İyunun 18-də Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə ilk dəfə keçirilən müsabiqənin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, müsabiqə şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında bilgilərinin artırılmasında, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsində və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsində mühüm rol oynayır. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid insanların formalalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında ədəbiyyatın, mədəniyyətin rolundan bəhs edib. Tədbirdə müsabiqənin keçirilmə qaydaları barədə məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunan “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdən ibarətdir. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minədək şagird iştirak edib. Onların arasından fərqlənən 4.037 şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşıb və 93 şagird respublika mərhələsinə keçib. Qaydalara görə, bu mərhələdə iştirakçılar üç variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, beş nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Sonda qaliblərə diplom, tərifnamə və qiymətli hədiyyələr təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…