28 May Azərbaycanın milli bayramı – Respublika Günüdür

1990-cı ildən etibarən ölkəmizdə 28 may günü Respublika günü olaraq qeyd olunur. 28 may 1918-ci ild Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, Milli İstiqlal hərəkatının başçısı Məmməd Əmin Rəsulzadənin başçılığı ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920) yaradıldı. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük uğurlar qazandı, qalibiyyətlər əldə etdi.Milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. Müstəqil Azərbaycan Cümhuriyyətinin xalqa ərməğan etdiyi  təminat idi. Yeri gəlmişkən, Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti oldu və həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməyi bacaran Azərbaycan Demokratik Respublikası 2 yaşını tamamlamadan bolşeviklərin hücumuna məruz qalır və yenicə qurulmağ başlayan Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edir. 1918-ci ildə may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yaranmasını elan etməsi qədim tarixi kökə malik bir ölkənin haqqı idi. Və önəmli məqamlardan biri də odur ki, həmin gün imzalanan tarixi sənədə görə, ölkəmiz qonşu xalqlarla, dövlətlərlə dostluq münasibəti quracaqdır. Millət, məzhəb, sinif və cins fərqi görmədən bütün vətəndaşların siyasi hüquqlarını təmin edəcəkdir, Yəni, bir birliyin tərkibində və ya hansısa bir ölkədən asılı olmadan müstəqil şəkildə öz hüquqularını bərpa etməklə yanaşı, qonşularının da hüquqlarını qoruyacaqdı. Sadəcə olaraq 2 ilə yaxın bir müddətdə bu addımı ata bildi. Və 70 illik imperiyanın tərkibində yaşananlar və illər sonra 1991-ci ilin dekabrında - SSRİ dağıldıqdan sonra - Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi və ölkəmizin müstəqiliyinin yenidən bərpa olunması artıq bir faktdır, yaşanan tarixi həqiqətlərdir. 1990-cı ildən etibarən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. Bu tarixi faktların Azərbaycan kinoya gətirilməsi, ümumiyyətlə kinomuzda bu tarix hansı yeri tutdu və ya bu mövzuya müraciət olundumu, kimi məqamlara aydınlıq gətirmək üçün bir qədər əvvələ qayıdaq... 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdi ki,  nəticədə də Rusiya devrildi və bununla da çarizmin məzlumlaşdırılan xalqların milli hərəkatı başlandı. “Bakıda xalq azadlığı bayramı” qısametrajlı sənədli filminin çəkilişi 1917-ci ildə çəkildi və kinosüjet əsasən 1917-ci il Fevral İnqilabının Bakıdakı əks-sədasına həsr olundu. Filmin yaradıcılarının kimliyi məlum olmasa da, önəmli faktlardan biri o idi ki, bu filmdə artıq uzaqgöpərənlik nümayiş edildi və 1918-ci ildə qazanılacaq uğurun təməli qoyuldu. 13 iyun 1919-cu ildə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən çəkildi. Filmin mövzusuna əsasən müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünü bayram əhval-ruhiyyəsində əks etdirilir. Filmin ilk nümayişi 13 iyun 1919-cu ildə baş tutub. Həmin illərdə sadəcə iki filmdə hadisələr öz əksini tapdı. Sonralar-yəni SSRİ-nin tərkibində olduğumuz illərdə bu mövzu heç də gündəmdə olmadı. Müstəqillik illərində “Salnamə” və “Yaddaş” studiyalarının birgə çəkdiyi “İstiqlal yollarında”, “Parlament”, “Əzablı yollar” və s. kimi sənədli filmlərində Azərbaycan Demokratik Respublikası dövründəki hadisələrə diqqəti çəkdi.1990-cı ildə rejissor Zaur Məhərrəmovun çəkdiyi “İstiqlal yollarında” sənədli filmində 20-ci illərdə Vətəndən didərgin düşən siyasi mühacirlərdən, onların həyatından bəhs edilir. 1995-ci ildə yenə də rejissor Zaur Məhərrəmovun çəkdiyi tarixi-bioqrafik janrda olan “Əzablı yollar” filmi Məmməd Əmin Rəsulzadənin həyatı haqqındadır. Filmdə ADR liderlərindən Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilib. 1996-cı ildə Eldəniz Quliyevin(Azər Əbilbəyli ilə birgə) ssenarisi əsasında rejissor Tofiq Məmmədovun lentə aldığı “Parlament” filmində Müstəqil Azərbaycan Respublikası parlamentinin keçdiyi tarixi yol və siyasi problemlər öz əksini tapır. Doğrudur ki, ADR-ə həsr olunmuş bədii film çəkilməyib, ancaq kinematoqrafiyamıza az sayda olsa da həmin dövrü əhatə edən sənədli filmlər ərsəyə gətirib. “Aztelefilm” Yaradıcılıq Birliyi ADR-in generalları -Mehmandarov, Şıxlinski, Ağabəyzadə və b. Həsr olunmuş silsilə sənədli filmlər hazırladı. Onu da xüsusilə qeyd etmək lazımdır ki, sənədli filmlər ustası kimi tanınan mərhum rejissor Nazim Rza İsrafiloğlu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmləndirilməsində fəal iştirak etmiş dövlət xadimi, "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadənin ocağında dünyaya göz açıb. Və rejissorluq fəaliyyətində daima ana babasının fəaliyyəti ilə yanaşı, o dövrün hadisələrini öz filmlərindəı, kitablarında geniş işıqlandırıb. Rejissorun “Mücadilə” sənədli filmibütövlükdə ADR mövzusuna həsr olunub. Çəkilişlər Bakı, Gəncə, Tiflis, Batumi və İstanbulda aparılıb. Çar rejiminə qarşı istiqlal mücadiləsinin başlanmasının ilk illərindən – Xatırladaq ki, 1905-1918-ci illərdə, əsasən Gəncədə baş verən hadisələrdən bəhs edən "Mücadilə -1 İstiqlalın beşiyi" adlı filmini 2006-cı ildə çəkir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini işıqlandıran bu ekran işində hadisələr tarixi faktlarla ən incə detallarına qədər təqdim olunur. Müəllif 1-ci Mücadilənin davamı olaraq bir ilin içində "Mücadilə - 2 Yüksələn bayraq" adlı ikinci filmini də lentə alır. Bu dəfə rejissor öz filmində Azərbaycanın erməni daşnakları, ingilis işğalçıları və Sentrokaspi diktaturasına qarşı mübarizə dövründən bəhs edir. 1918-20-ci illəri əhatə edən mübarizəsinə sadəcə olaraq Azərbaycanın daxili mübarizəsi deyil, eyni zamanda diplomatik korpusumuzun Azərbaycanın beynəlxalq aləmdə faktiki olaraq tanınması uğrunda apardığı mübarizə də daxildir. Tarixi faktlara əsaslanan rejissor bu filmində Azərbaycan tarixinin ən həssas dövrünə olduqca dəqiqliklə yanaşmış İstanbul, Batum və Trabzon konfransları, eləcə də Paris sülh konfransındakı hadisələr, bolşevik Rusiyasının vətənimizi yenidən öz təsiri altına salmasına qarşı Azərbaycan hökumətinin apardığı mübarizəni əks etdirmişdir. Son olaraq qeyd edək ki, ADR zamanından bu günə çox az kadrlar qalıb. Hazırda həmin kadrlar Dövlət Kino Arxivində saxlanılır.  

May 27, 2021 10:52

Valideynlərin və uşaqların hüquqi vəzifələri

Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsaslarına gəlincə, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bu da o deməkdir ki, Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.Məcəllədə o da qeyd olunur ki,  Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bundan başqa Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Hüquqşünaslar bildirilər ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində Azərbaycanda ailənin ümumbəşəri prinsiplər əsasında qurulmasına təminat verilir (Ailə Məcəlləsinin 3.0.1-ci maddəsi). Azərbaycan Respublikasında ailənin dövlət himayəsində olmaqla, analığın, atalığın və uşaqlığın qanunla mühafizə edilməsini təsbit edən norma ailə münasibətlərini məhz uşaqların hüquq və mənafeləri mövqeyindən tənzimlənməsini nəzərdə tutan müddəa kimi başa düşülməlidir. Yeri gəlmişkən, uşaq anlayışının tərifi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsində də verilib. Bu maddəyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə qnunvericiliyinin nəzərdə tutduğu hüquq fəaliyyət qabiliyyəti, yəni şəxsin öz hərəkətləri ilə ailə qanunvericiliyi ilə müəyyə edilmiş hüquqlar əldə etmək qabiliyyəti uşağın doğulduğu andan əmələ gəlir. O da qeyd olunur ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, eyni zamanda valideynləri (və yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarındansui-istifadı etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna mçalikdir. BMt-nin Uşaq hüquqları haqqında konvensiyasının 8-ci maddəsinə uyğun olaraq hər bir uşaq özünün fərdiliyini qoruyub saxlamaq hüququna malikdir. Azərbaycan Respublikasının konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilir: “Uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur”. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipi onların nikahda olub-olmamasından asılı olmayaraq həyata keçməlidir. Ona görə də valideynlər arasında bu və ya digər məsələnin həllində fikir müxtəlifliyi əmələ gələrsə onlar (onlardan biri) mübahisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. (Ailə Məcəlləsinin 60.3-cü maddəsi). Valideynlər öz hüquqlarını qanunla müəyyən olunmuş qaydada və istənilən şəraitdə uşaqlarının mənafelərinə uyğun şəkildə həyata keçirməlidirlər. Bundan başqa valideylər özbaşına validynlik hüquqlarının başqa şəxslərə ötürülməsinə dair qərar qəbul edə bilməzlər. Xatırladaq ki, valideyn hüquqlarından məhrumetmə və valideynlik hüquqlarının məhdudlaşdırılması da yalnız qanunla müəyyən olunmuş əsaslar üzrə mümkündür (Ailə Məcəlləsinin 64, 68-ci maddələri). Hüquq məsləhətçisi Vasif Həsənov ailədə uşaqların malik olduğu hüquqlar barədə qeyd edir ki, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir: “Valideynlərinin nikahının pozulması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etməməlidir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Hətta valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququ var”. V.Həsənov onu da bildirib ki, uşağın valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilməlidir: “Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Qanunvericilik uşaqlara hüquq və mənafeləri pozulduğu halda məhkəməyə müraciət etmək hüququ verir. Belə ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir”. Hüquq məsləhətçisini fikrincə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Bundan başqa, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən vəsait almaq hüququna malikdir. Belə ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir: “Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Uşaq gəlirinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdiyi əmlaka, habelə uşağın vəsaiti hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir”. Ekspertlər qeyd edirlər ki, qaydaya görə valideynlərə və uşaqlara məxsus olan əmlak onların hər birinin öz ayrıca əmlakıdır. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Lakin əgər uşaqlar valideynlərlə birlikdə öz əməyi və ya şəxsi vəsaitləri ilə bu və ya digər əmlakın əldə edilməsində iştirak etmişlərsə, onların həmin əmlaka mülkiyyət hüququ yaranır.      

Yanvar 30, 2018 3:03

Təhsil-tərbiyə prosesində şəxsiyyətin inkişafı

Rus psixoloqu A.R.Kavalyov şəxsiyyətin strukturunda dörd əsas tərkib hissəsi ayırır.Birinci komponent şəxsiyyəti nəyə yönəldiyini xarakterizə edir. Buraya müxtəlif xassələr, qarşılıqlı tərifdə olan tələbatlar və maraqlar, praktik və ideya ustanovkaları sistemi daxildir. İkinci komponentə fəaliyyətin müvəffəqiyyəti icrasını təmin edən qabiliyyətlər sistemi daxildir.Üçüncü komponent –xarakter və ya insanın sosail mühitdə davranış tərzini ifadə edir.Xarakter sistemində əxlaqi və iradi keyfiyyətlərə ayırırlar.Dördüncü komponent idarəetmə sistemi adlanır, adətən onu “Mən” anlayışı ilə işarə edirlər. Bu tərkib hissə şəxsiyyətin özünütənzimini həyata keçirir.Qeyd edək ki, insan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir. Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Təbii mühit isə, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərən amildir. İnsanın inkişafına mühitin, yoxsa irsiyyətin daha çox təsir göstərməsi ilə bağlı tədqiqatçılar arasında vahid fikir yoxdur. Biogenetiklər irsiyyətə, sosiogenetiklər isə mühitə üstünlük verirlər.Psixologiya elmləri doktoru Ramiz Əliyev qeyd edir ki,  şəxsiyyət insan varlığının müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır: “İnsan ən ümumi anlayışdır. O, bioloji növün (homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kateqoriyadır. Bioloji baxımdan “növ” – adam, psixoloji baxımdan isə “fərdiyyət” mənasında işlənilir. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan şəxsiyyətə çevrilir. Yəni, şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, sosial-iqtisadi vəziyyətdən, mədəni səviyyədən və s. çoxsaylı sosial amillərdən asılıdır. J.Piaje öz çıxışlarından birində bildirirdi ki, cəmiyyətdə hər dəqiqə minlərlə vəhşi doğulur və sivilizasiya onlardan sosial varlıq formalaşdırır. Məhz bu deyilənlərdən də məlum olur ki, insan həm bioloji, həm də sosial varlıqdır. Yəni,  biososial varlıqdır. Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, somatik, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən canlı varlıqdır”.C.Freydman və R.Freyqer yazırlar: “Hər bir məşhur nəzəriyyəçi insan təbiətinin müəyyən bir cəhətini aydınlaşdırmışdır. Hesab edirik ki, hər bir nəzəriyyəçi özlüyündə haqlıdır və öz sahəsi üzrə diqqəti cəlb edir. Onların əksəriyyətinin səhvi ondan ibarətdir ki, yalnız özlərinin baxış və yanaşmalarının ümumi, hərtərəfli, doğru olduğunu zənn edirlər. Şəxsiyyət nəzəriyyəsi yaradıcıları arasındakı fikir ayrılığı tarixi şəraitdən də yaranıb. İdrak fenomeninə əsaslanan nəzəriyyəçilər də digərlərinə əhəmiyyət verməyiblər. Fikrimizcə, hər bir nəzəriyyəçi bütövün, tamın bir hissəsi haqqında dərin təsəvvürə malikdir və onun dediklərinin tamın bir hissəsi olmasına inanmaq istəmir. Eləcə də digərləri inandırmaq istəyirlər ki, onların dedikləri ya tamdır və ya tamın əsas hissəsidir”.Ümumiyyətlə insan şəxsiyyət kimi doğulmasa da onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılı olur. Əslində elə insan ictimai münasibətlərin məcmusudur. İctimai mühit dedikdə,  insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. İctimai mühit daim dəyişir və yeniləşir. İnsan inqilabi fəaliyyəti vasitəsilə mövcud ictimai mühiti dəyişərək öz arzusuna müvafiq qura bilir, eyni zamanda  bu prosesdə fəal fəaliyyət göstərməklə öz təbiətini dəyişdirir. Yəni, tərbiyə nəticəsində uşaqda müəyyən xarakter yaranır və formalaşır ki, bu da uşağın təlim və tərbiyə vasitəsilə ictimai həyata hazırlanmasında, onun geniş dünyagörüşünə sahib olmasında böyük rol oynayırEkspertlər qeyd edirlər ki, insan şəxsiyyətinin inkişafına təsir göstərən amillər təbii və sosial mühit anlayışına daxildir. Sosial mühit dedikdə, insanın həyat fəaliyyətini, inkişafını əhatə edən xarici şərait nəzərdə tutulur. Təbii mühit isə, havanın tərkibi və təzyiqi şəxsiyyətin inkişafına, onun mənəvi cəhətdən yetkinləşməsinə əhəmiyyətli təsir göstərən amildir. Bundan başqa tərbiyə insanın inkişafına təsir göstərsə də, özü də müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır.Y.A.Komenski "Böyük didaktika" adlı əsərində yazırdı: "Bizə təbiət əxlaqı verirsə də, biliyi və xeyirxahlığı vermir". Komenski şəxsiyyətin inkişafı üçün məktəb, təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin insan tərbiyəsi üzərində ciddi çalışmasını zəruri bilirdi.Göründüyü kimi fikirlər müxtəlifdir və zaman keçdikcə cəmiyyət inkişaf edir. Cəmiyyət inkişaf etdikcə innsanlıq daha da kamilləşir ki, bu da şəxsiyyətin formalaşamasında böyük rol oynayır.      

Avqust 9, 2017 2:00

Türkiyə-Rusiya əlaqələrinin təməli…

Türkiyə-Rusya əlaqələrinin təməli XV əsrin sonlarına təsadüf edir. Bu da o deməkdir ki, hələ Osmanlı Dövlətiylə Çar Rusiyası arasında başlayan münasibətlər, hər iki ölkə arasında qurulan bağlantılar tarixi baxımdan çox qədimdir. Öncəliklə qeyd edək ki, tarixən çox geniş coğrafiyaya malik olan türk xalqları son əsrlərdə, xüsusilə XX əsrdə bir-birindən hər baxımdan-din, dil, mədəniyyət və s. ayrı düşüblər. Və ən önəmli məqam ondan ibarətdir ki, türk xalqlarının bir-birindən kəskin surətdə ayrı düşməsinin əsas səbəbi  rus imperializminin türk torpaqlarına qarşı istilaçı yürüşləri və bu yürüşlərin doğurduğu haqsız müharibələrdə həyata keçirilib. Zənnimcə, Rus çarı III İoann Vasilyeviç zamanından əsası qoyulan, I Pyotr və II Yekaterina dövründə davam etdirilən, sonrakı proseslərdə imperatorlar tərəfindən xüsusi şiddətlə aparılan müstəmləkəçilik siyasəti və ən önəmlisi yaxın keçmişdə yaşadığımız Sovetlər Dönəmində zor gücünə birliyə daxil edilmiş türk dövlətlərinin yanlış həyat tərzi yaşamağa məhkum edilmiş-dinimizdən, dilimizdən uzaqlaşdırılmağımız bunun canlı misalıdır.Yeri gəlmişkən, I Pyotrun vəsiyyətnaməsi — Rusiya dövlətinin dövlətçilik tarixində çox önəmli mövqeyi ilə seçilən, Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir.12 bənddən ibarət olan "Vəsiyyətnamə"də islam dininə xüususi yer ayrılıb. Belə ki, islam dininin sünni və şiə təriqətlərinə bölünməsi üçün məkrli planının şifrəsini verib. Rusiyanı dünyəvi dövləti kimi görmək istəyini, onun sərhədlərini Hindistandan Avropaya qədər genişləndirməyi, İstanbulun da Rusiyanın paytaxtı olmasını arzularını dilə gətirib: "Bu məqsədi  həyata keçirmək üçün həmişə Osmanlı ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir”.Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, I Pyotr dindən siyasi məqsədlərlə bəhrələnməyə çağırıb: “İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir”. YAŞANMIŞ TARİX, YOXSA GERÇƏKLƏR Son bir əsrə diqqət etsək o zaman görərik ki, hələ bir neçə əsr öncə hazırlanan məkrli plan hələ də həyata keçirilməkdədir. Ancaq hələ də müsəlman ölkələr bu qorxulu yuxudan ayılmır, bəlkə də ayılmaq istəmir. Bəzən təəccüblü məqamlar da diqqəti çəkir. Əslində istənilən ölkə haqqında fikir irəli sürdüyümüz zaman millətçilik məsələləri ilə hökümət işlərini bir-birinə qarışdırmaqla böyük səhvə yol açırıq. Millətçilik, dövlətçilik ölkəni idarə edən hökumət qüvvələrindən çox-çox yüksəkdir, hətta heç müqayisəyə gəlməz. Bu, məsələnin bir tərəfi, digər tərəfi isə ondan ibarətdir ki, bir millətin çoxluq təşkil etdiyi bir ölkədə ölkə başçısının həmin millətdən olması çox önəmlidir. Əks halda, yəni tutaq ki, müsəlman ölkəsinin dövlət başçısı xristiyandırsa o zaman məsələ çox mürəkkəbləşir, hətta həmin millətə yazıq olur. Xristiyan ölkələrində ölkə başçının milliyəti, dini elə həmin ölkənin özünə uyğun seçilir. Təəssüflər olsun ki, müsəlman ölkələri üçün bunu demək çətindir. Çünki dünya gücləri, xüsusilə Rusiya müsəlman ölkələrinin hər zaman təzyiq altında saxlanmasının tərəfdarıdır, bunu yaşanmış tarix də sübut edir. Bütün bu qorxularda sanki müsəlmançılıq deyil, dinlə bağlı olan qorxular üstünlük təşkil edir. Yəni, bizi dinimizlə qorxudaraq öz məkrli siyasətlərini işlədirlər. İslam dini yaranandan ən önəmli din olduğu qədər də barış, qardaşlıq dini olaraq da tanınır, belə olan halda, yəni dinimizin buyurduğu şərtləri əməl ediriksə o zaman qorxmağa dəyməz. QARŞILIQLI ƏKS HÜCUM VƏ YA HƏR KƏS HƏDDİNİ BİLƏCƏK SAVAŞI Təxminən bir il öncə Rusiyanın  “Su-24” təyyarəsinin Türkiyə tərərfindən vurulması uzun zaman dünyanın diqqətində dayanan aktual məsələlərdən birinə çevrilmişdi. Hansı ölkə haqlıdır və ya haqsızdır, bunu hər iki ölkə çox gözəl bilir, ancaq önəmli olan məqam ondan ibarətdir ki, Rusiya qəbul etməsə belə bilərərkdən Türkiyənin hava sərhədini pozaraq öz gücünü ortaya qoymaq istədi, ancaq cavabını elə o an aldı. Bu gərgin məqamdan öz xeyrinə istifadə edən ölkələr olduğu kimi, eyni zamanda bu kimi proseslərdə hər iki ölkə öz bildiyi kimi addım atacaq fikri ilə sanki özünü bu məsuliyyət hissindən uzaq tutan ölkələr də oldu. Ancaq nə olur olsun dünya ölkələri bu durumu heç də sakit qarşılamadı və qarşılamayacaq.Dünya mətbuatı həmin ərəfədə Rysiya-Türkiyə dedi, başqa bir şey demədi. Almaniya mətbuatı("Der Spiegel" jurnalı) yazırdı: “Suriya böhranı çoxdan Ankara-Moskva münasibətlərini böhrana itələyirdi. Rusiyanın vurulan “Su-24” təyyarəsi situasiyanı daha da kəskinləşdirdi.  “Su-24” insidentindin sonra iki ölkə arasında münasibətlər uzun perspektiv üçün korlanacaq, “Rusiya tərəf isə artıq sərt tənqidini səsləndiribş. Türkiyə tərəfi təyyarənin onun hava məkanını pozduğunda təkid edir, Rusiya isə bəyan edir ki, təyyarə Suriya ərazisi üzərində uçuş həyata keçirib. Suriyada Putin və Ərdoğanın maraqları bir-biri ilə toqquşur. Ərdoğan Əsədin istefasını tələb edir, Moskva isə sonuncuya kömək edir. Daha əvvəl Ərdoğan bəyan eləmişdi ki, hətta quş da Türkiyənin hava məkanını pozsa, buna adekvat cavab veriləcək”.Eləcə də digər ölkələrin mətbuatı eyni fikirləri səsləndirirdi. Bu bir daha sübut edir ki, qarşıda nələr olcağını tam olaraq bilmək çətindir.  Necə deyərlər, yaşayarıq, görərik.Xatırladaq ki, hər iki ölkə başçısının-Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, eləcə də Rusiya dövlət başçısı Vladimir Putininkifayət qədər ağıllı, geniş siyasi düşüncəyəy malik olması və ən önəmlisi  xalqının, millətinin rifahı üçüçün düşünülmüş qərar verə biləcəklərini düşünən politoqlar hər iki tərəfin xeyrinə olan qərar veriləcəyinə əmindirlər. Və son gedişatlar politoloqların haqlı olduğunu bir daha sübut etdi. QONŞU QONŞU OLSA... İstənilən ölkə daha çox yaxınında olan ölkə ilə dosluq bağları qurmaqda maraqlıdır.Dünya yaranandan bəlkə belə bir qayda var ki, qonşu qohumdan daha yaxındır, bu baxımdan qonşu ilə yaxşı keşinmək lazımdır. Deyəsən bu qayda bütün qonşulara şamil edilmir. Türkiyə -Rusiya- münasibətlərinin gərginləşdiyi bir məqamda qardaş Türkiyəni dəstəkləyəynlər çox olduğu kimi Rusiyanı da dəstəkləyəyn o qədər az deyildi. Ancaq müqasyisə ediləcəck bir məqam diqqətdən dayanmırdı. Türkiyəni dəsstəkləyəyn qüvvələr ona haqq versə də yenə də qonşuluq münasibətlərinin koprlanmaması üçün yüngül  ehmal vurmaqdan da çəkinmirdilər.  Çox təəssüflər olsun eyni fikirləri Rusiyanı dəstəkləyən ölkələr üçün işlətmək mümkün deyil. TƏHDİT-1: Çeçenistanın rəhbəri Ramzan Kadırov bəlkə də ilk ölkə olaraq Rusiyaya dəstək çıxdı: “Türkiyə etdiyi hərəkətə görəpeşman olacaq. Mən zərrə qədər də şübhə etmirəm ki, Türkiyə etdiyi əməldən hələ çox peşman olacaq. Hər fürsətdə dostluq və əməkdaşlıqdan danışanlar belə məkrli hərəkət etmirlər.Çeçen Respublikası və bütün çeçen xalqı Rusiya prezidenti Vladimir Putinin istənilən əmrini yerinə yetirməyə hazırdır”. TƏHDİT -2: Şimali Koreya rəhbərliyi də  Türkiyəni hədədləyənlər sırasında yer alıb. Şimali Koreya lideri Kim Çen İn bildirib ki, əgər Türkiyə Suriyanı bombalasa o Türkiyəni yer üzündən siləcək. O, Türkiyəyə atom bombası atacağını bildirib.Bunlar sadəcə kiçik misal, hələ daha hansı ölkələr təhditə əl atıb, bunu yazmaqla bitməz. Ancaq təhditlə məsələni bu qədər dərinliklərə götürməyin bir mənası da yoxdur. Ən azından təhdit edən qüvvə dəstəklədiyi ölkənin, loru dildə desək, ayıbına kor olmağı da bacarmalıdır. Təsəvvür edin ki, bütün dünya müsəlman ölkələrində gün ərzində baş verən hadisələrdən yazır, ölü sayı artıq bilinmir, ancaq Rusiya bir pilotun ölümü üçün(hətta həmin pilot bilərərkdən sərhədi pozduğu üçün ölümə məhkum olunacağını bildiyi halda sərhədi pozub) az qala bütün dünyanı səfərbərliyə alır. Yəni Putin kimi ağıllı bir siyasətçinin bu qədər haqsızlığa getməsi, müsəlman ölümünü heçə sayması nə dərəcə əxlaqa, qanuna sığar?! SƏRHƏD POZULMASI: XƏBƏRDARLIQ, YOXSA EŞİTMƏZLİKDƏN GƏLMƏ İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) əməkdaşı Can Kasapoğlunun fikrincə,  Rusiyanın SU-24 hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması  hər iki ölkə araslında olan münasibətləri gərginləşdirəcək: “Rusiya münasibətləri gərginləşdirməyi seçərsə, diplomatik cəhdlərlə yanaşı hərbi davranışlar da sərgiləyə bilər. Ancaq Türkiyənin hava məkanının pozulmasının NATO-nun hava məkanının pozulması anlamına gəlir. NATO-nun şərq qanadı, yəni Baltik ölkələrinin hava məkanı davamlı şəkildə Rusiya tərəfindən pozulur. NATO eyni hadisələrin cənub qanadında, yəni Türkiyə üzərində baş verməsinə icazə verməyəcək. NATO bunun üçün hava hücumundan müdafiə sistemini gücləndirə, Türkiyədə daha çox təyyarə yerləşdirə bilər”. Politoloqların fikrincə, məsələni daha çox dərinləşdirən Rusiya tərəfin “xəbərlıq olunmadan atəş açılıb” fikrini təkidlə irəli sürməsidir. Məhz bu fikirdən sonra Türkiyə tərəfə xəbərdarlıq olunan anın videosunu paylaşaraq bütün dünyaya sübut etdi. Və yenə də eyni təkid davam etdiyi zaman hadisənin şahidi olan Hollandiyalı pilot danışdı, hətta şahidlik etdi. Bu çox önəmli məqamdır. Hər təkidə qarşı deyiləcək söz olur, hətta bu proses sübut şəkildə ortaya şıxır.Belə ki, Türkiyənin hava məkanına girən rus təyyarəsinin vurulduğu anda bölgədə olan hollandiyalı bir mülki pilot edilən xəbərdarlıqları təsdiqləyib. Rus təyyarəsinin vurulduğu anda həmin ərazidən keçən bir hollandiyalı mülki pilot Türkiyə tərəfinin xəbərdarlıqlarını eşitdiyini, amma rus pilotların çağırışa cavab vermədiklərini söyləyib: “Biz ərazidən keçdiyimiz zamanı fövqəladə tezliklə Türkiyə Hərbi Hava Qüvvələrinin xəbərdarlığını eşitdik. Türkiyənin hava sahəsinə girmək üzrə olan təyyarəyə onlarla dəfə türklər tərəfindən xəbərdarlıq olundu. Amma ruslar bir dəfə belə olsun cavab vermədilər”. Baş verən hadisədən sonra uçuşu normal şəkildə davam etdiklərini söyləyən pilot F16-ların Suriya tərəfinə keçmədiyini də bildirib.  Eyni zamanda radarda görməsə belə rus təyyarəsinin Türkiyənin hava məkanında vurulduğundan əmin olduğunu vurğulayaraq "türklərin əlaqə qurmaq üçün göstərdikləri səydə naqislik yox idi" deyə söyləyib. Sübutlar ortaya çıxınca vəziyyət daha da mürəkkəbləşdi deyəsən. Artıq Rusiya fərqli üsullara əl atmağa başlayıb ki, hazırda yenə də dünya sanki dəhşətli bir hadisə olacağını gözləyirmiş  kimi Rusiyanın hansı qərar verəcəcyini gözləyir.Dediyimiz kimi, bəlkə Putin təhdit etməyi sevir, ola bilir, ancaq o, dövlət başçısıs kimi kifayət qədər ağıllı siyasətçidir. Bu baxımdan hər hansı bir zərər mövzu ola bilməz. Hətta hər iki ölkə arasında bir il ərzində baş verən müxtəlif hadisələrə baxmayaraq hər iki ölkə qarşılıqlı anlaşma şəklində qaldığı yerdən davam etmək məcburiyyətindədir...    

Dekabr 20, 2016 2:26

Vətəndaş mövqeyi…

Zənnimcə Vətəndaş deyərkən, sözün əsas kökü-VƏTƏN- mövzunu tamamilə açmağa kömək edir. Hər şey elə Vətəndən başlayır. Dünyaya göz açdığımız torpaq, hər qarışına sahib çıxdığımız, qoruduğumuz, çörəyini yediyimiz məmləkət, ulularımızın uyuduğu Ana TORPAQ...Bu, düşündüklərimizdi, əslində isə torpaqlarımıza sahib çıxa bilmədik, ulularımızın uyuduğu məzarları qoruya bilmədik, bir sözlə, çörəyini yeyib, suyunu içdiyimiz, üzərində addımladığımız torpaqlarımıza XƏYANƏT etdik...Tarix boyu dəfələrlə təzyiqlərə məruz qalaraq hissə-hissə bölünən Azərbaycan torpaqları sonuncu dəfə XX əsrin sonlarında eyni acını yaşadı. Əgər nəzərə alsaq ki, sonuncu dəfə Azərbaycan müstəqillik uğrunda mübarizə apararkən torpaqlarını itirdi, buna bir qədər inanmaq çətindir. Əvvəla ona görə ki, SSRİ deyilən birlik yarandığı gündən dağılma planları ilə üz-üzə qalmışdı və nəticə etibarilə də bu hadisə M.S.Qorbaçovun hakimiyyətə gəlişi ilə baş tutdu. 70 illik planın son 30 ildə üzərində geniş işlənən bölümü deyəsən işə yaramışdı. Eyni vaxtda başı əcnəbi ölkələrdə oyunlara qarışan, birliyi başlı-başına buraxan (bəlkə də bilərəkdən) rəhbərlik sonunun çatdığının fərqindəydi. Onsuzda bu böyük bir siyasi oyun idi və siyasi oyunlar da daima tarixdə geniş yer tutmaqla yanaşı, eyni zamanda qarışıqlıq yaratmaq gücündə olur. SSRİ-nin dağıldığı, respublikaların son məqamda müstəqillik uğrunda mübarizəyə atıldığı dövr XAOS dövr olaraq tarixə yazıldı... Bəlkə yanlış bir dövrdə dünyaya göz açdıq, bəlkə qismətinə iki dövrü yaşamaq düşən ən bəxtəvər insanlarıq, bəlkə...bəlkələr çox olsa da bu suallara cavab tapmaq çox çətindir. Rejissor Rasim Ocaqovun maraqlı bir sözü var: “Narahat olmayın, hər əsrin ilk 75 ili çətin olur, sonra hər şey yaxşı olacaq”...Bu da o deməkdir ki, hələ qarşıda dözməyə məcbur qaldığımız illər var, biz sözlə, dünyanın düzələcəyini bəlkə gələcək nəsillər görə bilər, ancaq bu da bir ehtimaldır... Xatırladaq ki, vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunub. Həmin maddədə də göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Ekspertlərin fikrincə, son illərdə ölkə vətəndaşlığından çıxanların sayı çoxluq təşkil edir. Və əlbəttə ki, bunun müəyyən səbəbləri var. Maddi durumun aşağı olması, xarici vətəndaşla ailə qurmaq və ya daha üstün səviyyədə yaşayan ölkələrdə yaşamaq meyli  və s. kimi səbəblər var. Ancaq səbəb nə olursun, kimsə deyə bilməz ki, dünyaya göz açdığı ölkəni tərk etmək asan işdir. Yəni, belə ciddi məsələlərdə kor-koranə qərar vermək mümkün olan iş deyil. Çünki ölkə vətəndaşlığından çıxmaq və başqa bir ölkənin vətəndaşlığını almaq da uzun prosesdir. Bundan başqa  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərdən sonra qanunun 10-cu maddəsinə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanunun tələbini pozan şəxsləri isə iki ilə qədər həbs cəzası gözləyir. Yəni, bütün bunlardan sonra belə bir nəticəyə gəlmək olar ki, insanoğlu məcburiyyət hiss etmədikdən sonra ölkəsini tərk etmək fikrinə düşə bilməz. Önəmli olan odur ki, ölkə vətəndaşı öz ölkəsində insan kimi yaşasın, insanlığ üçün olan bütün imkanlardan istifadə edə bilsin və ən önəmlisi bir parça çörək üçün kimsəyə möhtac olmasın. Əks halda, yəni, bir tikə çörəyə möhtac olan, gecəsini gündüzə qatıb çalışan, haqqı tapdansa belə yorulmadan çalışan insanımızı nə müstəqillik, nə itirilən torpaqlar, nə də sadəcə bir qrup insanların insan kimi yaşadığı bu ölkə maraqlandırmaz...Deyəsən artıq “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarının yüksək səslə səslənməsinin tam vaxtıdır. İnanıram ki, məhz həmin SƏS insanlarımızı yenidən bir araya gətirə bilər.Axı Azərbaycan adlı bu ölkə hamımızındır?!...    

Sentyabr 21, 2016 2:12

Kasıbın balası darda, varlının balası harda?!..

I YAZI Əslində kasıb-varlı deyə bir şey yoxdur, çünki nəticə etibarilə insanoğlu bu dünyaya heç nəsiz (lüt-üryan desək, bəlkə daha yaxşı çıxar) gəlib, heç nəsiz də gedir. Yəni, atalarımızın dediyi kimi, dünyanın malı elə dünyada qalır. Belə olan halda hansı varlı-kasıb söhbəti ola bilər ki?! Bütün bunlar haqlı fikirlər, ancaq həyatın bir həqiqəti də var ki, prinsip etibarilə həmin həqiqət qaçınılmaz olaraq qalır. 50-70, bəlkə daha artıq ömrü yaşamaq məcburiyyətində qalan insanoğlu bu illər ərzində dövləti, milləti üçün çalışdığı kimi, ailəsi üçün də çalışıb maddi çətinliklərdən çıxmaq məharətini göstərməlidir. Sual ola bilər ki, yaşanan ömür niyə məcburiyyət olsun? Bu sualın cavabı mövzumuzun istiqamətini bir qədər uzaqlara götürə bilər, çünki suaalın cavabı dərinliklərdə-həyatınn fəlsəfəsində. Bu baxımdan sadəcə qısa cavab verməklə kifaayətlənmək istərdim-Allahın istəyi ilə yaranan bu həyat qaçınılmaz olduğu kimi, insanoğluna verilən ömür də bir məcburiyyərtdir. İstədik-istəmədik bu ömrü yaşamalıyıq. Mətləbdən uzaqlaşmayaq...2016-cı il başladığı zaman hamı qənaət rejiminə olan keçid üzərində kökləndiyi üçün qarşıda bizləri nə gözlədiyindən xəbərsiz halda çörək dalınca düşdük. Bu fikir bir qədər loru dildə çıxsa da, o da bir həqiqətdir ki, həyatımız boyunca elə çörək dalınca qaçırıq. Necə deyərlər, yaşamaq üçün yemək və ya yemək üçün yaşamaq. Bu da bir qədər mübahisəli fikir olaraq qalır. Uzun sözün qısası, çörək dalınca düşə-düşə, qonşudan, qohumdan uzaq düşdük, çağrılan dəvətlərdən boyun qaçırdıq, süfrə başında oturarkən bir tikə çörəyi belə qorxu altında yeyər olduq. Halal süfrə dediyimiz o bərəkətli söz zamanla şifahi danışıq dilimizdən uzaq düşdü. Əslində bir tikə çörək üçün gecəsini gündüzə qatan kasıb yazıq, elə yenə də halal süfrə arxasında oturur, ancaq onu belə itirəcəyindən qorxur. İnsanlarımız qorxaqlığamı alışdı, ya bəlkə qorxaqlıq bizlərə alışdı, onu tam əminliklə demək çətindir, ancaq bir tək bildiyimiz var, zaman artıq həsrətində olduğumuz, bəlkə arzulayaraq görmək istədiyimiz zaman deyil. Zaman güclü-gücsüz zamanıdır. Kasıb sözü də artıq tamamilə arxa plana keçib. Var “qoçular” və “yazıqlar”...Ancaq hər ikisi də gördüyünüz kimi dırnaq arasında olanlardı. Çünki nə “qoçu” bildiyimiz qoçulardan deyil, nə də “yazıq” o yazıqlardan deyil. Bir qədər də açsaq, hazırda pulun gücünə güvənərərk “qoçu”luq edənlər  olduğu kimi, maddi çətinlikdən “yazıq”laşanlar var. Məsələnin daha qəliz bir tərəfi var. Bildiyiniz kimi son illərdə müsəlman ölkələrində olan haqsız müharibələrə görə şəhitlərin sayı bilinməz olub. Qonşu Türkiyəda baş verənlər, Suriya torpaqlarındakı faciə, elə öz ölkəmizin illərdir erməni işğalçıları  tərəfindən çəktikləri və s. kimi məqamlar var ki, günlər keçdikcə daha da sanki kor düyünlə dolanmaqdadır. Və bütün bu məqamlarda da elə bütün zərbələrdən sadəcə kasıb təbəqə əziyyət çəkir. Qaçqınlar içində belə pulu olanlar o an problemlərini həll etdilər, ancaq minlərlə qaçqınlar qışın soyuq aylarında son çarə olaraq sığındıqları sularda məhv oldular. Savaş meydanında da eyni şeylər təkrar olundu. Şəhitlərin hamısı kasıbın balaları...Sözün bitdiyi yer olsa da bəzi məqamlara aydınlıq gətirməmək günah olardı. Necə olur ki, mənsub olduğun ölkənin, millətin sərvətlərindən söz düşəndə yalançı vətənpərvərlər meydanda olur, ancaq mövzu torpaq uğrunda döyüşdürsə, o zaman kasıbın balası meydanda tək olduğunu anlayır. Necə olur ki, yağı, balı, qaymağı varlı balası yeyir, kasıb çəkdiyi zəhmətin sayəsində bir tikə çörək tapanda sevinir. Necə olur ki, varlının balası ipək yorğan-döşəkdə, dayələrin əhatəsində, barmağının ucuna iynə batsa(misal üçün) ölkənin ən güclü həkimlərinin nəzarətində böyüyür, ancaq kasıb balası evin damından yağan yağışın islatdığı nimdaş yataqda bir qarnı ac, bir qarnı tox ağlayaraq yuxuya gedir, xəstələndiyi zaman isə(onsuzda belə yaşayış tərzində sağlam olmaq mümkün deyil) qiymətləri od tutub yanan xəstəxanaya belə gedə bilmir, getsə nə xeyri, pulsuz xəstəyə baxan kimdir ki?! Kimə şikayət etsin bu kasıb, kimə dərdini desin? Dünyanın bu haqsızlığı qarşısında kiminsə söyləyəcək hər hansı bir fikri var görəsən? Ancaq çox xahiş edirəm heç kim deməsin: HESAB GÜNÜ var...Gəlin o biri dünyanın işinə qarışmayaq, hər şeyin hesabı bu dünyada olmalıdır. Axı, kasıbın balası darda, bəs varlının balası harda?!        

İyun 22, 2016 3:03

Qaçqın və köçkünlərlə bağlı hüquqi sənədlər

Ölkəmizdə 1000 000-ə yaxın qaçqın və məcburi köçkün vardır ki, bu da respublika əhalisinin 12%-ni təşkil edir. Baş vermiş münaqişədən illər keçməsinə baxmayaraq hələ də məcburi köçkünlərin yaşayış şəraitiylə bağlı problemlər mövcuddur. Belə ki, məcburi köçkünlərin əksəriyyəti hələ də yararsız yerlərdə yaşayır. Artıq qaçqın və məcburi köçkünlər arasında xeyli yeni ailələr yaranıb ki, onların da ayrıca olaraq yerləşdirilməsi problemə çevrilib. "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanunda qaçqın və ya məcburi statusunu alan şəxsə müəyyən edilən qaydada bəzi təminatlar verilir. Təminatlara görə qaçqın və ya məcburi köçkünlər iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılan yerlərdə, lakin ən çoxu üç ay müddətində haqq ödəmədən yaşaya bilər. Haqq ödəmədən müvəqqəti yaşayış yerinə gedə və əmlakını aparmaq hüququ var. Yeri gəlmişkən, ölkə başçısının 2005-ci il 1 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, yaradılmış milli qanunvericilikdə qaçqınların və məcburi köçkünlərin aşağıdakı imtiyazları təsbit edilib. “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər, lakin onlar siyasi mənada «qaçqın» statusunu və öz ölkələrinə qayıtmaq hüququnu saxlayırlar, mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar, Təhsil Nazirliyinin 2004-cü il kollegiya qərarına əsasən Ermənistandan olan, 1988-1992-ci illərdə anadan olmuş qaçqınlar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar. Ölkə başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Onu da qeyd edək ki, ölkəmiz müstəqillik qazandıqdan sonra 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edildi və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açıldı. BMT ilə əməkdaşlığın ilk günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışdı. qaçqın və köçkünlərlə bağlı  bir çox normativ hüquqi sənədlər qəbul olunub. Belə ki, 1992-2012-ci illər ərzində məcburi köçkünlərin hüquqlarını müdafiə üçün 23 qanun, 44 prezident fərman və sərəncamları və Nazirlər Kabinetinin 195 qərar və sərəncamı qəbul olunub. Bu sənədlər sırasında ilk addım 1992-ci il sentyabrın 29-da qəbul edilən "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanundur. Qanunda  Azərbaycan ərazisində qaçqınların və məcburi köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edirdi.  Xatırladaq ki, 7 il qüvvədə olan qanun 1999-cu ilin mayın 21-də yenilənərək eyni adlı qanunla əvəz olundu. Hətta sonralar qanuna bir neçə dəfə əlavələr  və dəyişiklik olunub. Məsələn, 1992-ci ildə qəbul edilən birinci qanun cəmi 12 maddədən ibarətdi, ancaq ikinci qanunda maddələrin sayı 21-ə çatdırıldı. Qeyd edək ki, ilk qanunun qəbulundan sonra Azərbaycan dövləti 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu haqqında konvensiyasına da qoşuldu. 1995-ci ildə isə Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasi haqqında Əsasnamə qəbul edildi. Komissiya xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan Azərbaycana daxil olan humanitar yardımın qəbul edilməsi, uçotun aparılması, saxlanılması, bölüşdürülməsi və bu sahədə zəruri olan digər işlərin təşkil edilməsi məqsədi ilə yaradıldı. Ölkə başçısının  imzaladığı sərəncamda bununla bağlı deyilir ki, komissiya adambaşına düşən müvafiq humanitar yardım normalarının müəyyən edilməsi və həmin normaların təsdiq edilməsi barəsində Azərbaycan Nazirlər Kabinetinə təkliflər verir, həmin normalara müvafiq humanitar yardımın bölüşdürülməsinə nəzarəti təşkil edir. Bundan başqa ölkəmizə humanitar və texniki yardımın gətirilməsi və həmin yardımın ayrı-ayrı bölgələrə təyinatı üzrə çatdırılması üçün nəqledilmə məsələlərinə dair müvafiq dövlət orqanlarına təkliflər verir və bu məsələlərin həllində iştirak edir. Son olaraq qeyd edək ki, ölkəmizdə məcburi köçkünlərin vətəndaşların mülkiyyətində olan mənzillərində yaşaması problemi hələ də qalır. Ekspertlərin fikrincə, dövlət həmin məcburi köçkünləri mənzillərdən çıxararkən onların da hüquqlarını qorumalıdır. Mənzillərdən çıxarılarkən məcburi köçkünlərin hüquqlarını pozmaq olmaz. Onlar yaşadığı mühitə yaxın, ona uyğun mühitə köçürülməlidir. Başqalarının mənzillərində məskunlaşan məcburi köçkünləri birdən-birə çıxarmaq da olmaz, məhz bunun üçün müvafiq Dövlət Proqramının olması vacibdir.  

İyun 8, 2016 3:59

Gözdən əlillərin problemləri…

Azərbaycanda fiziki qüsurlu, xüsusilə də görmə qabiliyyəti zəif olan və ya gözlərinin nurunu itirmiş insanların problemləri istiqamətində bir çox işlər görülsə də hələ problemlər tam olaraq öz həllini tapa  bilmir. Ölkə olaraq dünya ölkələrinin təcrübəsindən isifadə edilsə də, insanlarımızızn rahat yaşaması üçün lazım olan bütün şərait yaradılsa da gözdən əlil insanlar bu şəraitdən yararlanmaqda əziyyət çəkirlər. Bu da o deməkdir ki, gözdən əlillərin daha çox diqqətə ehtiyacları var. Əslində Azərbaycanda gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsi istiqaqmətində bir çox işlər görülsə də onların cəmiyyətə inteqrasiyası üçün daha çox iş görülməlidir. Ekspertlərin fikrincə, gözdən əlil insanların cəmiyyətə inteqrasiyası üçün onların bacarıq və qabiliyyətləri inkişaf etdirilməlidir. Belə ki, hazırda boş iş yerlərinə qəbullar çox vaxt qeyri-leqal aparılır. Əksər hallarda isə həmin yerlərin tutulmasında əlillərə sağlam insanlarla yanaşı bərabər imkanlar yaradılmır. Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Xüsusilə də, gözdən əlillərin informasiya ilə təmin olunması və müasir texnologiyalardan istifadə imkanları çox zəifdir. Əksər ölkələrdə bu təbəqədən olan insanlar üçün xüsusi televiziya proqramları hazırlansa da, çox təəssüf ki, ölkəmizdə belə verilişlər yoxdur. Əslində əlillərə cəmiyyətin digər üzvləri kimi təhsil almaq və peşə bacarıqlarını artırmaq üçün şərait yaradılmalıdır. Ekspertlər onu da qeyd edirlər ki, ölkəmizdə gözdən əlillərin problemləri ilə məşğul olan kifayət qədər mütəxəssis yoxdur. Bu isə vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir. Əlil arabaları ilə hərəkət etmək üçün yaşayış binaları və səkilərdə müvafiq yerlər nəzərdə tutulmur. Bu problemin həlli üçün xüsusi dövlət proqramının hazırlanıb həyata keçirilməsinə ehtiyac var. Qeyd edək ki, bu günədək Azərbaycanda ayrı-ayrı təbəqədən olan əlil insanlar barədə ayrıca məlumat bankı yaradılmayıb. Dövlət Statistika Komitəsi indiyədək bu məsələyə kifayət qədər diqqət yetirməyib. Belə məlumat bazasının olmaması isə əlillərin sosial problemlərinin həlli üçün layihələrin həyata keçirilməsinə maneələr yaradır. Yeri gəlmişkən, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bir  az əvvələ qayıtsaq o zaman görərik ki, hələ 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalandı. Həmin layihə üç mərhələdə həyata keçirilib. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarının müəyyən edilməsi, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaq nəzərdə tutulurdu. Sonrakı mərhələlərdə audio-kitabxanalar, təlim mərkəzləri yaradıldı, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası yaradıldı. Bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli audiokitabların bərpası, internetə çıxış, informasiya-texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompyuter mərkəzi yaradıldı. Hazırda burada Brayl şriftləri ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitab, kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Eyni zamanda, musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək olur. Hətta həmin texnologiyalarla işləməyi öyrədən mütəxəssislər də kifayət qədərdir. Son illərdə İKT-dən gözdən əlillərin istifadəsi regionlarda da reallaşmaq üzrədir. Artıq Gəncə şəhərində də resurs mərkəzinin açılması nəzərdə tutulub. Artıq burada müəyyən işlər görülüb, layihə sənədləri hazırlanıb, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdir. Müasir standartlara cavab verən bu mərkəzdə də gözdən əlillərin informasiya texnologiyalarından istifadəsi reallaşacaq. Naxçıvan şəhərində də belə bir mərkəzin yaradılması istiqamətində işlər gedir. Bütün bunlar bir daha sübut edir ki, prpblemlər nə qədər çox olsa da problemlərin həlli yollarında bir çox işlər görülür. Bu baxımdan əlil insanlara böyük diqqət var. 2005-ci ildən Heydər Əliyev Fondunun başladığı bu xeyirxah iş bu gün də yüksək səviyyədə davam etməkdədir. Yaxın gələcəkdə digər bölgələrdə də belə mərkəzlər yaradılacaq və bu da gözdən əlil insanların informasiya təminatının reallaşmasına imkan yaradacaq. Son illərdə gözdən əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə inteqrasiyasında böyük irəliləyişlər baş verir. Gözdən əlil insanın kompyuterdən istifadə etməsi, istənilən məlumat əldə etməsi, bir sözlə, cəmiyyətdə lazımlı adama çevrilməsi sevindirici haldır.  Artıq İKT ölkədə prioritet sahə elan olunub. Gözdən əlillərin də informasiya texnologiyalarından bəhrələnməsi məhz ölkəmizdə bu istiqamətdə aparılan genişmiqyaslı işlərin nəticəsidir. Hazırda kompyuter texnologiyalarından istifadə etməyi bacaran gözdən əlillər üçün rabitə kursları təşkil edilib. Bunun mahiyyəti ondan ibarətdir ki, həmin insanlar artıq işlə təmin olunacaqlar və onlar rabitə sistemində fəaliyyət göstərəcəklər. Bu layihəyə uyğun olaraq hər il həmin kursları 20-25 nəfər bitirərək işə göndərilirlər. Təbii ki, əlillərin əmək bazarına inteqrasiya olunmasında onların informasiya texnologiyalarına yiyələnmələrinin çox əhəmiyyətli rolu vardır. Azərbaycandakı 30-40 min gözdən əlilin də bu texnologiyalara yiyələnməsi istiqamətində aparılan işlərin, həyata keçirilən layihələrin də əsasında məhz bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək durur. Gözdən Əlillər Cəmiyyəti də dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmlətmək məqsədilə yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü iş aparır. Son olaraq qeyd edək ki, Azərbaycanda 320 000 əlilin 35 000 nəfəri kor və görmə qabiliyyəti zəif olan insanlardır. Onlar fiziki baxımdan qüsurlu olsalar da, həyata baxışlarına görə sağlam insanlardan heç də geridə qalmırlar, əksinə, fikizi cəhətdən məhdudluq onları mənəvi cəhətdən daha güclü edir.                

May 26, 2016 3:35

“Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında”…

Son illərdə ölkəmizdə demoqrafik göstəricilərdə də artım müşahidə olunur. Bu da o deməkdir ki, son 10 il ərzində əhali 1 milyon nəfər artıb. Ölkədə əhalinin artım indeksi müsbətdir. Digər ölkələrdə isə  məsələn, Rusiya Federasiyasında bu rəqəm mənfidir. Gürcüstanda əhalinin artım indeksi son zamanlar mənfiyə doğru gedir, yəni orada da əhalinin sayının artması müşahidə olunmur. Ümumiyyətlə götürdükdə isə  Qafqazda təbii artım zəifdir. Ekspert Vüqar Bayramlının fikrincə, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsinə çatdırılması olduqca vacibdir: “Aydındır ki, indi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu kimi eyni deyil. Bunun kifayət qədər obyektiv və psixiloji səbəbləri var.  Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlar ilə yanaşı psixiloji və zamanla dəyişən dəyərlər də təbii artımın aşağı düşməsində az rol oynamır. Təbii ki, bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq daha çox işçi qüvvəsi anlamına gəlirdisə, indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların  sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır”.  Aparılan araşdırmalar nəticəsində belə məlum olub ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə,  1999-cu ilin əhalinin siyahıya alınması zamanı 1 uşaqlı  ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub. 2009-cu ildə əhalinin siyahıya alınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı  ailələr 529 000 (40,3%), 3 uşaqlı  ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%). Xatırladaq ki, “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsində belə ailələr üçün nəzərdə tutulan güzəştlər var.   Qanun layihəsinə əsasən, təhsil və səhiyyə xidmətləri ilə bağlı güzəştlər dərman ləvazimatlarının əldə olunmasında güzəştlərin tətbiq olunması, yəni müvafiq kompensasiyaların verilməsi, eyni zamanda məktəb formasının əldə olunması üçün dövlət tərəfindən həmin ailələrə kompensasiyaların ödənilməsi kimi müddəaları əhatə edir. Yeri gəlmişkən, çoxuşaqlı ailələrdə anaların analıq məzuniyyətinə çıxdığı hallarda məzuniyyət müddətinin uzadılması da təklif olunur. Amma hələlik bu müddətin nə qədər olacağı müzakirə edilir. Belə anaların analıq məzuniyyətində olduğu müddət də əmək stajı kimi sayılacaq. Onu da qeyd edək ki, qanun layihəsinin hazırlanması zamanı bir sıra Avropa ölkələrində demoqrafiyanın inkişafı ilə bağlı icra olunan proqramların təcrübəsindən istifadə edilib. Belə ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət nisbətən sabitdir. Amma əhalinin sosial müdafiəsinin təmin olunması, o cümlədən demoqrafik proseslərin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər sırasında bu qanun müstəsna rol oynayır. Xatırladaq ki, “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun qəbul edilsə, ondan uşaqların sayı 18-i keçməyən 3 və daha uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək. Bundan başqa, qanun layihəsində “Qəhrəman ana” anlayışı da nəzərdə tutulub – bu ad 5 və daha artıq uşağı olan qadınlara veriləcək. Bundan başqa sənəddə qanunun gətirəcəyi üstünlüklərdən sui-istifadənin qarşısını almaq da nəzərdə tutulur. Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamenti dünya əhalisinin artım və azalma tempi ilə bağlı geniş təhlil aparıb. Həmin təhlillərdə illər üzrə dünya ölkələrinin artım və azalma tepmi göstərilib. Hesabata görə, Azərbaycanda əhalinin sayı 2050-ci ildə 10 milyon 942 min, 2100-ci ildə isə 10 milyon 324 min nəfər olacağı proqnozlaşdırılır. BMT-nin rəqəmləri dövlət qurumlarından fərqli olaraq, Azərbaycanda əhalinin sayının azalacağını göstərir. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”na əsasən, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi  və s. üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub...  

May 20, 2016 3:46

31 mart 1909-cu il üsyanı olmasaydı…

“Qəhrəman doğulmur, zaman qəhrəmanı yetişdirir” deyimi ilə müəyyən mənada razılaşmaq olar. Ancaq nə olur olsun qəhrəmanın doğulduğu mühitdən çox şey asılıdır. Əgər ailə dünyaya gətirdiyi körpəsinə qəhrəmanlıq ruhu aşılamırsa o zaman irəli zamanlarda bu uşaq qəhrəmanlıq iddiasında necə ola bilər və yaxud əksinə qəhrəmanlara necə sitayiş edə bilər, özünü onlara necə bənzədə bilər?! Deməli hər şey ailədən başlayır, sonra mühit, çevrə öz rolunu təhvil alır.…Ulu öndər Mustafa Kamalın dünyaya gəlişi və uşaq yaşlarında  dünyasını dəyişmiş əmisinin adını daşıması bir təsadüf ola bilməzdi. Uşaqlıq illərindən səmimiyyəti, dürüstrlüyü, çevikliyi, sülhsevərliyilə yaşıdlarından seçilən Mustafa hərb sənətini çox sevirdi. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri mütaliə etməkdən bezməzdi-Türk hökmdarları Alp Ər Tunqa, Osman Qazi, Mətə, Atilla, Bilgə Xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhəmməd kimi qəhrəmanların həyatı onun üçün örnək idi.Bəhs etdiyimiz qəhrəmanların həyatı ilə tanış olduqca təbii ki, özünü onların davamçısı olaraq xəyal edirdi. Yaxşı deyiblər: Allah qismət etmədiyi heç bir şeyi insanın xəyalına gətirməz. Xəyal gücünə inanan insan doğru yol ilə addımlayırsa əvvəl-axır istəyinə nail olur. Mustafa Kamal uzun, ancaq şərəfli bir yol qət edəcəyinə əmin idi.31 mart 1909-cu il üsyanı olmasaydı, yəqin ki, 33 illik Əbdülhamid diktaturasına son qoyula bilməzdi. Konstitusiyalı monarxiyanı meydana gətirən Əbdulhamid diktaturasına qarşı çıxaraq qələbə qazansa da sonrakı prosesdə hadisələri taleyin qismətinə buraxdılar, çünki dəqiq proqramları yox idi ki, fəaliyyətlərini davam etdirsinlər. Bu gənc nəsllə eyni yolu addımlayan bir zabit vardı ki, o hər zaman “Əsgərliklə siyasət birlikdə getməz. Ordu savadsız, ləyaqətsiz, şərəfsiz zabitlərdən təmizlənməlidir. Türkiyənin yeni və modern bir dövlətə ehtiyacı var. Demokratik bir cəmiyyətdə Türkiyənin bütün sosial məsələlərini həll etmək olar”. deyirdi. Marşalların cahilliklərini tənqidi dillə üzlərinə vuran bu gənc  zabit Mustafa Kamal idi. Mustafanın zəkası, düşüncə tərzi ətrafını qorxutduğu üçün qəsdən və tez-tez onun iş yeri dəyişdirilirdi.  Sonuncu iş yeri Sofiya idi-yazı işlərinə məhkum edilir. Buna baxmayaraq gənc zabit Osmanlı dövlətinin çürüklüyünü ifşa etməkdən, yeni ruhlu bir dövlətin yaranmasının vacib olması haqqında olan fikirlərini yaymaqdan çəkinmirdi.  Əslində Mustafa Kamal günün birində Türkiyənin inkişafında rolu olacağını sanki əvvəlcədən hiss edirdi.1918-ci ilin əvvəllərində Türkiyə Almaniyanın tərəfindən müharibəyə hazırlaşırdı. Mustafa Kamal bu müharibənin ölkəsi üçün fəlakətlə nəticələnəcəyini bildiyi üçün Türkiyəni müharibəyə girməməyə çağırırdı. Gənc zabitin sözlərinə önəm verən yox idi, ancaq onun uzaqgörənliyini Çanaqqala müharibəsi isbat etdi. Türkiyə müharibədə hər şeyini itirdi. Ölkə acınacaqlı günlərini yaşayırdı, insanların ümidləri qalmamışdı, bir tək insan qələbəyə inanırdı-Çanaqqala müharibəsinin komandanı Mustafa Kamal.12 may 1919-cu il…Mustafa Kamal 19 nəfərlik kiçik bir dəstəylə Samsuna girdi və bundan sonrakı olaylar artıq bir möcüzə idi-Mustafa Kamal möcüzəsi.“Ya istiqlal, ya ölüm” şüarı ilə savaşa girən milli-azadlıq hərəkatı 1923-cü ilin payızında böyük qələbəni qan bahasına –Qazandı…Həmin gün Ankara Türkiyə dövlətinin hökumət mərkəzi oldu, Türkiyə cümhuriyyət elan edildi. Mustafa Kamal Türkiyə Cumhuriyyətinin ilk cümhurbaşkanı seçildi.1934-cü ildə çağırılmış Böyük Millət Məclisinin iclasında Mustafa Kamal paşanın vətən və türk xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq və əlbəttə ki, türk xalqının iradəsini ifadə edərək ona ATATÜRK soyadı verilir.O, əcnəbi qəzetlərə verdiyi müsahibəsində “Allah məni Türkiyəni bəladan qurtarmağa məmur etdi” deyir və bu həqiqətən də belə idi…Azərbaycanın 70 il SSRİ-nin tərkibində olması və Rusiyanın əsarətini yaşamasının nəticəsi olaraq mənsub olduğu türk millətindən xəbərsiz olması yaşanmış bir keçmişdir.Azərbaycanda özünəqayıdış, sözün həqiqi mənasında atatürkçülüyün təbliği  90-cı illərin ortalarından başlayıb. Belə ki, Atarürkün dövlət quruculuğu təcrübəsindən müstəqil Azərbaycan dövlətinin qurulmaq prosesində geniş istifadə olunub.Mustafa Kamal Atatürk sözün həqiqi mənasında bir əsgər idi, vətəninin müstəqilliyi uğrunda savaşan bir əsgər…O uzun illər məhz cəbhələrdə mübarizə aparmış, özünün hərbi-strateji qüdrətini dəfələrlə nümayiş etdirib. Atatürk  milli müstəqilliyin davamlı olmasının əsas qarantının ordu, əsgər olması trəfdarı idi. Buna görə də ordunun şərəfli insanlardan ibarət olmasını başlıca şərt sayırdı. Bildiyimiz kimi XX əsrin əvvəllərində dünya ölkələri  müharibə içərisində çalxalanıb. Məhz həmin illərdə öz müstəqilliyini elan etmiş ölkələrin əksəriyyəti, o cümlədən Azərbaycan Cümhuriyyəti mütəşəkkil orduya malik olmadığına görə uzun müddət yaşaya bilmədi və xarici müdaxilə- daxili münaqişələrin təzyiqi altında süqut etdi.Tarixin təcrübəsi göstərir ki, ordu hər bir ölkənin təkcə fiziki gücünü deyil, eyni zamanda mənəvi gücünü, idarəçilik intizamını da təmin edir.Mustafa Kamal  Türkiyə Cümhuriyyətini bir hərbi- siyasi xadim olaraq qursa da, fəaliyyətinin sonrakı illərində elmin, mədəniyyətin, milli ictimai şüurun inkişafına və bütün bunlara nail olmaq üçün təhsilə xüsusilə diqqət ayırdı. Atatürk bütün dünyaya sübut etdi ki, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə də cümhuriyyət qurmaq, demokratik yolla getmək mümkündür. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək öz xalqını daha da yüksəkliklərə qaldırmağı bacardı.Türkiyə Cümhuriyyətinin bu gün mövcudluğu, günü-gündən inkişaf etməsi bir çox şərtlərlə yanaşı, həm də əsaslı dərəcədə onun xarici siyasi kursu ilə bağlıdır. Bu siyasət Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplər üzərində bərqərar olmuş, Türkiyəyə dünyəvi dövlət imici qazanıbdır.Atatürkün xarici siyasətində duran başlıca prinsiplər: “milli  bir dövlət qurmaq”, “tam müstəqillik”, “məzlum millətlər”ə örnək olmaqdan ibarət idi. Onu da qeyd edək ki, haqqında bəhs etdiyimiz siyasət yalnız cümhuriyyət qurulduqdan sonra, rəsmi bir dövlət siyasəti kimi meydana çıxmayıb, həmçinin milli qurtuluş hərəkatı illərində də həlledici rol oynayıbdır.Əslində Atatürkün atdığı hər addım idraki əsaslara söykənən müdrik bir filosofun gedişləri olub. O bir lider olaraq düzgün yolun nədən ibarət olduğunu aydınlaşdırmağı bacarırdı. O, həqiqəti dərk etmiş, türkün var olmaq inamını bu həqiqət üzərində yaratmağı bacarmışdı.Atatürk filosof olmasa da bu, onun yaratdığı böyük fəlsəfə idi. O, təfəkküründə yaratdığı ideyaları həyata keçirə bilən bir mübariz idi. Bu mübarizənin nəticəsi olaraq Türk Cümhuriyyətinin 90 illik varlığını göstərmək olar.Ulu öndər ölkəsini beynəlxalq aləmdə Qərb biçimli bir ölkə kimi təqdim etsə də, əslində məqsəd başqa idi. O, Türk Cümhuriyyətini türk ruhaniyyatı, türk özümlüyü əsasında inkişaf edib, müasirləşən, dünyalaşan milli qurum biçimində görmək istəyirdi.Təsadüfi deyil ki, Atatürkün Xilaskarlıq Hadisəsi Qərb siyasətində Qərbə məxsus soyuqqanlılıqla “Atatürk Fenomeni” adlandırıldı. Amma dünya hadisələrini tədqiq edən çoxsaylı institutlara Atatürk şəxsiyyəti araşdırılacaq bir nömrəli hadisə kimi təqdim olundu. Qərb Atatürk üstünlüyünün iki mühüm xəttini aydınlaşdırdı. Birincisi, o vaxtın mütəfəkkir ideoloqlarından fərqli olaraq, Atatürk ölkənin inkişafını ancaq türkçülükdə – mili mədəniyyətin maneəsiz inkişafına nail olmaqda görürdü, ikincisi, insanları orta əsr cəhaləti səviyyəsində saxlayan dini düşüncəni milli təfəkkürün inkişafına mane olan cəhət kimi arxa plana atmağa çalışırdı.Ümumiyyətlə götürdükdə isə Atatürk fəaliyyəti dövründə millətinin millət olaraq var olması və ölkəsinin dünya ölkələri sırasında söz sahibi olmasını əsas tutub. Onun bütün fəaliyyəti məhz bu prinsipə xidmət edib.Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Türkiyə dövləti öz müstəqilliyinə qovuşdu. Artıq ölkənin ərazisinə soxulmağa heç bir dövlətin cəsarəti çatmazdı. Az bir zamanda bütün ölkələrlə diplomatik əlaqələr yaradıldı. İngilislər, italyanlar, yunanlar, romalılar, fransızlar aldıqları dərsdən nəticə çıxardılar. Hətta ölkəni içəridən dağıtmağa hər an hazır olan ermənilər belə bir köşəyə çəkildilər. Bir sözlə, Türkiyəni bir dövlət olaraq yer üzündən silmək təhlükəsi sovuşdu və düşmənçilik mövqeyində olan ölkələr yerində oturmaq məcburiyyətində qaldı. Atatürk Türkiyəni yenidən türk xalqına qaytardı. Bütün bunlara baxmayaraq xaricdə və daxildə olan araqarışdıranlar dinc durmurdular. Müstəqil Türkiyəni, Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürkü gözü götürməyənlər çox olduğuna görə hər an ulu öndərə sui-qəsd planları hazırlana bilərdi. Əslində İzmirdə ona sui-qəsd təşkil edildi……Prezident iqamətgahındakı otağında gəzişən Mustafa Kamal Atatürk yazı masasının üstündəki ensiklopediyaya ötəri nəzər salıb həmin sui-qəsdi xatırladı. Sui-qəsd baş tutmamışdı. Əslində zəngin həyat yolu keçmiş, döyüş meydanlarında bərkimiş Atatürkü ölümlə qorxutmaq çox çətin idi. Ölümün gözünə dik baxan Atatürk vətənin istiqlaliyyəti, müstəqilliyi, xalqın firavanlığı yolunda canından keçməyə həmişə hazır idi, ancaq asanlıqla özünü ölümün pəncəsinə verməzdi. Sui-qəsdlə bağlı Anadolu agentliyinə müsahibəsində ulu öndər belə bir açıqlama verib: “…Alçaq təşəbbüsün mənim şəxsimdən daha çox müqəddəs respublikamıza və onun istinad etdiyi yüksək prinsiplərimizə yönəldilmiş olduğuna heç bir şübhə yoxdur…Mənim miskin vucudum, əlbəttə bir gün torpaq olacaqdır. Fəqət Türkiyə Cümhuriyyəti daim yaşayacaqdır”.  

May 17, 2016 4:15