11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq. Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq. Polşadakı “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Pyast" komandaları ilə qarşılaşacaq.xeber100.com

Oktyabr 27, 2026 12:43

Voleybolçulardan ibarət “DH Volley” klubu avrokuboklarda ilk oyununa çıxacaq

Azərbaycanı CEV Çelenc Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “DH Volley” klubu bu gün avrokuboklarda ilk oyununa çıxacaq. Komanda 1/32 final mərhələsində Danimarkanın “Holte” klubu ilə üz-üzə gələcək. Danimarkada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda təşkil olunacaq.xeber100.com

Oktyabr 27, 2026 12:39

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 5 qarşılaşma təşkil olunacaq. “Şimal” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”la, “Marafon” Marafon Arenada “Zaqatala” ilə üz-üzə gələcək. Hər iki matç saat 14:00-da başlayacaq. Saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. “Səbail” isə saat 18:00-da “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq. Qeyd edək ki, bu raundun digər matçları oktyabrın 28-29-da baş tutacaq.xeber100.com

Oktyabr 27, 2026 12:36

Milli komandanın baş məşqçisi müqavilənin müddətini uzatmağı planlaşdırır

İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. Bu barədə AS nəşri məlumat yayıb. Mütəxəssisin hazırkı sözləşməsi 2028-ci il Avropa çempionatının sonunda başa çatacaq. RFEF onunla anlaşmanın müddətini 2030-cu ilədək uzatmaqda maraqlıdır. Tərəflər arasında danışıqların yaxın aylarda başlanacağı gözlənilir. Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi vəzifəsində Luis Enrikeni əvəz edib. İspanlar onun rəhbərliyi altında UEFA Millətlər Liqasının, AVRO-2024-ün və dünya çempionatının qalibi olub.xeber100.com

İyul 22, 2026 1:18

Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ilk oyununa çıxacaq

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq. Millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.xeber100.com

May 6, 2026 3:26

“SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib

Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının keçiriləcəyi yeni tarixlər müəyyənləşib. Bakı Şəhər Halqasından bildirilib ki, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9–13-də təşkil olunacaq. 2026-cı il üçün nəzərdə tutulan tarixlərdə edilmiş dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar tədbirin bütün iştirakçılar üçün ən yüksək səviyyədə təşkil olunması məqsədilə yeni tarixlərin müəyyənləşdirilməsi istiqamətində sıx əməkdaşlıq ediblər. Beləliklə, paytaxt Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirərək son illərin ən çox gözlənilən konvensiyalarından biri üçün xüsusi platformaya çevriləcək. Xatırladaq ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.xeber100.com

May 6, 2026 3:23

Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik yubiley buraxılışı üzrə Könüllü Proqramına müraciətlərin başlandığını elan edib. BŞH-dən bildirilib ki, qeydiyyat mayın 4-dən etibarən açıqdır və yalnız Bakı Şəhər Halqasının mobil tətbiqi vasitəsilə həyata keçirilir. Namizədlərə yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq müraciətlərini gecikdirməmək tövsiyə edilib. Bildirilib ki, proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır. Qeyd edək ki, könüllü olmaq istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda şəraitində işləmə bacarığına malik olmalıdırlar. Proqram üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim mərhələsində üstünlük veriləcək. Xatırladaq ki, ötən il proqram çərçivəsində 30 mindən çox müraciət qeydə alınıb və onlardan yalnız 2 min nəfər könüllü seçilib. Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.xeber100.com

May 4, 2026 2:55

“Azərreyl” komandası mövsümlərarası fasilədə ilk transferini həyata keçirib

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası mövsümlərarası fasilədə ilk transferini həyata keçirib. “dəmiryolçular” Sənubər Ələsgərovanı heyətinə qatıb. Onunla 1 illik yeni sözləşmə imzalanıb. Sənubər Ələsgərova son olaraq “Milli Aviasiya Akademiyası”nın formasını geyinib.xeber100.com

May 4, 2026 2:49

Azərbaycan Basketbol Federasiyasının məlumatına görə…

Azərbaycanın qadınlardan ibarət 3x3 və əsas (5x5) basketbol yığmalarına əcnəbi oyunçular cəlb oluna bilər. Bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli idman direktoru Turqay Zeytingöz məlumat verib. O bildirib ki, federasiya tərəfindən qadın yığmalarının heyətinin gücləndirilməsi məqsədilə belə addımın atılması planlaşdırılır: “Xüsusilə 3x3 basketbol üzrə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında medal hədəfimiz olduğu üçün bu variant mümkündür. Lakin hazırda bu məsələ ilə bağlı konkret qərar qəbul olunmayıb”.xeber100.com  

Aprel 1, 2026 1:41

Misli Premyer Liqasının XVIII turunda “Neftçi” böyükhesablı qələbə qazanıb

Misli Premyer Liqasının XVIII turunda “Araz-Naxçıvan”la qarşılaşan “Neftçi” mövsümdə ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi rəqib meydanında 4:0 hesabı ilə qalib gəlib. “Ağ-qaralar” sonuncu dəfə belə nəticəyə 2023/2024-cü illər mövsümündə imza atmışdı. Bunu 624 gün gözləyən Bakı klubu 2024-cü il mayın 18-də “Səbail”in meydanında 3 cavabsız qola sevinib. “Neftçi”nin səfərdəki 4 və ya daha çox top fərqi ilə qələbəsi isə 2022/2023-cü illər mövsümündə qeydə alınmışdı. “Liv Bona Dea Arena”dakı uğurdan 1030 gün əvvəl – 2023-cü il aprelin 8-də “Sumqayıt” qonaqların 4 cavabsız qoluna üzülüb.xeber100.com

Fevral 2, 2026 2:37
    Page 1 of 83112345...102030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az