Əncir yarpağı

22 Yanvar 2019 13:55

Xəbər 2258 dəfə oxunub

Həyətdə bardaş quraraq oturmuş Tükəzban nənənin gözləri qeyri-ixtiyarı olaraq uzaqlara dikilmişdi…
… Bu vaxta qədər öz kəndlərindən kənara çıxmayan qarı dünən bir az ayın-oyun düzəldərək həyat yoldaşı Xudaverdi baba ilə şəhərdə yaşayan qızına baş çəkməyə getmişdi.Qatar şəhərə daxil olduğu andan arvadın gözləri bərələ, ağzı açıla qalmışdı.Arvad heyrətini, heç cür gizlədə bilmirdi. O küçələrdə “mini” yupka , dar, açıq-saçıq paltar, bədənə kip yapışan, hər yeri çırıq-kəsik şalvarlarda, göbəyi açıq gəzən qız-gəlinləri gördükdən sonra başını qaldırıb Xudaverdi babanın üzünə baxa bilmirdi…Tükəzban nənə səhərisi gün həyətlərində oturub dərin fikrə getmişdi. Dünən şəhərdə gördüyü mənzərələr birdən arvadın gözləri önündən ildırım kimi keçdi. Özü də hiss etmədən ayağa duraraq qəzəblə deyinməyə başladı:
– Vay, vay, vayyy dünən şəhərdə gördüklərimi xatırlayanda min köynək ət tökürəm. Ay Allah, gör nə günlərə qaldıq, nələr gəldi başımıza, göydən daş yağaydı, Allah! Ar, namus, həya getdi əlimizdən.
-Hə, hə, elə mən də onu fikirləşirəm, – deyə, səsinə səs verdilər.
Arvad dik atıldı. Xoflu-xoflu o yan, bu yana baxdıqda Xudaverdi babanı gördü.
Qoca iri taxta parçalarını güclə sürüyərək, həyətdəki əncir ağacının yanına aparırdı. Tükəzbanın təəccüblə baxdığını görüb, dedi: – “ Arvad, bax, o əncirin dövrəsini çəpələyəcəyəm. Onu göz bəbəyimiz kimi qorumaq lazımdır. Belə getsə bu ağac gərəyimiz olacaq. Dünən şəhərdə gördüklərim elə mənim də yadından çıxmır ki, çıxmır. Ehh arvad, zəmanə dəyişib, bizim dövranımız keçdi artıq. Deyəsən yavaş-yavaş babamız Adəm və nənəmiz Həvvanın dövrünə qayıdacağıq. Odur ki, onların bizə qoyub getdikləri ənənələri qorumaq, davam etdirmək lazımdır. Bu, biz nəvələrin borcudur.
Tükəzban nənə lal-dinməz qarşısındakı müqəddəs varlığa baxırdı. Düşündükçə gözləri yol çəkirdi. Elə bil ki, uzaq keçmişi xatırlayırdı. Arvad gah əynindəki üzülmüş, artıq yamaq da saxlamayan paltarına, gah da əncir ağacına baxırdı. Qarı əvvəlcə kişinin dediklərindən bir şey başa düşmədi. Sonra birdən ağlına nə gəldisə əlini önünə, arxasına apararaq nəyi isə ölçüb biçməyə başladı…

… Artıq Xudaverdi baba biznesmen olmuşdu…
Bir neçə ildən sonra Xudaverdi babanın qapısında növbəyə dayananların sayı- hesabı yox idi. Növbə isə günü-gündən artırdı. Qonşusunun da torpaq sahəsini alan Xudaverdi baba sahəsini genişləndirərək, tinglər basdırmış, əməlli başlı əncir plantasiyası yaratmışdı. Vaxtilə ağacları kəsib yerində istixanalar salanlar indi çox peşiman olmuşdular və Xudaverdi babaya həsəd aparırdılar. Niyə də apamasınlar, axı. Vaxtı ilə yoxsul olan kişi indi bu yerlərin ən varlı adamına çevrilmişdi. Əncir yarpağının birini neçə dollara satırdı. Necə deyərlər qaz vurub, qazan doldururdu.
Tükəzan nənə də biznesmen arvadı olmuşdu. O, 20 kiloya qədər arıqlamış, üzünün qırışları azalmışdı. İndi onun 13-14 metr paçadan tilikmiş qırçınlı ətəyi uzun tumanının yerinə bədənini kip örtən, bütün əzalarını göstərən don bəzəyirdi. Arvad 10-15 il cavanlaşmışdı.
Artıq Xudaverdi baba Xuduş Adamoviç, Tükəzban nənə isə Tükəz Yevovna olmuşdu.
Bax, budur müasir həyat…

… Xudaverdi baba “Adəm və Həvva” adlı ofisində jurnalistlər üçün brifinq keçirirdi. Xarici jurnalistlərdən birinin sualı belə oldu:
– Xuduş bay Adamoviç, Sizin tez bir zamanda məşhur olmağınızın səbəbi nədir və siz hansə xammallardan istifadə edirsiniz? Xaricdən xammal alırsınızmı?
Xudaverdi baba libasını və ofisini bəzəyən əncir yarpaqlarından hazırlanmış məmulatları göstərərək suala cavab verdi:
XX-ci əsrin sonunda yoxsul həyat sürən qarşınızda duran Xudaverdi babanı Xuduş baya çevirən, məşhur edən həyətimizdəki yeganə əncir ağacı oldu. Hə, hə, təəccüblənmə bala. Bu baban elə böyük bir əncir plantasiyası yaradıb ki, məhsulumuzu çox-çox uzaq ölkələrə ixrac edirik. Sorağımız dünyanın hər tərəfində eşidilir. Bundan əlavə bizdə müxtəlif şirniyyat, parfümeriya, modalar atelyesi və sairə firmalar fəaliyyət göstərir. İstifadə etdiyimiz xammala gəldikdə isə xaricdən xammal almırıq, yerli xammaldan istifadə edirik. Yerli xammalımız isə əsas etibarilə əcncir ağacıdır. Bu ağacda elə bir hikmətlər var ki, gəl görəsən. Onun həm yarpağından, həm meyvəsindən, həm də şirəsindən istifadə edirik.
Digər jurnalistin sualı isə Tükəz nənəyə idi:
-Madam Tükəz Yevovna, Siz hansı firmaya başçılıq edirsiniz?
Tükəzban nənə “sovromenniy” paltarını səliqəyə saldı:
Hörmətli jurnalist, mən məşhur “Yeva” modalar evinə başçılıq edirəm, eyni zamanda buranın modelyeriyəm. Bu iş mənim çox ürəyimcədir. Həm də bu geyimlərdə adam özünü çox sərbəst və yüngül hiss edir. Əvvəlki kimi 14 metr parçadan tikilmiş libası gəzdirməkdənsə bir neçə əncir yarpağı gəzdirməyin nə qədər rahat və əlverişli olduğunu yəqin özünüz də yaxşı başa düşürsünüz. Bu həm də yeni dövrün tələbidir. Alverimiz də ancaq dollar və avroyla gedir.
Başqa firma müdirlərini də dinləyən jurnalistlər sağollaşaraq çox böyük bir təəssüratla “Adəm və Həvva” ofisini tərk etdilər…

Hörmətli oxucular! Əncir yarpağı əldə etmək istəyirsinizsə, növbəyə durmağı unutmayın. Tələsin, yoxsa paltarsız qalarsız.
Ünvan: 1. Əncirli kəndi Xudaverdi Xanın əncir plantasiyası.
“Adəm və Həvva” firması

 

 

ÜNVAN: QARABAĞ…

Ey sevimli, uğrunda şəhidlik zirvəsinə yüksəlməyə belə hazır olduğum torpaq! Sənə ötən illər ərzində bir neçə məktub yazmışdım. O vaxt  yazdığım məktublar 28 illik VƏTƏN  həsrətli idi. Giley – güzarlı idi. Hələ də  şəhid qanlarının intiqamının alınmaması ilə,üzü dönüklərimizlə, satqınlarla bağlı idi. Həmişə də yuxularımda sənin hüzuruna üzüqara gəlirdim. Amma indi... İndi daha yuxularımda yox, özüm sənin hüzuruna gələcək, əylib üzündən öpəcək, bulağlarıdan su içərək illərlə teşnə olmuş ürəyimi sərinlədəcək və “ - Torpaq artıq sənin hüzuruna üzü ağ, alnı açıq gəlmişəm.  Bu alnı açıqlığı mənə, ümumiyyətlə bütün Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milii Ordumuznun Ali Baş Komandanı, sərkərdəmiz, artıq hamının ürəyində yurd salmış, hamının sevimlisi, atası, qardaşı olmuş, Qarabağ Azərbaycandır! hayqıraraq Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran  İlham Heydər oğlu Əliyev bəxş etdi”  - deyəcəyəm. Azərbaycan hökmdarı Şah İsmayl Xətai – Vətəni qoruyarlar, Vətən  olar  demişdir. O, xalqına: – Sizin üçün 3 qiymətli miras qoyub gedirəm. Onları göz bəbəyi kimi qoruyun: Birinci  -  Vətənimiz ; İkinci    -  Dilimiz ; Üçüncü -  Qeyrətimiz - deyə vəsiyyət etmişdir. Gəncə xanı Cavad xan: “Vətən əşya deyil ki, əldən - ələ keçsin. Onun yetişdirdiyi oğulları var. Onlar bu torpağın üstündə ona görə öz qanlarını axıdıblar ki, Vətən heç vaxt özgələşməsin. Övlad da, qardaş da, bacı da yadlaşa bilər, fəqət Vətən yox” - söyləmişdir. Türkiyənin İstiqlal şairi Mehmet Akif  Ersoy: Bayraqları bayraq yapan üstündəki kandır, Toprak, eğer uğrunda ölən varsa Vatandır – yazmışdır. Ata babalarımızın bütün bu dediklərini, qulağında sırğa, əlində bayraq edən Ali Baş komandanımızın sərkərdəliyi ilə Milli Ordumuzun qəhrəman əsgərləri  dünən artıq Mədəniyyətimizin və mənəviyyatımızın beşiyi olan ŞUŞA şəhəriniqanları, canları bahasına işğaldan azad etdi. Canım Torpaq təəccüblə soruşursan: - necə? İndi sən dinlə, mən isə hər şeyi izah edim: Sentyabrın 26-dan 27-nə keçən gecə çox qəribə yuxular gördüm. Hamısı yadımda qalmasa da 1 –i detallarına kimi  yadımda qalmışdı. Yuxuda coxlu qızıl əşyalar görmüşdüm və onları hətta əlimdə də saxlamışdım. 27  Sentyabr 2020-ci il... Səhər yuxudan durandan ürəyim çox səksəkədə idi. Nəsə bir xəbər eşidəcəyimi hiss edirdim. (Deyilənlərə görə yuxuda qızıl  görmək səs deməkdir, yəni yaxşımı, pismi deyə bilmərəm nəsə bir xəbərin eşidilməsi deməkdir.) Kompüteri açan kimi  gözüm Azərbaycan Pespublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarının xalqa müraciətinə sataşdı: “ - Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür...” Müraciəti oxuyan kimi hadisənin mahiyyətini duydum. 27 il bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bir günün yetişdiyini başa düşdüm. Ali baş komandan 1 saylı əmri  vermiş, SEHİRLİ düyməni basmışdı. Ərazi bütövlüyümüzün təmin edilməsi, doğma Qarabağımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlamışdı. Bu xəbəri oxuyan kimi özümü saxlaya bilməyərək necə ağladımsa səsimdən özüm diksindim. Gözlərimdən axan sevinc göz yaşları idi, neçə illərdən bəri yığılıb qalan qubar idi, Vətən nisgili idi, Qarabağ həsrəti, durnalara dönən şəhid ruhların harayı idi. Elə həmin gün saat 14.04-də keçirilən əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyini, Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murov dağı istiqamətində yerləşən düşmən postlarının darmadağın edilərək bir sıra vacib yüksəkliklərin nəzarətə götürüldüyünü oxudum... ... Bir anda 1992-93-cü illərdə gördüyüm, eşitdiyim hadisələr gözlərim önündə canlandı. O zaman hərbi jurnalist kimi çəbhə bölgələrini qarış-qarış dolaşdım. 2 il ərzində 450 –yə yaxın şəhid qapısıni açdım. İçəri girdiyim evlərdə; Analar gördüm  -dözümlü, səbrli, qəlbini daş edib, göz yaşlarını gizləyib qapıdan girənin üzünə gülümsəyən. -Başındakı qara yaylığı ancaq qələbə günü açaçağını- bəyan edən analar... Atalar gördüm, “-Oğul düşmən çəpəridir, təki Vətən sağ olsun” – deyən,  (Düşmən çəpəri", yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.), “-mən xoşbəxtəm ki, balama güllə sinəsindən dəyib, kürəyindən yox- söyləyən atalar... Bacılar gördüm -ürəyi qardaş dərdindən oyum-oyum oyulan bacılar... Qardaşlar gördüm – yumruqları düyünlü, qəlbində düşmənə qarşı kin.. gözlərində qəzəb qığılcımı közərən qardaşlar... “Şəhidlik çələngi” silsiləsindən yazdığım 3 kitabda haqqında yazdığım şəhidlərin valideynləri ilə görüşlərim,  eşitdiyim və özümün şahidi olduğum hadisələr – Aqdərədə vurulan, 3 şəhid əsgərlə birlikdə nəşi yüksəklyə qaldırılaraq ətrafı minalanan, yalnız 3 gün sonra igid əsgərlərimiz tərəfindən hərbi əməlliyyat nəticəsində minalar təmizləndikdən sonra gecə saat 03 radələrində yaxın rəfiqəm  Məlahət Nəsibovanın meyidini ailəsinə,  bədəni Zaqatalada başı isə döyüşdən 8 gün sonra tapılaraq Papravənddə yerləşən N  yüksəkliyində torpağa tapşırılan Zaqatalalı Aydının bacısı Xatunu qardaş başının ziyarətinə apardığım, şəhid Arazın anasının nişan üçün yığdığı qızıl-zinət əşyalarını qarşıma tökərək, “-qızım, indi mən neyləyim, başıma nə gül töküm?” -  sualını mənə yönləndirdiyivaxt, mənim də ona qoşularaq höhkür-hönkür ağlamağım və və s.  günlər birər-birər kino lenti kimi gözümün önündən keçməyə başladı... Elə o zamanlar yazdığım və hər zaman dilimin əzbəri olan bu dördlük qeyri –ixtiyarı olaraq dodaqlarımda səsləndi: Nə qədər ki, ulu Vətən dardadır, Torpağında at oynadır yağılar. Şəhid ruhlar durnalara dönərək, Haray çəkər, intiqama çağırar !!!. Artıq intiqam zamanı yetişmişdi, durnalara dönən şəhid ruhları indi sevinirdi, qaqqıldaşa-qaqqıldaşa cəbhədə döyüşən igid əsgərlərimizin üzərindən uçur, onları ruhlandırır,onları qələbəyə səsləyirdi... 28 il ürəyimdə ancaq ən əsas bir arzu ilə yaşamışam. Doğma QARABAĞ torpaqlarımzı düşmən əsarəti altından qurtaracağı,“Şəhidlər çələngi”  ”silsiləsinə son qoyaraq, “Qələbə çələngi” ni yazmağa başlayacağım günü səbrsizliklə gözləmişəm. Deyəsən bu arzum yavaş- yavaş çin olmağa başlayır...Vəziyyətin mürəkkəbləşdiyi vaxtlarda, taleyönlü məsələlərdə xalqımız bir yumruq kimi  birləşməyi bacarır. Xalqla Azərbaycan rəhbərliyinin, Azərbaycan Oardusunun birliyini mən bu gün də gördüm, bütün varlığımla hiss etdim...Budur artıq nəinki mən, bütün xalqımız sevinc içindədir, cəbhədən gələn hər qələbə xəbərini cəbirsizliklə izləyir və igid oğullarımızı qəhrəmanlığı qarşısında qürur duyur və onlara mənəvi, maddi,dəstək verirdi... İndi artıq- Durnalara dönən şəhid ruhları, Cəbhədəki son durumu izləyir. Qaqqıldaşa-qaqqıldaşa uşaraq, Ordumuzu qələbəyə səsləyir!.. Daha sonra bir- biriin ardınca kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz igid əgərlərimizin canları bahasına  işğaldan azad edilir və bu şad xəbərləri şəxsən Ali Baş Komandanızın özü tərəfindən xalqa çardırılırdı Əzizim torpaq, hər dəfə Şəhidlər Xiyabanına – o müqəddəs türbəyə qədəm qoyanda elə bil ki, bütün şəhidlər dil açaraq nə vaxt bizim  qisasımızı alacaqsınız, ruhumuzu nə vaxt şad edəcəksiniz?  - deyə soruşurdular. Şəkillərdəki lal baxışlar – ey xalqım, “millət yoludur, haqq yoludur tutduğumuz yol”, biz ölməmişik, bizi unutmağa haqqınız yoxdur –kəlamını yaddaşımıza həkk edirdi. Dünən isə sərkərdəmiz  28  li gözlədiyimiz ən mühüm, ən şad xəbəri bizə elə  “Şəhidlər xiyabanı” ndan verdi. Hərbi mundirdə olan şux qamətli   Ali Baş Komandanımız Şəhidlər xiyabanında sayğı duruşuna duraraq üzünü şəhid məzarlarına tutdu və onların ruhlarına xitabən – “ Ruhunuz şad olsun, bu gün, noyabrın 8-də  Milli Mədəniyyətimizin beşiyi olan Şuşamızı yağı düşmən tapdağları altından azad etdik” –deyə bütün dünyaya car çəkdi !.. Əzəmətli torpağım mənim, hələ indiyə qədər dünya bizim kimi  müharibə istəyən bir xalq, 30 il işğalda olan Vətən torpaqlarını  işğaıdan azad edərək geri qaytaran bir sərkərdə göməyib. Canım Qarabağ, sənə çox sözüm, yeni-yeni xəbərlərim var . Bütün bunları bir məktubda çatdıra bilmirəm. Sonda səni əmin edirəm ki, sənin   şəhid qanlarından cadar-cadar, düşmənlərə tapdaq olmuş bütün torpaqlarının azad olunmasına az, çox az vaxt qalıb... Gözlə, gəlirik...                  

Yanvar 9, 2021 14:57

Qələbəyə gedən 27 illik yolun təəssüratı

Sentyabrın 26-dan 27-nə keçən gecə çox qəribə yuxular gördüm. Hamısı yadımda qalmasa da 1 –i detallarına kimi  yadımda qalmışdı. Yuxuda coxlu qızıl əşyalar görmüşdüm və onları hətta əlimdə də saxlamışdım. 27  Sentyabr 2020-ci il Səhər yuxudan durandan ürəyim çox səksəkədə idi. Nəsə bir xəbər eşidəcəyimi hiss edirdim. (Deyilənlərə görə yuxuda qızıl  görmək səs deməkdir, yəni yaxşımı, pismi deyə bilmərəm nəsə bir xəbərin eşidilməsi deməkdir.) Kompyuteri açan kimi  gözüm Azərbaycan Pespublikasının Prezidenti, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarının   xalqa müraciətinə sataşdı: “ - Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür...” Müraciəti oxuyan kimi hadisənin mahiyyətini duydum. 27 il bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bir günün yetişdiyini başa düşdüm. Ali baş komandan 1 nəmrəli əmri  vermiş, SEHİRLİ düyməni basmışdı. Ərazi bütövlüyümüzü təmin edilməsi, doğma Qarabağımızın işğaldan qurtarması uğrunda Vətən müharibəsi başlamışdı. Bu xəbəri oxuyan kimi özümü saxlaya bilməyərək necə ağladımsa səsimdən özüm diksindim. Gözlərimdən axan sevinc göz yaşları idi, neçə illərdən bəri yığılıb qalan qubar idi, Vətən nisgili idi, durnalara dönən şəhid ruhların harayı idi. Elə həmin gün saat 14.04-də keçirilən əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edildiyini, Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murov dağı istiqamətində yerləşən düşmən postlarının darmadağın edilərək bir sıra vacib yüksəkliklərin nəzarətə götürüldüyünü oxudum... ... Bir anda 1992-93-cü illərdə gördüyüm, eşitdiyim hadisələr gözlərim önündə canlandı. O zaman hərbi jurnalist kimi çəbhə bölgələrini qarış-qarış dolaşdım. 2 il ərzində 450 –yə yaxın şəhid qapısıni açdım. İçəri girdiyim evlərdə; Analar gördüm  -dözümlü, səbrli, qəlbini daş edib, göz yaşlarını gizləyib qapıdan girənin üzünə gülümsəyən. -Başındakı qara yaylığı ancaq qələbə günü açaçağını- bəyan edən analar... Atalar gördüm, “-Oğul düşmən çəpəridir, təki Vətən sağ olsun” – deyən,  (Düşmən çəpəri", yəni ailəni, eli, elatı yağılardan qoruyan, dar günlərdə sinəsini sipər edən.), “-mən xoşbəxtəm ki, balama güllə sinəsindən dəyib, kürəyindən yox- söyləyən atalar... Bacılar gördüm -ürəyi qardaş dərdindən oyum-oyum oyulan bacılar... Qardaşlar gördüm – yumruqları düyünlü, qəlbində düşmənə qarşı kin.. gözlərində qəzəb qığılcımı közərən qardaşlar... “Şəhidlik çələngi” silsiləsindən yazdığım 3 kitabda haqqında yazdığım şəhidlərin valideynləri ilə görüşlərim,  eşitdiyim və özümün şahidi olduğum hadisələr – Aqdərədə vurulan, 3 şəhid əsgərlə birlikdə nəşi yüksəklyə qaldırılaraq ətrafı minalanan, yalnız 2-4 gün sonra igid əsgərlərimiz tərəfindən hərbi əməlliyyat nəticəsində minalar təmizləndikdən sonra gecə saat 03 radələrində yaxın rəfiqəm  Məlahət Nəsibovanın meyidini ailəsinə,  bədəni Zaqatalada başı isə döyüşdən 8 gün sonra tapılaraq Papravənddə yerləşən N  yüksəkliyində torpağa tapşırılan Zaqatalalı Aydının bacısı Xatunu qardaş başının ziyarətinə apardığım, anası şəhid Arazın nişanı üçün yığdığı qızıl-zinət əşyalarını qarşıma tökərək, “-qızım, indi mən neyləyim, başıma nə gül töküm?” -  sualını mənə yönləndirdiyivaxt, mənim də ona qoşularaq höhkür-hönkür ağlamağım və və s.  günlər birər-birər kino lenti kimi gözümün önündən keçməyə başladı... Elə o zamanlar yazdığım və hər zaman dilimin əzbəri olan bu dördlük qeyri –ixtiyarı olaraq dodaqlarımda səsləndi: Nə qədər ki, ulu Vətən dardadır,                 Torpağında at oynadır yağılar.                 Şəhid ruhlar durnalara dönərək,                 Haray çəkər, intiqama çağırar !!!.  Artıq intiqam zamanı yetişmişdi, durnalara dönən şəhid ruhları indi sevinirdi, qaqqıldaşa-qaqqıldaşa cəbhədə döyüşən igid əsgərlərimizin üzərindən uçur, onları ruhlandırır,onları qələbəyə səsləyirdi... 27 il ürəyimdə ancaq ən əsas bir arzu ilə yaşamışam. Doğma QARABAĞ torpaqlarımzı düşmən əsarəti altından qurtaracağı,“Şəhidlər çələngi”  ”silsiləsinə son qoyaraq, “Qələbə çələngi” ni yazmağa başlayacağım günü səbrsizliklə gözləmişəm. Deyəsən bu arzum yavaş- yavaş çin olmağa başlayır... Vəziyyətin mürəkkəbləşdiyi vaxtlarda, taleyönlü məsələlərdə xalqımız bir yumruq kimi  birləşməyi bacarır. Xalqla Azərbaycan rəhbərliyinin, Azərbaycan Oardusunun birliyini mən bu gün də gördüm, bütün varlığımla hiss etdim... Budur artıq nəinki mən, bütün xalqımız sevinc içindədir, cəbhədən gələn hər qələbə xəbərini cəbirsizliklə izləyir və igid oğullarımızı qəhrəmanlığı qarşısında qürur duyur və onlara mənəvi, maddi,dəstək verir... İndi artıq- Durnalara dönən şəhid ruhları,                             Cəbhədəki son durumu izləyir.                             Qaqqıldaşa-qaqqıldaşa uşaraq,                             Ordumuzu qələbəyə səsləyir!..  

Oktyabr 26, 2020 14:09

Əncir yarpağı

Həyətdə bardaş quraraq oturmuş Tükəzban nənənin gözləri qeyri-ixtiyarı olaraq uzaqlara dikilmişdi… … Bu vaxta qədər öz kəndlərindən kənara çıxmayan qarı dünən bir az ayın-oyun düzəldərək həyat yoldaşı Xudaverdi baba ilə şəhərdə yaşayan qızına baş çəkməyə getmişdi.Qatar şəhərə daxil olduğu andan arvadın gözləri bərələ, ağzı açıla qalmışdı.Arvad heyrətini, heç cür gizlədə bilmirdi. O küçələrdə “mini” yupka , dar, açıq-saçıq paltar, bədənə kip yapışan, hər yeri çırıq-kəsik şalvarlarda, göbəyi açıq gəzən qız-gəlinləri gördükdən sonra başını qaldırıb Xudaverdi babanın üzünə baxa bilmirdi…Tükəzban nənə səhərisi gün həyətlərində oturub dərin fikrə getmişdi. Dünən şəhərdə gördüyü mənzərələr birdən arvadın gözləri önündən ildırım kimi keçdi. Özü də hiss etmədən ayağa duraraq qəzəblə deyinməyə başladı: - Vay, vay, vayyy dünən şəhərdə gördüklərimi xatırlayanda min köynək ət tökürəm. Ay Allah, gör nə günlərə qaldıq, nələr gəldi başımıza, göydən daş yağaydı, Allah! Ar, namus, həya getdi əlimizdən. -Hə, hə, elə mən də onu fikirləşirəm, - deyə, səsinə səs verdilər. Arvad dik atıldı. Xoflu-xoflu o yan, bu yana baxdıqda Xudaverdi babanı gördü. Qoca iri taxta parçalarını güclə sürüyərək, həyətdəki əncir ağacının yanına aparırdı. Tükəzbanın təəccüblə baxdığını görüb, dedi: - “ Arvad, bax, o əncirin dövrəsini çəpələyəcəyəm. Onu göz bəbəyimiz kimi qorumaq lazımdır. Belə getsə bu ağac gərəyimiz olacaq. Dünən şəhərdə gördüklərim elə mənim də yadından çıxmır ki, çıxmır. Ehh arvad, zəmanə dəyişib, bizim dövranımız keçdi artıq. Deyəsən yavaş-yavaş babamız Adəm və nənəmiz Həvvanın dövrünə qayıdacağıq. Odur ki, onların bizə qoyub getdikləri ənənələri qorumaq, davam etdirmək lazımdır. Bu, biz nəvələrin borcudur. Tükəzban nənə lal-dinməz qarşısındakı müqəddəs varlığa baxırdı. Düşündükçə gözləri yol çəkirdi. Elə bil ki, uzaq keçmişi xatırlayırdı. Arvad gah əynindəki üzülmüş, artıq yamaq da saxlamayan paltarına, gah da əncir ağacına baxırdı. Qarı əvvəlcə kişinin dediklərindən bir şey başa düşmədi. Sonra birdən ağlına nə gəldisə əlini önünə, arxasına apararaq nəyi isə ölçüb biçməyə başladı... ... Artıq Xudaverdi baba biznesmen olmuşdu... Bir neçə ildən sonra Xudaverdi babanın qapısında növbəyə dayananların sayı- hesabı yox idi. Növbə isə günü-gündən artırdı. Qonşusunun da torpaq sahəsini alan Xudaverdi baba sahəsini genişləndirərək, tinglər basdırmış, əməlli başlı əncir plantasiyası yaratmışdı. Vaxtilə ağacları kəsib yerində istixanalar salanlar indi çox peşiman olmuşdular və Xudaverdi babaya həsəd aparırdılar. Niyə də apamasınlar, axı. Vaxtı ilə yoxsul olan kişi indi bu yerlərin ən varlı adamına çevrilmişdi. Əncir yarpağının birini neçə dollara satırdı. Necə deyərlər qaz vurub, qazan doldururdu. Tükəzan nənə də biznesmen arvadı olmuşdu. O, 20 kiloya qədər arıqlamış, üzünün qırışları azalmışdı. İndi onun 13-14 metr paçadan tilikmiş qırçınlı ətəyi uzun tumanının yerinə bədənini kip örtən, bütün əzalarını göstərən don bəzəyirdi. Arvad 10-15 il cavanlaşmışdı. Artıq Xudaverdi baba Xuduş Adamoviç, Tükəzban nənə isə Tükəz Yevovna olmuşdu. Bax, budur müasir həyat... ... Xudaverdi baba “Adəm və Həvva” adlı ofisində jurnalistlər üçün brifinq keçirirdi. Xarici jurnalistlərdən birinin sualı belə oldu: - Xuduş bay Adamoviç, Sizin tez bir zamanda məşhur olmağınızın səbəbi nədir və siz hansə xammallardan istifadə edirsiniz? Xaricdən xammal alırsınızmı? Xudaverdi baba libasını və ofisini bəzəyən əncir yarpaqlarından hazırlanmış məmulatları göstərərək suala cavab verdi: XX-ci əsrin sonunda yoxsul həyat sürən qarşınızda duran Xudaverdi babanı Xuduş baya çevirən, məşhur edən həyətimizdəki yeganə əncir ağacı oldu. Hə, hə, təəccüblənmə bala. Bu baban elə böyük bir əncir plantasiyası yaradıb ki, məhsulumuzu çox-çox uzaq ölkələrə ixrac edirik. Sorağımız dünyanın hər tərəfində eşidilir. Bundan əlavə bizdə müxtəlif şirniyyat, parfümeriya, modalar atelyesi və sairə firmalar fəaliyyət göstərir. İstifadə etdiyimiz xammala gəldikdə isə xaricdən xammal almırıq, yerli xammaldan istifadə edirik. Yerli xammalımız isə əsas etibarilə əcncir ağacıdır. Bu ağacda elə bir hikmətlər var ki, gəl görəsən. Onun həm yarpağından, həm meyvəsindən, həm də şirəsindən istifadə edirik. Digər jurnalistin sualı isə Tükəz nənəyə idi: -Madam Tükəz Yevovna, Siz hansı firmaya başçılıq edirsiniz? Tükəzban nənə “sovromenniy” paltarını səliqəyə saldı: Hörmətli jurnalist, mən məşhur “Yeva” modalar evinə başçılıq edirəm, eyni zamanda buranın modelyeriyəm. Bu iş mənim çox ürəyimcədir. Həm də bu geyimlərdə adam özünü çox sərbəst və yüngül hiss edir. Əvvəlki kimi 14 metr parçadan tikilmiş libası gəzdirməkdənsə bir neçə əncir yarpağı gəzdirməyin nə qədər rahat və əlverişli olduğunu yəqin özünüz də yaxşı başa düşürsünüz. Bu həm də yeni dövrün tələbidir. Alverimiz də ancaq dollar və avroyla gedir. Başqa firma müdirlərini də dinləyən jurnalistlər sağollaşaraq çox böyük bir təəssüratla “Adəm və Həvva” ofisini tərk etdilər... Hörmətli oxucular! Əncir yarpağı əldə etmək istəyirsinizsə, növbəyə durmağı unutmayın. Tələsin, yoxsa paltarsız qalarsız. Ünvan: 1. Əncirli kəndi Xudaverdi Xanın əncir plantasiyası. “Adəm və Həvva” firması    

Yanvar 22, 2019 13:55

Mehdim, cəsur qartalım mənim!

(Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin əziz xatrəsinə ithaf edirəm) Ay eloğlum, görməsəm də o illəri, o günləri, Çəkməsəm də çəkdiyiniz  ağrıları-acıları, Lap bu günün özündə də, hər addımda gərürəm mən, Yana-yana yol gözləyən anaları, bacıları! Durmuşam abidənin önündə, seyr edirəm qranit yenilməzliyini.  Həsrətlə, yana-yana qürbətdə dediyin bir bənd şeir yadıma düşür birdən... Kaş ki, mən bir sarı yarpaq olaydım, Səhərin yelləri alaydı məni. Qarlı dağlar aşıb, dərələr aşıb, Vətən torpağına salaydı məni. Yox-yox sən bir sarı yarpaq olub Vətən torpağına düşmədin, qırmızı bayraq olub Adriatik sahillərindən Vətənə qayıtdın. Qranit heykələ döndün Vətəndə, Mehdim, cəsur qartalım mənim! Sən rəssam olmaq istəyirdin, arabir şeir də yazardın. Neçə-neçə  böyük arzular, diləklər tumurcuqlayırdı sənin təmiz, pak qəlbində. Amma... Zamanın  çox qəribə hökmləri var... Böyük Vətən Müharibəsi illəri... Sən çox çətin yollarla getdin, xalqların hürr yaşaması naminə Qələbə ilə qayıtmaq üçün qələbə ilə qayıtmaq ümidilə! Amma, təəssüf ki... Xəyallar içində harayladım səni, Adriatik sahillərindən gəldi sorağın, yandırdı məni sənin fərağın, Mehdi. Lakin bir şeydən təsəlli tapdım. Məzarım dost diyarda, Adriatik sahillərində olsa da, hər gün gül-çiçəklə dolsa da, qəlbin Vətən torpağındadır, öz Vətənində, öz elində, öz obanda qranitə çevrilmisən. Dillər əzbəri olmusan,  dünyaya göz açan körpə adlarında yenidən doğulmusan. Qəlblərə axıb nəğməyə çevrilmisən, xoş, həzin bir nəğməyə. Ölüm sevinməsin qoy ! Sən adını ölməzlər siyahısına salmısan və orada əbədi olaraq qalmısan! Ürəklərdə Yaşayırsan, diləklərdə yaşayırsan – MEHDİM mənim Abidənin önündə baş əyirəm, Sağ ol, Vətən oğlu, sağ ol deyirəm.  

Yanvar 22, 2019 13:31

Şəhidlər xiyabanında bir gün…

Şəhidlər xiyabanında   dayanıb dərin xəyala dalmışdım.Haqqında yazdığım şəhidlərin valideynləri ilə görüşlərim,  eşitdiyim və özümün şshidi olduğum xatirələr birər-birər gözümün önündən keçirdi...Birdən qulağıma gələn həzin bir musiqi sədası xəyallarımı pərən-pərən saldı. Kimsə sazın tellərində  “Yanıq  Kərəmi” dilə gətirmişdi.  Bu ecazkar musiqi  ovqatımla pərdə-pərdə gah enir, gah da ucalırdı.İlahi bu nə səs, bu nə səda, bu necə bir  musiqidir. Kərəm odlanır, yanır, Kərəm imdada çağırırdı.Tellər işlədikcə sızlayır,  Kərəmi daha da alışdırır, daha da yandırırdı öz odunda...Bir anlığa özümü unutmuşdum. Özgə, sehirli bir aləmdə idim. İnləyən Kərəm deyildi, sızıldayan sarı tellər, bir də qəribsəmiş musiqinin alışan ürəyi idi.Bu ürək inləyirdi. Sahibini itirmiş obalarımız, yurdlarımız, bir də müqəddəs torpaq üçün inləyirdi . Simlərdən musiqi səsi yox, əzizlərini  itirmiş anaların göz yaşları idi axan.Simlərdə  gəzən barmaqlar başqa bir aləmdə idi. “Yanıq Kərəm”ini dilləndirən barmaqlar artıq ixtiyarsız  “Misri” yə keçmişdi.  Dirilmişdi Kərəm. Nankor qonşularımızın namərdliyini , torpaqlarımızın od tutub yandığını, ana bacıların namusunun  tapdanmağını görüb...Əslinin vüsalına yetmədiyinə sevinirdi. Əslili  məhəbbətini nifrət içində boğurdu Kərəm.... Bir anlığa əlinə silah götürüb Azərbaycanın qeyrətli oğullarını intiqama  çağırırdı.Xəyalım çaşmışdı. Düşüncələrim mübarizə aparırdı. Ətrafımda elə bil şəhid ruhların hənirtisini hiss edirdim. Anlayırdım ki,  onların gücləri, imkanları olsaydı  elə bu dəqiqə...Onların mənə yaxınlaşaraq, söhbər etmək istədiklərini duyurdum. Onları qabaqlayıb dərhal  salam verdim.  Hamı elə bu sözə bənd imiş kimi –Salam –deyə cavab verdilər. -Niyə belə narahatsız? -Necə narahat olmayaq.  Qarı düşmən Vətən torpağında at oynadır.   Qız gəlinlərin ərşə çəkilmiş ah – nalələri bizi rahat yatmağa qoymur axı, bacı ! -İqbal, bacı qurban, bu sənsən ?  Sadıq, Elşad siz də burdasız, yenə bir yerdəsiz ? -Sahib, övladların hər dəfə əskər görəndə çölə qaçırlar, -atam gəldi- deyə. -Mən də darıxmışam, özü  də çox darıxmışam  onlar  üçün. Amma, nə edə bilərəm !?. -Adil yadındamı, bir dəfə döyüşdən sonra  evə gətirdiyin o “Paşa” otu? Anana  –  ”ay ana,  bir çay dəmlə, içək. Bu torpağın çiçəyi də dərmandır , havası da –dedin  Dediyin o sözlər  gözüyaşlı ananın  çıxmır  yadından. -Heç çıxmayacaq da , bacım ! Axı, oğulun anaya gətirdiyi pay... -Xaqani, gözümün işığı... Söhbətimiz çox təsirli olduğundan, hələ də özümə gələ bilmirdim.Yaxşı ki,taleyinə şəhidlik yazılmışları hamıdan üstün  tutdu allah. Yaxşı ki, torpaq uğrunda bağrı qan olanların, şəhidlərin yeri allahın dərgahındadır. Onlar hamıdan ucadır, ölməzdir.... Xəyal məni çox-çox uzaqlara aparmışdı.  Sanki  gerşəkliklə  röya arasındakı fırtına dənizində üzürdüm...  Dalğalar  arasında gah batır, gah da görünürdüm. Bütün varlığım  kükrəyərək şahə qalxan  dalğalara təslim olmuşdu. Gahil isə ümmana çevrilmişdi.Qəflətən eşitdiyim qaqqıltı səsi sanki əbədi sandığım  yuxudan ayıltdı məni.  Səf-səf düzülmüş durna qatarı haray salmışdı göy üzünə. Elə bil  onlar da mənimlə həmfikir idilər.Torpaqlarda dolaşan ruhların intiqama çağıran durna səsləri fəryad qoparırdı.Bu haray, bu fəryad, bu intiqam, bu cihad külli-aləmi lərzəyə gətirirdi : - ayağa qalxın,  vətən övladları, ayağa qalxın. Artıq zaman yetişib...      

Yanvar 22, 2019 13:23

Xəzərim mənim

Bu gün sənin nəğmən necə də dəyişib, necə də gözəlləşib, dənizim mənim !.. Elə bil misraların oddan yoğrulmuş. poladdan tökülmüş, sevgi ilə cilalanmışdır, əzizim mənim!.. Qəm oxunmur səbin gözlərindən, dəniz. Sevinc  selində üzürsən, sanki təzə gəlin kimi “Vağzalı” ya süzürsən, qanadlanıb havaya uçmaq, Buludlara qovuşmaq istəyirsən. Sevgi nəğməsi oxuyursan, sevgi çələngi toxuyursan, mehribanım mənim, Şaqraq səsinlə şaqqıldayırsan, gülürsən, xoş bir duyğu kimi qəlblərə süzülürsən, heyranım mənim. Sənə bu gün nə olub, mənim göygöz gözəlim? Kipriyini qırpaqaq mənə baxır, yaxınlaşır, sonra birdən qaçırsan. Öz isticə, öz mehriban öz qayğılı qucağını mənim üçün açırsan, ceyranım mənim. Bəlkə sevgilin sənə demiş:  “- Xəzər, gözəlim mənim, eşqim məhəbbətim mənim ilkim, əzəlim, sevirəm səni!” Sənin gözlərin yaşla dolmuş, qəlbin fərəhlə vurmuş, sevgilinin bu etirafından, Xəzərim. İlk sevgi, ilk etiraf, ilk sevirəm sözü, məhəbbətin özü səni qanadlandırıb, ucaldıb göylərə, mavi saçlı gözəlim... Bəzən kükrəmək, dəli küləklər kimi şahə qalxmaq, hayqırmaq istəyirsən: O məni sevirrr Bəzən də sakitcə duraraq həzin, kövrək, bir az titrək, lakin məhəbbətlə dolu bir səslə, böyük bir həvəslə, sevinclə pıçıldayırsan: O məni sevirrr Oxuyursan, məhəbbət nəğməsi, vüsal nəğməsi oxuyursan, Xəzərim. Sevinc bəxş edirsən bizə - insanlara !...    

Yanvar 22, 2019 13:16