Sentyabrın 26-dan 30-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Statistika Bürosunun (“Avrostat”) təşkilatçılığı ilə “Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar və ekspertlər qrupunun iclası öz işinə başlayıb. Seminar və ekspertlər qrupunun iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və sosial statistika şöbəsinin müdiri Elçin Hacı iştirak edirlər. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, məqsəd Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən ekspert və mütəxəssislərlə əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə yeni tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar mövcud problemlərin müzakirə olunmasıdır. Ümumilikdə seminarda əhalinin siyahıyaalınmasına dair məlumatların toplanmasını dəstəkləmək üçün inzibati mənbələrin mövcudluğu və tətbiqinə baxış, əhali siyahıyaalınması üzrə texnoloji innovasiyalar, eləcə də əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə Avropa İqtisadi Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq. Ekspert qrupunun iclasında isə son əhali və mənzil fondu siyahıyaalınması zamanı ölkələrin əldə etdikləri təcrübələr və növbəti siyahıyaalma üzrə planlar ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…