Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkədə birtərəfli atəşkəs elan edib.Azərtac bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.“Əfqanıstan İslam Respublikasının hökuməti ölkənin din alimlərinin tarixi qərarından sonra Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər atəşkəs elan edib”, – Əşrəf Qani özünün Twitter səhifəsində belə yazıb.Əfqanıstan liderinin sözlərinə görə, atəşkəs rejimi “Taliban” hərəkatına onların zorakı kampaniyalarının müsəlmanların qəlbini fəth etmək əvəzinə, daha da uzaqlaşdırdığını analiz etmək imkanı yaradır. “Atəşkəs rejimi elan etməklə biz münaqişənin dinc yolla həlli üçün hökumətin gücünü və xalqın iradəsini nümayiş etdiririk”, – deyə prezident sözlərinə əlavə edib.Əşrəf Qani öz bəyanatında hökumət qüvvələrinin İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini vurğulayıb.Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…