Fevralın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək.BŞTİ-dən Azərtac-a bildiriblər ki, təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, üç mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir. Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçiriləcək şəhər mərhələsində Bakının 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagirdin iştirakı nəzərdə tutulub.Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin dərkolunma səviyyəsini müəyyənləşdirən iki variant üzrə 12 açıq sual veriləcək. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazacaqlar. Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…