları” musiqi qrupunun dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq festivallarda iştirak etdiyini və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləyib. Musiqi qrupunun özbək mədəniyyətinə, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin - vokal, estrada, makom, şərq rəqslərinin yer aldığını qeyd edib.“Özbegim Yoshları” musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki “Türkistan” sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.Samir Abbasov 28 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləyib, yüzlərlə mədəniyyət müəssisəsinin, tarixi abidənin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.xeber100.com    

Fevral 11, 2021 18:17

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi davam edir

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.“YARAT”dan Azərtac-a bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim edilir. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur."Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub.Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu ilin mayın 30-dək ziyarətçilər üçün açıqdır.xeber100.com

Yanvar 27, 2021 13:55

“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi onlayn formatda keçiriləcək

“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçiriləcək.Azərtac xəbər verir ki, 26 ölkə və bölgənin təmsilçilərinin qatılacağı yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və digər ölkələrdən təmsilçilər iştirak edəcək. Qalibləri 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı da nəzərdə tutulub. Bu mükafat “Sarı Gəlin” mahnısının ifasına görə veriləcək.“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarında izləmək mümkün olacaq.Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.xeber100.com

Dekabr 19, 2020 19:08

Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur

“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.Azərtac xəbər verir ki, bu gün Xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov “Stalin” mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir. R.Behbudov söhbətlərinin birində deyib: “Dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. “Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim “Arşın mal alan” dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm” idi”. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş “Sevil” operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çağırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi. 1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.  İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi.Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb. Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi. 1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.xeber100.com

Dekabr 14, 2020 16:19

Azərbaycan kinosu FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək

“Şollerin arxivi” bədii filmi Braziliyanın Rio-de-Janeyro şəhərində FriCine beynəlxalq festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri festivalda gələn il martın 31-də birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.xeber100.com

Dekabr 7, 2020 13:34

Film sənayesində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Özbəkistanın ölkəmizdəki səfirliyi və “Özbəkkino” Milli Agentliyi arasında "Film sənayesində əməkdaşlığın gücləndirilməsi" mövzusunda videokonfrans keçirilib.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, onlayn görüşdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, “Özbəkkino” Milli Agentliyi direktorunun birinci müavini Şuxrat Rizayev, tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri İsa Məmmədov, ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Videokonfrans film sənayesi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, bu sahə üzrə mütəxəssislərin yeni tərəfdaş imkanları ilə tanış edilməsi və birgə istehsal üçün açıq olan layihələrin təqdimatı məqsədilə təşkil edilib.Görüş zamanı hər iki ölkədə qarşılıqlı kino həftələrinin keçirilməsi, Azərbaycan və Özbəkistan filmlərinin festivallarda iştirakı, milli dəyərlər, ənənələr və mədəniyyət tarixinə əsaslanan birgə kommersiya filmlərinin çəkilməsi və beynəlxalq səviyyəyə çıxarılması barədə söhbət açılıb.Ortaq layihələrin müzakirəsi zamanı Özbəkistan tərəfi iki qardaş xalqın şairi və yazıçısı Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin, Azərbaycan tərəfi isə Molla (Xoca) Nəsrəddin haqqında birgə filmin çəkilməsi təşəbbüsü ilə çıxış edib.Videokonfransda 2021-ci ildə böyük özbək şair Əlişir Nəvainin 580 illik və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileylərinin qeyd olunması ilə bağlı bu söz ustadlarının əsərlərinə ictimai marağın, xüsusən də gənclərin marağının artırılmasına xidmət edəcək filmlərin nümayişinin təşkili barədə də danışılıb.Sonda tərəflər səmərəli fikir mübadiləsindən məmnun olduqlarını, səslənən təşəbbüsləri dəstəklədiklərini və hədəflərin mərhələli şəkildə həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasının vacibliyini qeyd ediblər.xeber100.com

Dekabr 1, 2020 21:01

Mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, görüşdə Anar Kərimov bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib.Azərbaycan ilə Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.Səmimi qəbula görə təşəkkürünü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycan ilə Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub.Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.xeber100.com

Noyabr 27, 2020 14:49

I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı çərçivəsində ustad dərsləri davam edir.Dövlət Rəsm Qalereyasından Azərtac-a bildirilib ki, budəfəki ustad dərsləri avqustun 28-də, saat 12:00-da “Zoom” proqramı üzərindən rəssam Fəxrəddin Qəhrəmanlının rəhbərliyi ilə keçiriləcək.Ustad dərsini Xətai Sənət Mərkəzinin (+994) 12 490 84 51/52/53, (+994) 50 564 40 70 nömrələri ilə əlaqə saxlayıb qeydiyyatdan keçərək “Zoom” proqramı üzərindən canlı yayım vasitəsilə izləmək mümkündür.Sənətsevərlər dərsləri Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə də izləyə bilərlər.Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalına start verilib.Festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilir.xeber100.com

Avqust 27, 2020 11:19