Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə…

Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 23-28° isti təşkil edəcək. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 16-21° isti olacaq. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti olacaq. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 23-28° isti olacaq. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 24-29° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 23-28°, dağlarda gecə 14-17°, gündüz 21-26° isti olacaq.xeber100.com

Oktyabr 27, 2023 3:20

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti olacaq. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, bəzi yerlərdə 17°-dək isti olacağı bildirilir. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 18-23° isti olacağı ehtimal edilir. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimalı var. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 17-22° isti, dağlarda gecə 7-9°, gündüz 14-17° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 20, 2023 2:51

Havanın temperaturunun gecə 11-14°, gündüz 16-19° isti olacağı ehtimal edilir

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər yağış kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 11-14°, gündüz 16-19° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı bildirilir.xeber100.com

Oktyabr 19, 2023 3:22