“Mədəniyyət” kanalı ilə Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.Azərtac xəbər verir ki, “Mədəniyyət” kanalının direktoru R.Qasımovun sözlərinə görə, müsabiqənin əsas məqsədi ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda, yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.Müsabiqəyə “Vətənpərvərlik”, “Azərbaycan bayrağı”, “Doğma Bakı” və “Milli həmrəylik” mövzularında poeziya nümunələri qəbul olunur.Ramil Qasımov qeyd edib ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi yerinə yetirir. Gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir.Müsabiqənin sonunda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək. Bu şeirlərə musiqi yazılacaq və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə “Mədəniyyət” kanalının bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…