“Zirə” futbol klubunu tərk edəcək futbolçular müəyyənləşib

30 İyun 2020 14:46

Xəbər 568 dəfə oxunub

Bakının “Zirə” klubunu tərk edəcək futbolçular müəyyənləşib.Azərtac xəbər verir ki, Emil Balayev və Anastasios Papazoğlunun ardından Miloş Bakraç, Şafik Tiqruca, Alvaro Ampuero, Yovan Krneta, Adrian Skarlatake və Boyan Zoqoviçin komandadan ayrılacağı dəqiqləşib.Cinah müdafiəçisi Tellur Mütəllimovun da ayrılanlara qoşulacağı gözlənilir.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25