“Yuventus” futbol klubu 9-cu dəfə İtaliya çempionu olub

27 İyul 2020 17:49

Xəbər 439 dəfə oxunub

İtaliyanın “Yuventus” futbol klubu ardıcıl 9-cu dəfə İtaliya çempionu olub.Azərtac xəbər verir ki, Turin klubunun qapıçısı Canluici Buffon isə A seriyasında 10-cu dəfə çempion adına yiyələnib. Qırx iki yaşlı qapıçı bununla da çempionatın tarixinin ən titullu futbolçusu kimi öz rekordunu yeniləyib. Leonardo Bonuççi və Corco Kyellinin aktivində 9 qızıl medal var.xeber100.com