Yunanıstanda növbədənkənar parlament seçkiləri start götürüb

7 İyul 2019 11:15

Xəbər 64 dəfə oxunub

Bir qədər əvvəl Yunanıstanda növbədənkənar parlament seçkiləri start götürüb.Azərtac yunan mediasına istinadla xəbər verir ki, 10 milyona yaxın seçicinin qeydə alındığı ölkədə 59 seçki dairəsində 21 min 478 seçki qutusu qoyulub. Səsvermə yerli vaxtla saat 7:00-dan 19:00-dək davam edəcək.Baş Nazir Aleksis Tsiprasın qərarı ilə dörd ay əvvələ çəkilən seçkiyə 20 siyasi partiya qatılıb. Onlar parlamentdəki 300 kürsü uğrunda mübarizə aparırlar. Ölkənin seçki sisteminə əsasən, hökumət qurmağı asanlaşdırmaq məqsədilə seçkilərdə qalib gələn partiya əlavə 50 deputat mandatı qazanacaq.Analitiklərin fikrincə, əsas mübarizə Tsiprasın liderlik etdiyi SYRIZA və müxalifətdəki Yeni Demokratiya partiyaları arasında gedəcək.Bununla yanaşı, ictimai rəy sorğuları seçkilərdə sabiq nazir, 51 yaşlı Kiriakos Miçotakisin rəhbərlik etdiy sağ mərkəzçi Yeni Demokratiya partiyasının qalib gələcəyini göstərir. Belə ki, MARC sosioloji kompaniyasının iyulun 5-də dərc olunmuş son rəy sorğusunun nəticələrinə əsasən, “Yeni Demokratiya” səslərin 35,7 faizini, SYRIZA isə 24,7 faizini qazana bilər. Bu isə 300 yerlik birpalatalı parlamentdə müvafiq olaraq 151-165 və 70-82 mandat deməkdir.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17