Yonhap agentliyi: “Freedom Shield” komanda-qərargah təlimləri başlayıb

13 Mart 2023 16:03

Xəbər 148 dəfə oxunub

Cənubi Koreya və ABŞ martın 13-də “Freedom Shield” komanda-qərargah təlimlərinə başlayıb. Birgə təlimləri miqyaslı “Warrior Shield” manevrləri müşayiət edəcək.

Yonhap agentliyi xəbər verir ki, kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” komanda-qərargah təlimlərində nüvə-raket təhdidləri nəzərə alınmaqla, KXDR-in hücumunun qarşısının alınması, əks-hücum və Şimali Koreyada vəziyyətin “sabitləşdirilməsi kampaniyası” ssenarisi üzərində işlər aparılacaq. Təlimlər martın 23-dək fasiləsiz davam edəcək.

Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinin məlumatına görə, müştərək təlimlər müdafiə xarakteri daşıyır və Şimali Koreyanın mümkün təcavüzünə qarşı operativ müdafiə planlarına əsaslanır.

“Freedom Shield” təlimləri ilə paralel olaraq dəniz desantının çıxarılmasının da daxil olduğu 20-yə yaxın çöl təlimini birləşdirəcək “Warrior Shield” manevrlərinə də start veriləcək. Seul martın sonlarında Birləşmiş Ştatların “Nimitz” tipli atom təyyarədaşıyan gəmisinin manevrlərə qoşula biləcəyini bildirib. Pxenyan isə təlimlərə cavab olaraq martın 12-də sualtı qayıqdan iki strateji qanadlı raket buraxıb.

Birləşmiş Millətlər Təşkilatının müstəmləkə altında olan 17 ərazini tanıyır

BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində təşkil edilmiş konfransda anti-müstəmləkəçi təşkilatlar Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb ediblər. BMT müstəmləkə altında olan 17 ərazini tanıyır. Bu siyahıda 2 dənizaşırı ərazi olsa da, Qvadelupanın adı yoxdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən 78-ci Baş Assambleyasına qatılan Qvadelupa nümayəndə heyəti Qvadelupa Milli Alyansı (ANG), Təzminat üçün Beynəlxalq Hərəkatı (MİR), Alternativ Siyasi Layihə Təşəbbüs Komitəsi (CIPPA), Qara Xalqlar Beynəlxalq Komitəsi (CIPN), Qvadelupa Qurtuluş Xalq Birliyi (UPLG), Qvadelupa Milli Azadlıq Cəbhəsi (FKNG) və Qvadelupa Xilas Kollektivi (KSG) kimi yerli siyasi təşkilatların nümayəndələrindən ibarətdir. Qvineya və Martinikdən olan həmkarları da Qvadelupa nümayəndə heyətinə qoşulub. Natali Mintaçi (Nathalie Minatchy, ANG) və Jan-Jakob Bisep (Jean-Jacob Bicep, UPLG) iclasda çıxış edərək, qvadelupalılar adından danışıblar. Qeyd ediblər ki, nümayəndə heyətinin tələbi Qvadelupanın müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsidir. UPLG-nin baş katibi Jan-Jacob Bicep çıxışında Qvadelupanın BMT-nin müstəmləkəsizləşdiriləcək ölkələr siyahısına daxil edilməsini tələb etməklə yanaşı, təzminat ödənilməsini “dekolonizasiyanın əsas sütunu” kimi təqdim edib. “Dekolonızasyon: Sakit inqılab” adlı tədbirin yekun bəyannaməsi BMT-nin rəhbər orqanlarına göndərilib. Qvadelupanın UPLG siyasi təşkilatı ölkəsinin və Fransanın digər koloniyalarının müstəmləkə vəziyyətini beynəlxalq diqqət mərkəzinə gətirən və onları mövcud təcriddən çıxarmağa kömək edən bu böyük təşəbbüsü alqışlayıb. Xatırladaq ki, BMT-də faktiki olaraq dekolonizasiya üzrə Xüsusi Komitə mövcuddur. O, bütün dünyada öz suverenliyinə can atan və hələ də müstəmləkə altında olan ərazilərin tələblərini dəstəkləmək üçün məsuliyyət daşıyır. Bu günə qədər BMT iki milyona qədər insanın yaşadığı 17 ərazini hələ də müstəmləkədə olan ərazilər hesab edir. Fransanın dənizaşırı müstəmləkəsi olan - Qvineya, Polineziya və Yeni Kaledoniyanın da bu siyahıya əlavə edilməsi tələb olunur.xeber100.com

Sentyabr 24, 2023 14:59