28 May 2022 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
İtaliya ərazisinə bu vaxtadək 120 mindən çox ukraynalı qaçqın daxil olub
Ukraynada hərbi vəziyyət və səfərbərlik avqustun 23-dək uzadılıb
“NATO-suz həyat – sülh üçün ideyalar” mövzusunda simpozium keçirilib
Rusiyada yeni “Böyük tənəffüs” uşaq və gənclər təşkilatı yaradılır
Filippində yeni prezidentin seçilməsi ilə əlaqədar səsvermə başlayıb
Avstraliyada parlamentə ümumi seçkilərdə erkən səsvermə başlayıb
Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş yoxdur
İkitərəfli strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Mercedes-Benz” şirkəti Misirdə elektromobil istehsalını həyata keçirəcək
Hərbi əməliyyatlar ispanların alıcılıq qabiliyyətinə birbaşa təsir edib
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə…
Avropa İttifaqı gömrük rüsumlarını bir illik dayandıra bilər
“Microsoft korporasiyasının gəliri ötən ilin eyni dövrü ilə müqayisədə artıb
Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb
Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb
Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı
Avropa İttifaqı İtaliyaya 21 milyard avro vəsait ayırıb
Previous Next
  1. Ana səhifə
  2. Tarix,TÜRK DÜNYASI

Sarıqamış hərəkatının 106-cı ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub

Sarıqamış hərəkatının 106-cı ildönümü ilə əlaqədar Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda anma mərasimi təşkil olunub. Yeni növ koronavirus (COVID-19) infeksiyası riskinə, eləcə də hazırda Türkiyədə mövcud olan növbəti 56 saatlıq “Evdə qal” rejiminə görə mərasim məhdud çərçivədə keçirilib.Azərtac xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, yerli hakimiyyət orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən mərasimdə şəhidlərin əziz xatirəsinə “Qurani-Kərim”dən ayələr oxunub, Prezident Rəcəb Tayyib Ərdoğanın müraciəti səsləndirilib.Bundan başqa, Sarıqamış şəhidlərinin xatirəsinə Ərzurumdakı Atatürk, Bayburt, Muş və Ağrı universitetlərinin heykəltaraşlıq fakültələrinin müəllimləri qardan nəhəng heykəllər düzəldiblər. Bildirilir ki, bunun üçün ətraf ərazilərdən 200 yük maşını qar daşınıb.Qeyd edək ki, Sarıqamış faciəsi Birinci Dünya müharibəsində Osmanlı dövlətinin qarşılaşdığı ən böyük acıdır. 106 il keçsə də, Sarıqamış faciəsi qurbanlarının əziz xatirəsi Türkiyə xalqı tərəfindən böyük ehtiramla anılır.xeber100.com

Yanvar 9, 2021 4:19

2019-cu ilin bahar oyunları festivalının açılışı olub

Türkiyənin Samsun şəhərində 2019-cu ilin bahar oyunları festivalının açılışı olub.Azərtac xəbər verir ki, Türkiyədə milli qurtuluş mübarizəsinin başlanmasının 100-cü ildönümü münasibətilə keçirilən festivalın açılışında 1919 metr uzunluğunda Türkiyə bayrağı ilə yürüş keçirilib.Qeyd edək ki, mayın 19-da Türkiyədə milli qurtuluş mübarizəsinin 100-cü ildönümü dövlət səviyyəsində təntənə ilə qeyd olunacaq. Yüz il əvvəl Türkiyə dövlətinin banisi Mustafa Kamal Paşa Samsun şəhərinə gələrək ölkəni işğaldan xilas etmək üçün xalqı səfərbər edib. Bu şərəfə Türkiyədə 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.xeber100.com

May 14, 2019 1:18

“Türk dünyası və informasiya fəzası” adlı beynəlxalq forum keçirilir

Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə “Türk dünyası və informasiya fəzası” adlı beynəlxalq media forumu keçirilir.Forumun ilk günü “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Türküstanın tarixi-mədəni abidələrini ziyarətlə başlayıb. Çimkənt şəhərinin görməli yerləri, Xoca Əhməd Yəsəvinin doğulduğu Sayram qəsəbəsi, tarixi Otrar şəhərinin qalıntıları, Arslan Baba türbəsi ziyarət olunub.Cənubi Qazaxıstan vilayəti akimliyi (qubernatorluq) və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə işə başlayan forumda Azərbaycan, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya, o cümlədən Tatarıstan, Başqırdıstan və digər ölkələrdən çoxlu sayda media nümayəndəsi iştirak edir.İki gün davam edəcək forumun əsas məqsədi türk dünyasında ortaq informasiya məkanının formalaşdırılması məsələlərini müzakirə etməkdir.xeber100.com

May 12, 2017 12:43

1915-ci il şəhidlərinin anma mərasimi keçirilib

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərinin anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 102-ci ildönümü münasibətilə rəsmi mərasim keçirilib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və digər rəsmi şəxslərin də qatıldığı bayram mərasimi müxtəlif tədbirlərlə davam edib.Mərasimdə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Şəhidlər Xiyabanına tər çiçəklər düzülüb və qəhrəman türk övladlarının əziz xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.xeber100.com

Mart 19, 2017 5:47

Türkiyə mətbuatının məlumatına görə…

Türkiyə mətbuatının məlumatına görə, İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi və xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən yenidən yapdırılan məzarlarının açılış mərasimi olub. Mərasimi açan İstanbul metropol bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin öməmli günlərindən birini yaşayır.Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın məzarının yenidən yapdırılması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq,bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik”- deyə vurğulayıb.        

Noyabr 14, 2016 12:53

“Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının ikinci mərhələsi başlayıb. “Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu dəqiqələrdə Türkiyə ordusuna məxsus 20 tank və 5 zirehli maşın Azad Suriya Ordusunun İŞİD terror təşkilatı ilə mübarizəsinə dəstək vermək üçün Kilis rayonunun Əlibəyli qəsəbəsindən sərhədi keçərək Suriyanın Çobanbəy (Rai) qəsəbəsinə daxil olub. Tanklar irəliləyişi Fırtına özüyeriyən artilleriya qurğuları ilə İŞİD bu bölgədəki mövqelərinin atəşə tutulması ilə müşayiət edilir.xeber100.com  

Sentyabr 3, 2016 4:35

30 avqust – Türk Silahlı Qüvvələri Günüdür

Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edir. Böyük zəfərin 94-cü ildönümü münasibətilə avqustun 30-da Ankarada rəsmi mərasim keçirilib. Anıtqəbirdə Fəxri qarovul düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri, siyasi partiya liderləri, ictimaiyyətin tanınmış simaları Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarinı ziyarət ediblər.xeber100.com

Avqust 30, 2016 12:10

“1000 İlin Səsi Türk Dili Bayramı”…

Avqustda 27-də İstanbulda ikinci Türk Dili Bayramı keçiriləcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, Yunus Əmrə İnstitutunun bu il 46 ölkədən 540 məktəblinin iştirakı ilə yeddinci dəfə təşkil etdiyi "Türk Dili Yay Məktəbi" Türkiyə dövlətinin himayəsi altında Türk Dili Bayramı ilə yekunlaşacaq. "Türk Dili Yay Məktəbi"ndə iştirak edən məktəblilər 16 fərqli şəhərdə 20 universitetin ev sahibliyi ilə tarixi və turizm yerlərini gəzəcək, türk dilini yerində öyrənmək və türk mədəniyyətini tanımaq imkanı qazanacaqlar. Məktəblilər "İnsan və Türk Dili" mövzulu yekun tədbirində türk dilində dünyaya sülh, dostluq və sevgi ismarıcları yollayacaqlar. Dünyanın bir çox yerində müharibələrin olduğu bir dövrdə bu ismarıclar çox əhəmiyyətli bir çağırış olacaq. Xarici ölkələrdə 45 mərkəzi fəaliyyət göstərən Yunus Əmrə İnstitutu ilk dəfə bu il Amerika qitəsini də proqramlarına qataraq, Cənubi Amerikada bir mərkəz açmağı planlaşdırır. Qeyd edək ki, keçən il 60 ölkədən 500-ə yaxın məktəblinin iştirak etdiyi “1000 İlin Səsi Türk Dili Bayramı” təntənəli şəkildə qeyd olunub.xeber100.com

Avqust 23, 2016 3:10

“Koroğlu heykəli müsabiqəsi”nin yekununa əsasən…

Türkiyənin Bolu şəhərində türk dünyasının qəhrəmanı Koroğlunun 30 metr hündürlüyündə heykəli ucaldılacaq. TURKSOY-un saytı yazır ki, Boluda, həmçinin IV Koroğlu festivalı çərçivəsində keçirilən “Koroğlu heykəli müsabiqəsi”nin yekununa əsasən şəhərdə Koroğlu parkı da salınacaq. Bu layihənin həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan və başqa bütün türkdilli dövlətlər ortaq bir parka sahib olacaqlar. Şəhərin bələdiyyə sədri Əlaəddin Yılmaz bildirib ki, layihənin təşkil olunmasında məqsəd türk dünyasının ortaq qəhrəmanının heykəli sayəsində türkdilli ölkələrin rəsmilərini Boluda görüşdürməkdir.xeber100.com

Avqust 20, 2016 6:50

Türkiyə parlamentinə beynəlxalq müqavilə təqdim edilib

Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına dair beynəlxalq müqavilə Türkiyə parlamentinə təqdim edilib. “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, Xarici  İşlər Nazirliyi tərəfindən hazırlanan və Nazirlər Kabinetinə təqdim olunan müqavilə baş nazir Binəli Yıldırımın imzası ilə Türkiyə Böyük Millət Məclisinə göndərilib. Sənəddə göstərilir ki, “Mavi Mərmərə” gəmisində öldürülən Türkiyə vətəndaşlarının ailələri üçün nəzərdə tutulmuş 20 milyon dollarlıq təzminat müqavilə qüvvəyə minəndən sonra 25 gün ərzində ödəniləcək. Həmçinin bildirilir ki, “Mavi Mərmərə” ilə bağlı İsrailə qarşı açılmış cinayət işləri ləğv olunacaq. Müqavilə TBMM-də təsdiqləndikdən sonra hər iki ölkənin qarşılıqlı olaraq səfirləri təyin edəcəyi gözlənilir.xeber100.com

Avqust 18, 2016 11:24
    Page 1 of 41234»

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az