Yüksək Liqanın IX turunun oyun cədvəli açıqlanıb

23 Noyabr 2019 15:11

Xəbər 111 dəfə oxunub

Futzal üzrə Yüksək Liqanın IX turunun oyun cədvəli açıqlanıb.Azərtac Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 28-də keçiriləcək.Tura “Marafon”–“Yasamal” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Neftçi” və “Premier” komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Baku Fire”–“Bakı”, iki saat sonra EKOL–“Xızı” və saat 20:00-da “Record”–“Araz” oyunlarının start fiti səsləndiriləcək.Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq.Səkkiz turdan sonra hesabında 24 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. “Neftçi” və EKOL 18 xalla 2-3-cü pillədə yer alıblar.xeber100.com

Azərbaycan Gimnastika Federasiyasının məlumatı

Milli Gimnastika Arenası dekabrda daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış “COVID-19” pandemiyası ilə əlaqədar bu yarış da təxirə salınıb. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirib. Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında Avropa Gimnastikası yarışın Bakıda keçirilməsi barədə qərar qəbul edib.Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çempionatların yeni tarixi ilə bağlı qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib :“Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük. Lakin Avropa Gimnastikası qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək. Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəli hesab olunmazsa biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır”.Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı dekabrın 9-13-də keçiriləcək.xeber100.com

İyun 29, 2020 11:19